Vaxt çəkilməsi kimlərin marağındadır?

 
Vaxt çəkilməsi kimlərin marağındadır?

Azərbaycan Nazirlər Kabinetinin 1997-ci ildə verdiyi qərara əsasən, hər il oktyabr ayının son bazar günü əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir, qış vaxtına keçirilir. Hər il mart ayının son bazar günü isə əqrəblər bir saat qabağa çəkilməklə yay vaxtı tətbiq olunur.

Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir. Beləliklə, oktyabrın 30-da Azərbaycan ərazisində qış vaxtına keçiləcək. Həmin gün saat 5.00-da respublika ərazisində saatların əqrəbi 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək.
Bəzi mütəxəssislərin fikrincə, saat əqrəblərinin bir saat irəli, ya geri çəkilməsi əhalinin yalnız 10-15 faizində narahatlıq yarada bilər. 2-3 gündən sonra isə bu, vərdiş halına çevrilir...

Həkimlər
Həkimlər isə ildə iki dəfə vaxt dəyişikliyinin insan orqanizminə neqativ təsir göstərdiyini deyir. Lakin bu təsir bir o qədər də böyük deyil. İstirahət günündən başlayaraq insanlar öz gündəlik rejimlərini korrektə etsə və saatların çəkildiyi gecə əvvəlki günlərə nisbətən yarım saat tez yatsa, bu təsiri minimuma endirə bilər. Ancaq bəzi ekspertlər deyir ki, vaxtın dəyişdirilməsi hər 5 insandan birinə mənfi təsir göstərir. Ancaq insanlar maksimum iki həftəyə yeni rejimə alışırlar. Bunu da onunla izah edirlər ki, ölkədə qış və yay vaxtlarına keçid bioritmlərdə müəyyən dəyişikliklərə səbəb olur. İnsanların əvvəlcədən öyrəşdiyi ritmlərdə dəyişikliklər əmələ gəlir. Saat və iqlim dəyişikliyinə meylli insanlarda saat qurşağının dəyişməsi ciddi problemlərə səbəb olmur. Çünki orqanizmin adaptogen reaksiyaları var və onlar xarici mühitə uyğunlaşmanı təmin edir. Bu baxımdan, daha çox xəstə adamlar ritm dəyişikliyinə mənfi reaksiya verir. Amma sağlam orqanizm üçün bunun ciddi təhlükəsi yoxdur.

Psixoloqlar
Psixoloqlar da hesab edirlər ki, saatların irəli-geri çəkilməsi insanların davranışında özünü büruzə verir. Belə ki, öz daxili saatlarına uyğunlaşdıqlarına görə saatların çəkilməsi onların psixologiyasına da mənfi təsir edir. Yuxusuzluq yaradır, davranışlarda gərginlik özünü büruzə verir. Adaptasiya prosesində insanların sinir sisteminə mənfi təsir edir. Amma bunlar qorxulu deyil. İnsanlar bir həftəyə bu rejimə uyğunlaşırlar.
Psixoloq Azad İsayev qəzetimizə açıqlamasında dedi ki, normal insanlarda bu sadəcə fizioloji dəyişikliklərə gətirib çıxarır ki, bu da maksimim 5- 7 gün davam edir. “Lakin bəzi insanlarda saatların dəyişməsi fizioloji narahatlıqlarla bərabər psixoloji problemlər də yaradır. Bəzi ölkələr, əsasən də cənub ölkələri saat çəkilməsindən istifadə etmir. Çünki bu, onlara iqtisadi cəhətdən sərfəli deyil. Lazım gələrsə, Azərbaycanda da bu sistemi ləğv etmək olar”.

İqtisadçılar
İqtisadi ekspertlərin fikrincə isə yay vaxtına keçid elektrik enerjisinə və qaza qənaət imkanı verir.
Qış və yay vaxtına keçid iqtisadi qənaəti qorumaq üçündür. Qanunun icra olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinə illik 2 faizədək qənaət olunur. Həm də ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr atmosferə atılan tullantıların miqdarını da azaltmış olur.

