Kiməm mən Sənsiz?

 
Kiməm mən Sənsiz?


Hərdən yadıma sən düşürsən. Yenə tökülür ağaclardan yarpaqlar, solur güllər və yenə payız kəsir qapımı. Sonra yağır yağış, batır günəş. Kimsə görmür axır içimə səssiz külək. Sonra fırtınalar baş qaldırır, səssiz, kimsə görmür mən bilirəm.

Yenə hərdən yadıma sən düşürsən. Toplanır xatirələr, yenə göz yaşı, yenə kədər, qəm. Sonra yollar uzanır mən getdikcə. Yorğun addımlar ayaqlarımı kəsir. Sanki zəncirlər bağlanıbmış kimi. Yenə hirs, yenə qəzəb. Yenə üsyanlar baş qaldırır içimdə, yenə susduracaq iradəm. Kimsə bilmir mən bilirəm.



Sonra yadıma yenə düşən sən. Yenə xatirəmdən silinməyən izlərin. Yenə heyiflər, yenə ümidlər, sonra yenə öldürülən həvəs, bəs! Artıq bitsin artıq. Çıxsın qoy günəş. Parlasın ulduzlar ancaq gecələr. Yenə bir sabah açılsın. Unudum səni, özümü. Unudum bizi və gedim. Tək olum bir gün heç olmasa.

Sayı artdıqca sonraların, ard-arsı kəsiləmədən sənsizliyin qoxusu bir az daha yaxınlaşacaq burnuma. Bir az daha hiss edəcəm yoxluğun nəfəsini və bir az daha qırılacaq ümidlərimin qanadı. Bir gün göz açdığımda həyata sənsizliyə göz yummalı olacağımı gün üçün yuxuya getmək istəyirəm. Amma..



Sonra bir sabah yenə sən. Yenə qayıdacam başa bilirəm. Nəisə unutdum! Necə unutmusan sən. Yenə sən, sən və yalnız mən. Bitməyən hissin sonu kimi. Yenə biz, biz ikimiz. Sağollaşaq ,bu gecəlik mən yatım. Sabah oyanınca qonağım olacaqsan yenə sən. Bilirəm..



Kiməm mən Sənsiz?


Geri dön

..:MeleK kiz:..

  • 17 dekabr 2011 10:43
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
cox beyendim

Nikoyl

  • 28 oktyabr 2011 22:00
  • Məqalə: 139
  • Şərh: 1602
  • Bal:
{awards}
Təşəkkür

--------------------

V_I_P

  • 28 oktyabr 2011 19:10
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
Sonra bir sabah yenə sən. Yenə qayıdacam başa bilirəm. Nəisə unutdum! Necə unutmusan sən. Yenə sən, sən və yalnız mən. Bitməyən hissin sonu kimi. Yenə biz, biz ikimiz. Sağollaşaq ,bu gecəlik mən yatım. Sabah oyanınca qonağım olacaqsan yenə sən. Bilirəm..


insan sevgisiz hec kimdir. twk

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

SADƏLİK-GOZƏLLİK

  • 28 oktyabr 2011 17:18
  • Məqalə: 0
  • Şərh: 54
  • Bal:
{awards}
xebere gore tşk

--------------------
simply beautiful simply beautiful simply beautiful simple beautiful

KAYBOLAN YILLAR

  • 28 oktyabr 2011 16:56
  • Məqalə: 14
  • Şərh: 1140
  • Bal:
{awards}
BELE SOZLER DEMIYIN ALLAH ACIK GEDIR SEN ELE OZUNSEN MENILIIN OLMASA OLMARSAN SEVGI GELDI GEDERDI XEBERE GORE TEWKEKUR

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

... Deryam ...

  • 28 oktyabr 2011 16:37
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
Tşk mənalı və gözəl xəbər üçün .

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 47
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 767
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}