Şüur və İbadət

 
Şüur və İbadət

İnsanın, insanlığın və təbiətin xüsusiyyətini pozan müasir ağılsızlığa qarşı, iman mərkəzli yeni bir həyatın inşası zəruridir. Bu zərurət yalnız Məhəmməd ümmətinin xilası üçün deyil, insanlığın, təbiətin, eləcə də əks-səda sisteminin qorunması üçün də vacibdir.

İnsanüzlü bir həyatın yenidən inşası üçün yeni bir cəmiyyətin inşası vacibdir. İnşa ediləcək bu yeni cəmiyyətin vəzifəsi isə yer üzündə tövhid və ədaləti yenidən təsis etməkdir. Bu keyfiyyətdə olacaq bir cəmiyyətin ən böyük xüsusiyyəti digər cəmiyyətlərə analıq edəcək ləyaqətinin olmasıdır. Quran, məhz bu cəmiyyətə "ümmət" adını verir. Ümmət, yəni kəlmə mənası ilə "ana cəmiyyət". İnsanlığa ana kimi yar olan, onları şəfqət və mərhəmətlə qucaqlayıb səadətə çağıran, xoşbəxtlik simvolu kimi insanlığa qucaq dolusu hüzur daşıyan, onlara azadlığın və ədalətin həqiqi qapısını göstərən bir cəmiyyət. Qula qulluğu yox edib Allaha qulluğa çağıran, insanlığın dəyişməz dəyərlərinin o biri adı olan İslam ilə məxluqatın şərəf siyahısında ilk sırada duran insanı qovuşduran bir cəmiyyət.

Yeni bir cəmiyyətin inşası üçün yeni bir insanın inşası danılmazdır. Yeni bir insan; Allaha, özünə, cəmiyyətə və əşyaya qarşı məsuliyyətinin şüuruna çatmış, özü ilə savaşmayan, daha doğrusu özü və Rəbbi ilə tanış olan bir insan. Bəşər olmaqdan xilas olub insan olmaq şərəfinə çatan, öz səadətini üzvü olduğu insanlıq ailəsinin səadətində görən, özünə qarşı yadlaşmayan, başqa bir sözlə desək həqiqətə qarşı yadlaşmayan, öz həqiqi üzünü ürək aynasında seyr etməkdən çəkinməyəcək qədər realist bir insan.

Şüur və İbadət

Bilməklə kifayətlənməyib tanımaq səviyyəsinə varan, hiss etməklə kifayətlənməyib dərk edən, baxmaqla kifayətlənməyib görən, eşitməklə kifayətlənməyib qavrayan, mücərrəd bir inancla kifayətlənməyib inancını həyata çevirən, şirkdən uzaq dayanmaqla kifayətlənməyib İbrahim kimi bütləri qıran, tövbə etməklə kifayətlənməyib Adəm kimi cənnətini axtaran, şeytana uymamaqla kifayətlənməyib şeytanı daşlayan, cəsədini qurban verməklə kifayətlənməyib İsmayıl kimi nəfsini qurban edən bir insan.

Azadlıq və əminliyini imanla zəmanətə alan, özünü və şəxsiyyətini bədəl ödəyərək tapan, izzət və şərəfi imtina edilməz dəyərlər arasında bilən, xam ikən kamilləşən bir insan.
Yeni bir insanın inşası yeni bir idrakın inşası ilə mümkündür. İdrak yəni dəyişməz ifadəsi ilə şüur.
Modern fərdin alt-üst olmuş dəyər mühakiməsini yenidən əsl mövqeyinə çevirən bir şüur.

Şüur və İbadət

Öz-özünü dərk edən və həmən də edilən bir şüur.
Sahibini sürüdən biri olmaqdan çıxarıb şəxsiyyət edən bir şüur.
Bir düşünün: Dəvə də Məkkəyə gəlir, dəvənin üzərindəki insan da. Ərafata, Məşərilhərama, Minaya dəvə ilə gedər. Əgər bir səbəbi varsa, dəvə ilə təvaf və say edə bilər. Siz dəvənin yerinə maşını qoya bilərsiniz, heç nə dəyişməyəcək. Ancaq dəvə ya da maşın hacı olmaz, insan hacı olar. İkisi arasındakı fərq şüur fərqidir. Dəvə nə üçün gəldiyinin fərqində deyil, lakin insan nə üçün gəldiyinin fərqindədir.

Məhz buna görə də şüur, davranışı ibadətə çevirən yeganə eliksirdir.

Yeni bir şüurun inşası nə üçün lazımdır? Çünki fərdi və ictimai xəstəliklərimizə məlhəm, problemlərimizin həlli olan ibadətlərin yenidən qazanılması yalnız yeni bir şüurla mümkündür.