İqtisadçı ekspert Məhəbbət Talıblı Deyerler.org-a bildirdi ki, vaxt dəyişikliyi bizim kimi kasıb ölkələrə aid olmamalıdır. “Həqiqətən də qənaət rejiminə keçiddir. Amma bu, o ölkələr üçündür ki, orada yaşayış normaları olsun. Ancaq Azərbaycan üçün pis haldır. Çünki burada insanlar gecə-gündüz işləyir. Saatlar bir saat çəkildi, ya çəkilmədi, onsuz da iş rejimi dəyişmir. Əksinə, insanların səhhəti korlanır. İnkişaf etmiş ölkələr də isə insanların istirahəti üçün belə hal normaldır.

Gənclər
Vaxt dəyişikliyi gənclərə elə də təsir etmir. Belə ki, xəstə adamların orqanizmində adaptasiya prosesləri zəif gedir. Həmin vaxta keçməmişdən öncə istirahəti düzgün təşkil etmək lazımdır. Ümumiyyətlə yaxşı olardı ki, vaxtın irəli-geri çəkilməsinə görə bir saat əvvəl və ya gec yatmaq lazımdır. Bununla da, insan yuxu rejimini tənzimləmiş olur. 23 yaşlı Tural Mürsəlovun fikrincə, vaxt dəyişikliyi ona elə də təsiri yoxdur. “Hər il saatlar dəyişdiyi gün, vaxtında saatımı tənzimlədiyimə görə heç bir problem yaşamıram. Sağlamlığımla da bağlı problemlər olmur. Bəlkə də olur, cavan olduğuma görə mən hiss etmirəm”.

Saatı çəkməyənlər
Qeyd edək ki, saatların əqrəbləri ilk dəfə 1908-ci ildə İngiltərədə çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib. 1981-ci ildən isə bu proses hər il dünyanın 110 ölkəsində təkrar olunur. Avropa ölkələri və Amerikanın bəzi ştatları bu üsuldan faydalanır. Ancaq vaxt dəyişikliyini qəbul etməyən ölkələr də var. Çin, Yaponiya, Cənubi Koreya, Puerto-Riko, Virciniya adaları, Amerika Samoası, Sinqapur, Estoniya və bir sıra digər ölkələr daxildir. Səbəbləri isə məlum deyil.


Geri dön

KAYBOLAN YILLAR

  • 30 oktyabr 2011 01:49
  • Məqalə: 14
  • Şərh: 1140
  • Bal:
ELE HAMINI VAXT MARAQLANDIRIR TEWEKKURLER

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

Dinar Mamedova

  • 29 oktyabr 2011 19:23
  • Məqalə: 772
  • Şərh: 1863
  • Bal:
{awards}
thank you

--------------------

... Deryam ...

  • 29 oktyabr 2011 18:54
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
Mənim üçün fərqi yoxdu laughing
tşk məlumata görə ...

--------------------

_favorit_arkadas

  • 29 oktyabr 2011 17:43
  • Məqalə: 556
  • Şərh: 8237
  • Bal:
{awards}
tesekkurler

--------------------

Mr.Perfect

  • 29 oktyabr 2011 16:02
  • Məqalə: 333
  • Şərh: 1015
  • Bal:
{awards}
Lazimsiz seydir artiq Rusiya kimi bir cox olkeler cekmir bizim ucun de ele ehemiyyeti yoxdu cografi serait baximindan

--------------------

Nikoyl

  • 29 oktyabr 2011 15:31
  • Məqalə: 139
  • Şərh: 1602
  • Bal:
{awards}
Təşəkkür

--------------------

JASSMINN

  • 29 oktyabr 2011 15:19
  • Məqalə: 0
  • Şərh: 244
  • Bal:
{awards}
ILK SERH MENDEN TWK fellow

BadZero

  • 29 oktyabr 2011 15:16
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
İlk şərh məndən ... Təşəkkürlər xəbərə görə

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 37
Cəmi: 64

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 475
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 40
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
 
{slinks}