Çıxış

 
Çıxış

Adəmsiniz.
İtmiş cənnətinizi axtarışa çıxacaqsınız. İtmiş cənnətinizi, yəni itirdiyiniz özünüzü,
uzaqlaşdığınızı, fitrətinizi, günah və üsyanla kirlətdiyiniz vicdanınızı, xarabaya
dönən ürəyinizi, antik və modern xurafatların zibilliyinə dönən ağlınızı, bir sözlə özünüzü axtarışa çıxacaqsınız.

Çıxış

Uşaqlığınızdakı saflığınızı axtaracaq, maskalardan görünməz və seçilməz hala
gələn həqiqi üzünüzü kəşfə çıxacaqsınız. Həyat səfərində ilahi bir imtahandan keçəcəksiniz.
Sən uzun yola çıxmağına qərar verilmiş əbədi mühacir, Adəmin rolunu,
İbrahimin rolunu, Həcərin rolunu oynamaq, hicrəti üç ölçülü yaşamaq üçün
əvvəlcə tərk etməyi öyrənəcəksən. Çünki tərk etmədən tapa bilməyəcəyini ağlından çıxarmayacaqsan.

Çıxış

Torpağını, yurdunu, şəhərini, yuvanı tərk edəcəksən.
Bu sayədə Hicaz torpağın, Hərəm yurdun, Məkkə şəhərin, Kəbə yuvan olacaq.
Sevdiklərini, yaxınlarını, dostlarını tərk edəcəksən.
Adəm, Həvva, İbrahim, İsmayıl, Həcər kimi yeni dostlarla tanış olacaqsan.
Ətrafındakıları tərk edəcəksən. Hamısı da sənin kimi yolçu olan yeni dostlar
əldə edəcəksən. Ünvanını, adını, şanını, nişanını, statusunu, məqamını,
mövqeyini tərk edəcəksən. Əyninə geydiyin ihram, səni "insanlığa mənsub"
edəcək, sadəcə "insanlığa". Qulluğu ən uca məqam, Allahı ən gözəl dost,
nəfsini ən böyük düşmən, imanı ən böyük imkan, səfəri ən əhəmiyyətli iş,
ürəyini ən dəyərli nişan, təslimiyyəti ən yüksək mövqe,
"Müsəlman"ı ən uca ünvan, "hacı" olmağı ən həqiqi ad – san hesab edəcəksən.

Çıxış

Tərk edərək tərk etməyi elə öyrənəcəksən ki, nəhayət tərki tərk edəcəksən.
Unutma ki, tərki tərk etməyi öyrənənlər, sahib olduqlarını əsla tərk etməzlər.
Və həm də tərk edilməyəcək həqiqi dəyərlərə sahib olarlar.
Qürbətin olmadığı yerdə vüsaldan söz edilə bilməyəcəyini biləcəksən.
Namaza durarkən təkbir üçün qaldırdığın əllərinlə bütün dünyanı,
sahibi olduğun hər şeyi qaldırıb arxana atdığın kimi
müqəddəs səfərə çıxarkən də eyni şeyi edəcəksən. Ancaq, əvvəl niyyət etməlisən.
Niyyət, yəni "məqsəd, qərar, nəyi nə üçün edəcəyini bilmək".

Çıxış

Nəyi nə üçün edəcəyini bilməyənlərin necə etdiyinin heç bir əhəmiyyəti yoxdur.
İnsan nəyi nə üçün edəcəyini bilmirsə, necə edirsə etsin, artıq heç bir dəyəri yoxdur.
Bir hərəkətə məna qatan şüurdur. "İnsan hərəkətini" sıravi bir canlının
"hərəkət"indən ayıran şey şüurdur. Ancaq şüur sayəsində bir "hərəkət"
"insani bir əməl"ə çevrilər. Hərəkəti insan etdiyi üçün "əməl" olmaz,
şüur sayəsində insaniləşdiyi üçün "əməl" olar. O əməlin saleh olması,
fasiq (Allahın əmrinə asi olan, günahkar) olması, fasid (Təhrif olunmuş)
olması bundan sonra gəlir. Şüurdan kənar hərəkətlər instinktiv,
sövq-təbii və qeyri-ixtiyaridir. Belə bir hərəkətin şəkli ibadətə
bənzəsə də, özü ibadət olmaz. Çünki ibadəti ibadət edən, niyyətdir.