Şüur və İbadət

"İbadətlərin yenidən qazanılmasından" söz etdim. Bəli, çünki biz ibadətləri itirmişik. Nəbinin hələ o vaxtlar "namazı itirəcəklər" möcüzəvi xəbərində olduğu kimi namazı itirdik. Orucu itirdik. Zəkatı itirdik. Həcci itirdik. Bayramı itirdik. Qurbanı itirdik. Namaz qıldıq, oruc tutduq, amma ruhunu itirdik. Həzrəti Peyğəmbərin dili ilə desək, "bizə yalnız yorğunluğumuz və aclığımız" qaldı. Halbuki, bütün ibadətlər, fərdi və ictimai bir çox dərdə dərman olma xüsusiyyəti daşıyır. Məsələn; Qurana görə "namaz insanı pisliklərdən və ifratdan qoruyur" [29.45]. Oruc, "insanda Allaha qarşı məsuliyyət şüuru oyadır" [2.183]. Zəkat, "insanı və cəmiyyəti saflaşdırır və təmizləyir." Həcc, "insana ayaqları üzərində durmağı, qiyamı, müqaviməti, üsyanı öyrədir" [5.97]. Bütün bunlar cinayət, günah, anarxiya, haqsızlıq, zülm, təcavüzkarlıq, zorakılıq, zillət, miskinlik, tənbəllik, cəhalət, bədbəxtlik, ümidsizlik və bir çox başqa xəstəliklərin dərmanı idi.
İtən hər bir ibadət bizdən bir az səadəti uzaqlaşdırır, bir az da bizi fəlakətə yaxınlaşdırırdı. Ruhunu və şüurunu itirdiyimiz ibadətləri qurbanını kürəyində daşıyan Qabil kimi kürəyimizdə daşıyır, onlarla tezliklə dəfn edilməsi lazım olan bir ölü kimi davranırdıq. Halbuki, hər ibadət bizi əbədi xoşbəxtliyə daşıyan bir burak olmalı deyildimi? İbadətlərlə ənginliklərə "uçmalı" deyildikmi? Ruhunu itirdiyimiz ibadətlər bizi cənnətə deyil, ardında buraxdıqları doldurulmaz boşluğun uçurumuna yuvarladılar.
Hər ibadəti insanın Allaha göndərdiyi bir məktuba bənzədə bilərik.

Şüur və İbadət

Şüursuz və ruhsuz ibadətlərimiz içi boş məktuba döndülər. Zərf var idi. Hətta çox gözəl, bəzək-düzəkli. Amma məktub yox idi. Halbuki zərf, qiymətini içində daşıdığı mesajdan alır. İçərisində məktub olmayan zərf yalnız boş bir zərf deyil, bəzən göndərilənə qarşı həm də təhqir mənası daşıyır. Yəni, içərisi boş olaraq göndərilən bir zərfin daşıdığı mesaj sahibini xəcalətli edən mesajdır.

Bax, içərisində şüur olmayan bir ibadət də, içi boş bir zərfi xatırladırdı. Nəticədə, mesaj yerinə çatmadı. İbadətdən gözlənilən nəticə alınmadı. Və bütün bunların nəticəsində ibadətlər itirildi.

Namazı yenidən qazanmaq lazımdır.
Orucu, zəkatı yenidən qazanmaq lazımdır.
Xüsusilə həcci yenidən qazanmaq lazımdır.
Onları iyləmək, dadmaq, hiss etmək, duymaq, geyinmək və yaşamaq lazımdır.

Şüur və İbadət

Məhz o zaman bəlkə Peyğəmbərin bu sözünün mənasını qavraya bilərik:
"Dünyanızdan mənə üç şey sevdirildi. Birincisi, gözümün nuru namaz..."

Lap yaxşı, qiblə şüuru olmadan namaz şüuru necə ola bilər?
Əlbəttə, ola bilməz. Qiblə, yəni ərazi şüurunu ən gözəl şəkildə həcc ibadəti oyandıra bilər.
İbadətlər içərisində həcci, peyğəmbərlər içərisində Həzrəti Məhəmmədə və səmavi mesajlar içərisində Qurana bənzədə bilərik. Həzrəti Peyğəmbər hər peyğəmbərin ən güclü xüsusiyyətlərini özündə birləşdirən bir şəxsiyyət olduğu kimi, Quran da bütün vəhylərin hamısını vücudunda daşıyan bir xitabdır. Həcc isə bütün ibadətlərin hamısını vücudunda birləşdirən başqa bir ibadətdir.

Həcc, eynilə namaz kimi, məlum zamanlarda və məlum məkanlarda edilən rukunları ilə zaman şüuru və məkan şüuru qazandırır.