Çıxış

Dil ilə söyləmənin bir əhəmiyyəti yoxdur.
Dil ilə söyləmək sadəcə dilin niyyətidir. Alın niyyəti şüur, qəlbin
niyyəti mərifət, bədənin niyyəti əməldir. Qəlbi işə qatmadan,
ağılı işə qatmadan ediləcək bir niyyət niyyət
olmayacaq, tutuquşunun etdiyi təkrar olacaq.
Niyyət, bir idrak halıdır.
Niyyət, ibadəti adətdən ayıran şeydir.
Məqsədinizi bilirsinizsə, yola çıxa bilərsiniz. "Niyə və nə üçün?"
suallarına cavabınızı məşru (Şəriətə uyğun, İslami dəyərlərə
zidd olmayan) bir şəkildə verdinizsə, problem yoxdur.
Hicrət yolçususunuz.

Çıxış

Öz Məkkənizi fəth üçün mədəniyyətinizin qibləsinə gedirsiniz.
Öz fərdi mənqibənizi (Din böyüklərinin və ya tarixə adı düşmüş məşhur
şəxslərin həyatları və fövqəladə davranışları ilə əlaqədar hekayə, dastan)
yaşamaq üçün yola çıxacaqsınız. Mənqibənizi, Həzrəti İbrahimin ölümsüz
mənqibəsi ilə tövhid etmək üçün yola çıxacaqsınız. Adəm olaraq adam
olmağa gedirsiniz. Hər gün yönəldiyiniz qiblənizlə müqavilə yeniləməyə,
qiyabi tanışlığı əyani tanışlığa çevirməyə gedirsiniz.
Bir fikirləşin ki, Həcər də sizin kimi mühacir idi.
Onun üçün bu adı almamışdımı?
O da qədərinə, sevdalandığı və sevinclərə dəyişmədiyi kədərinə getməmişdimi?

Çıxış

Qürbət nədir, vüsal nə?
Vətən nədir, paytaxt nə?
Məkkə nədir, Mədinə nə?
Mərkəz haradır, ətraf hara?
Dost kimdir, düşmən kim?


Çıxış

Yenidən düşünərək yürüyəcəksən.
Ürəyindəki yanlış vətən anlayışını doğrusu ilə dəyişdirmək üçün yürüyəcəksən.
Ərazi şüuruna çatmaq üçün yürüyəcəksən. Ürəyindəki tüldən olan sərhədləri,
süni şəxsiyyətləri, zəif bölgələri, minaları və məftil hörgüləri yox
etmək, bütün könül xəritəni silib yenidən çəkmək üçün yürüyəcəksən.
Getməklə çatılmadığını, lakin çatmaq üçün mütləq getmək lazım olduğunu ağlından çıxarmadan gedəcəksən.
"Bu dünyada bir qərib yolçu kimi ol!" deyən Sevgililər Sevgilisinə qulaq asacaq, məhşəri dünyada yaşamaq üçün yürüyəcəksən. Yükün Həcərin yükündən artıq olmayacaq. Bütün dünyalığını kürəyində daşıyacaqsan.
Azuqə gətirməyəcəksən. Qorxma. Quşlar qədər mütəvəkkil
(Hər işi Allaha həvalə edən, təvəkkül) olsan, onlar kimi ruzinin ağzına qoyulacağını biləcəksən.
Və unutma ki, aslan hara gedərsə ovu da oraya gələr.

Çıxış

Ürəyinin bütün ağırlıqlarını boşaldacaqsan. Çünki bir dəvəti qəbul etmək üçün
yola çıxdın. Səni dəvət edən, səndən səlim bir qəlb istəyir.
Səni dəvət edəni qonaq edəcəyin tək yerin qəlbindir, oranı qonağına hazırlamalısan.

Çıxış

Eynilə Yunusun dediyi kimi:

Təmiz et könül evini
Yar gələcək qalmağa.


Eynilə Şeyx Qalibin dediyi kimi:

Sür çıxar əğyarı dildən ta təcəlli edə Haqq
Padişah qalmaz, sarayda hanə xoş olmadan.


Çıxış

Ürəyini xarabalıqdan təmizləyəcəksən. İzdihamları, köpük və cürufu
(madən tullantısı), çürük sevdaları, xədim ehtirasları, qara sevdaları,
boş xülyaları, dəyərsiz həvəs və arzuları gəldiyin yerdə qoyacaqsan.
Sinənə Allahın taxdığı ən təsirli həmayıl olan qəlbin, sənin Kəbəndir.
Kəbəni bütlərdən təmizləyərək İbrahimin rolunu oynayacaqsan.
Unutma ki, dünya və dünyalıqlar bir okean, ürəksə bir gəmidir.
Əgər su gəminin içərisinə girsə gəmi batacaq.
Batmamaq üçün ürəyini gücləndirməli, su keçirməz hala gətirməlisən.
Unutma ki, dənizdə "yol almaq", su keçirməməklə mümkündür.
Su keçirən gəmilər, yol gedə bilməzlər.