Şüur və İbadət

Həcc, həm namaz və oruc kimi cismani, həm zəkat kimi maddi, həm cümə və cihad kimi ictimai və siyasi bir ibadətdir. Həcc bu üç ölçünü vücudunda toplayan yeganə ibadətdir. Buna görə də digər heç bir ibadət üçün verilməyən müjdələr Həzrəti Peyğəmbərin dilindən həcc üçün verilmişdir. Yeganə bir şərtlə: Məqbul olması, xeyirli olması, yəni qəbul olunmuş olması şərti ilə. Həzrəti Peyğəmbər buyurub: "Allah qatında məbrur [qəbul olmuş] həccin qarşılığı şübhəsiz ki, cənnətdir."

Gördüyümüz kimi, həccin məqbul olanı və olmayanı var. Məqbul olmayan həcc, sıxıntılı turistik səyahətdən başqa heç bir şey deyil. Qəbul olunmuş bir həcc isə, bütün digər ibadətləri dirildən bir həyat eliksiridir. Hər kəsi əmin edərəm ki, həccini diriltmiş bir insanın namazı, orucu, zəkatı, cihadı, dəvəti, fərasəti, bəsirəti, fitrəti və şəxsiyyəti yenidən diriləcək. Bu mənada həcc, sanki bütünlüklə bir "bası bə'dəl - məvt" ["yenidən diriliş"] hərəkətidir. İbadətlərin hamısını diriltmənin və yenidən qazanmağın ən qısa və möhkəm yolu həcci diriltməkdən keçir. Həcci dirildən bir fərd, şəxsiyyətini diriltmiş olacaq. Həcci dirildən bir ümmət isə itirdiyi qürur və şəxsiyyətinə yenidən qovuşacaq.

Şüur və İbadət

Həcc universal bir diriliş müjdəsidir. Hacı, Allahla müqaviləsini yeniləmiş insandır. Məkkə özünü Həzrəti İbrahimə nisbət edən hər kəsin ortaq mərkəzidir. Özünü Həzrəti İbrahimə nisbət edən hər kəs onun inanc soyuna mənsubdur. Həzrəti İbrahim və İsmayılın duası, eynilə miladi VII əsr cahiliyyəsində qəbul olunduğu kimi, həcc təkrar dirildiyi zaman, XXI əsr cahiliyyəsində də qəbul olunacaq:

"İbrahim, İsmayılla birlikdə Kəbənin təməllərini yüksəldərkən belə yalvardılar: �?Rəbbimiz! Bizdən qəbul buyur! Yalnız Sənsən bütün duaları eşidən, və könüllərdəkini bilən də yalnız Sənsən! Ey Rəbbimiz! Bizi Sənə təslim olanlardan et! Nəslimizdən də Sənə hər zaman təslim olacaq öndər cəmiyyətlər var et! Bizə necə qulluq edəcəyimizi göstər və bizi bağışla! Heç şübhə yoxdur ki, Sən, tövbələri çox qəbul edənsən, rəhmətlə rəftar edənsən'!" [Bəqərə, 127-128] 


Geri dön

K_U_R_S_A_N_T

  • 15 noyabr 2011 09:35
  • Məqalə: 0
  • Şərh: 100
  • Bal:
Namazı yenidən qazanmaq lazımdır.
Orucu, zəkatı yenidən qazanmaq lazımdır.
Xüsusilə həcci yenidən qazanmaq lazımdır.
Onları iyləmək, dadmaq, hiss etmək, duymaq, geyinmək və yaşamaq lazımdır.


Namazı yenidən qazanmaq lazımdır.
Orucu, zəkatı yenidən qazanmaq lazımdır.
Xüsusilə həcci yenidən qazanmaq lazımdır.
Onları iyləmək, dadmaq, hiss etmək, duymaq, geyinmək və yaşamaq lazımdır.

_WITH YOU_

  • 28 oktyabr 2011 08:47
  • Məqalə: 1
  • Şərh: 588
  • Bal:
{awards}
təşəkkur edirəm

KAYBOLAN YILLAR

  • 28 oktyabr 2011 00:19
  • Məqalə: 14
  • Şərh: 1140
  • Bal:
{awards}
Məhz buna görə də şüur, davranışı ibadətə çevirən yeganə eliksirdir. ELA XEBERDI BAX BELE XEBER VERIN HAMI MARAQLANSINDA

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

RUFET_KERIMOV

  • 27 oktyabr 2011 17:55
  • Məqalə: 0
  • Şərh: 241
  • Bal:
{awards}
HER BIR BENDEDNIN BORUCUDU IBADET ELEMEY IBAT ETKI ALLAH SENI BAQIWLASIN XEBERE GORE TEWEKKURLER

--------------------
afto_xuliqan....10-kk-517
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 37
Cəmi: 55

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}