Əmanətlərini əmanət etməyi öyrənəcəksən.
Allahın sənə əmanət etdiklərini, sənin Allaha əmanət etməkdən
çəkinməyin böyük bədbəxtlikdir. Uşağını, işini, həyat yoldaşını, dostunu,
davanı Allaha əmanət edəcəksən. Unutma, O əmanətə xəyanət etməz.
Sən xəyanət etsən də O etməz.

Çıxış

Çıxacağın məhşər məşqində Ondan başqa əmanətçi axtarmayacaqsan.
Çünki sən onsuz da Ona aidsən, Ondan gəldin və yenə Ona dönəcəksən.
Unutma ki, həcc, məhz bu gəliş və dönüşü dünyada yaşamaqdır.
Eynilə qəlbin kimi zehninin yükünü də boşaltmalısan.
Bu eşq səfərində yük daşımamalısan. Gərəksiz yük, yolçunun
yürüyüşünü ağırlaşdırır. Yolçunu yolundan saxlayan yük, sahibinə hörmətsizlikdir.

Çıxış

Təsəvvürünü silib başdan inşa etməli, anlayışlarının içini boşaldıb
həccdə yenidən doldurmalısan. Zehinindəki "bilirəm, anlayıram" dediklərinə
tək-tək nəzarət etməlisən. Bildiklərini nə qədər bilirsən?
Zehin daşı daşıyırsanmı? Ağılın həqiqətlə sənin aranda bir bağ vəzifəsini
icra edir, yoxsa ağılını həqiqətin yerinə qoyaraq ağılına da, həqiqətə də zülm edirsən?
Ya da bir başqa ifadəylə: Ağılını at yerinəmi, avtomobil yerinəmi qoşdun?
Yoxsa, faytonçu mövqeyinə qoydun?
Yol boyunca hər addımda xıltlarını ataraq irəliləməlisən.
Eynilə tərləyərək toksinlərini atan bir bədən kimi.
Ürək təri, alın təri, zehin təri tökməlisən. Ürəyin yanmalı, alnın tumurcuqlanmalı,
gözün ağlamalı. Ağlaya bilməzsənsə şübhəsiz ki, anlaya bilməzsən.

Çıxış

Cənnətdən qovulan bir Adəm təvazökarlığı içərisində, "dəvətə qəbul
edilirəmmi, yoxsa qapıdanmı qovuluram?" qorxusu içində yola
çıxmalısan. Ürəyinin ən dərinliklərində bir eşqə hamilə qalmalısan.
Çiysən, yanmalısan. Bişməlisən. Yetişməlisən. Yetişmək sirrinə vaqif olmaq mərifətin zirvəsidir.
Zirvələrə göz qoyanların qədəri, "yoxuşlarda susamaq"dır.
Eşqini, həsrətin yad döşlərindən əmizdirməlisən. Həsrətin ürəyini səhraya,
gözlərini gölə çevirməlidir. Oraya, sən getmədən ürəyini göndərməlisən.
Səni aparan ayaqların deyil, ürəyin olmalıdır.
Ürəyin varkən ayaqlarına yük olmamalısan.
Ürəyin quş kimi uçurduğunu, ayaqlar daş kimi daşıyar.

Çıxış


Geri dön

K_U_R_S_A_N_T

  • 15 noyabr 2011 09:31
  • Məqalə: 0
  • Şərh: 100
  • Bal:
Allah razi olsun

V_I_P

  • 28 oktyabr 2011 19:43
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
Adəmsiniz.
İtmiş cənnətinizi axtarışa çıxacaqsınız. İtmiş cənnətinizi, yəni itirdiyiniz özünüzü,
uzaqlaşdığınızı, fitrətinizi, günah və üsyanla kirlətdiyiniz vicdanınızı, xarabaya
dönən ürəyinizi, antik və modern xurafatların zibilliyinə dönən ağlınızı, bir sözlə özünüzü axtarışa çıxacaqsınız.


twk

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

KAYBOLAN YILLAR

  • 28 oktyabr 2011 14:18
  • Məqalə: 14
  • Şərh: 1140
  • Bal:
{awards}
AALLAH MURADINIZA CATDIRSIN TEWEKKUR EDIREM

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

Zaurcik2011

  • 28 oktyabr 2011 13:52
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}

Qürbət nədir, vüsal nə?
Vətən nədir, paytaxt nə?
Məkkə nədir, Mədinə nə?
Mərkəz haradır, ətraf hara?
Dost kimdir, düşmən kim?

Allah razi olsun

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

Ku-ku

  • 28 oktyabr 2011 11:07
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
allah razi olsun

--------------------

ayibogan qiz

  • 28 oktyabr 2011 10:24
  • Məqalə: 0
  • Şərh: 92
  • Bal:
{awards}
tşk...............

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 30
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}