Həzrət Əlinin (ə) Xanım Fatimə (s) ilə evlənməsi

 
Həzrət Əlinin (ə) Xanım Fatimə (s) ilə evlənməsi

Həzrət Əlinin (ə) Xanım Fatimə (s) ilə evlənməsi

Bir gün həzrət Əli (ə) Allah Rəsulunun (s) yanına gələrək bir az söhbətdən sonra Peyğəmbərə belə deyir: Ya Rəsuləllah, siz mənim dünya və axirətdə pənahım və köməyimə yetənimsiniz. Ya Rəsuləllah, mənə qarşı göstərdiyiniz bu qədər hörmət və mehribanlıqla yanaşı, ünsiyyət tapmaq üçün evlənib ailə sahibi olmaq istəyirəm. Ya Rəsuləllah, mən sizin yanınıza gəlmişəm və xahiş edirəm ki, qızınız Fatimənin nikahını mənə oxuyasınız.

Ümmü Sələmə deyir: Bu sözdən sonra Peyğəmbərin mübarək üzünün sevincdən nurlanmasının şahidi oldum.

Həzrət, Əmirəl-möminin (ə) mübarək üzünə təbəssüm edib buyurdu: Ya Əbəl Həsən, mən Fatimənin nikahını sənə oxumaqdan ötrü mehriyyən varmı?

Əli (ə) dedi: Atam-anam sənə fəda olsun, mənim vəziyyətim sizə məlumdur, təkcə bir qılınc bir zirehli paltar və bir dəvə varımdır ki, onunla da su daşıyıram. Bunlardan başqa heç bir şeyim yoxdur.

Peyğəmbər (s) buyurdu: Ya Əli, qılınca ehtiyacın vardır, çünki Allah yolunda cihad edib Onun düşmənləri ilə döyüşməlisən. Dəvə isə su gətirmək, xurma ağaclarını suvarmaq, ona yük yükləmək üçün lazımdır, mən sənin zirehli paltarını mehriyyə əvəzində səninlə Fatiməni (s) evləndirirəm.

Həzrət Əlinin (ə) Xanım Fatimə (s) ilə evlənməsi

Həzrət Fatimeyi Zəhranın (ə) cehizliyi:

1-bir ədəd yeddi dirhəmlik köynək;

2-bir ədəd dörd dirhəmlik niqab;

3-bir ədəd qara xeybəri rəngində dəsmal;

4-bir ədəd taxta çarpayı (ortası xurma ağacı qabığından düzəldilmişdi),;

5-iki ədəd döşək (birinin içi yun, o birininki isə xurma yarpağından);

6-dörd ədəd üzü Taif dərisindən olan balış (ikisinin içi yun, o birisinin isə xurma ağacının yarpağından);

7-bir ədəd yun pərdə;

8-bir ədəd otaq həsiri;

9-bir əl dəyirmanı;

10-bir ədəd böyük mis kasa;

11-bir dənə su içmək üçün dəridən qab;

12-bir dənə süd üçün taxta kasa;

13-bir ədəd su tuluğu;

14-bir dənə üstü qırlanmış aftafa;

15-bir neçə dənə saxsı kuzə

Həzrət Əlinin (ə) Xanım Fatimə (s) ilə evlənməsi

ZƏHRAYİ-BƏTULUN (ə) ƏLİAÇIQLIĞI

Həzrət Zəhra (ə.s) Həzrət Əlinin (ə) evinə aparıldığı vaxt yolda bir dilənçi ilə rastlaşırlar ki, Həzrət Zəhradan (ə) bir şey istəyir. Xanım gəlinlik paltarını o yolçuya verir. Daha sonra öz köhnə paltarını geyinib həmin libasla ər evinə gəlin gedir.

Həmin günün səhəri Peyğəmbər (s) onların evinə təşrif gətirən vaxt əziz qızının gəlinlik köynəyinin əynində olmamasının səbəbini soruşduqda Fatimə (ə) deyir: Gəlinlik paltarımı keçən gecə bir yolçuya bağışladım.

Rəsulullah (s) çox xoşhal olub buyurur: Atam-anam bu qıza fəda olsun.

Sonra üzünü Əmirəl-mömininə (ə) tutub buyurur: Ya Əli, Fatimə sənin üçün yaxşı xanımdır. Əgər o olmasaydı dünyada sənə layiq bir həyat yoldaşı tapılmazdı.

Həzrət, Zəhraya (ə) da belə buyurur: “Zəhracan, Əli də sənin üçün yaxşı yoldaşdır; əgər o da olmasaydı, sənə layiq bir həyat yoldaşı tapılmazdı.

Həzrət Əlinin (ə) Xanım Fatimə (s) ilə evlənməsi

İŞLƏRİN BÖLÜNMƏSİ

Sonra Həzrət Peyğəmbər (s) buyurur: Evdən kənardakı işlər Əlinin öhdəsinədir. Evin daxilindəki işlər ilə Zəhrayi-Mərziyyə məşğul olacaqdır. Həzrət Fatimənin əvvəlcə işarə olunmuş böyük mənalı cümləsi belədir: “Bu işdən nə qədər xoşhal olduğumu Allahdan savayı heç kəs bilmir.” Yəni iki dünyanın xanımı dünyalar qədər xoşhal oldu ki, Peyğəmbər (s) onu evdən kənardakı işlərdən naməhrəmlərlə üz-üzə gəlməkdən azad etdi.

***

Rəsuli Əkrəm (s) Həzrəti-Əlinin (ə) evinə gələndə İmamı mərci təmizləməklə məşğul olduğunu müşahidə edir və buyurur: “Əgər kişi ev işlərində arvadına kömək edərsə, Allah-Taala xoşhal olub ona rəhmət nəzəri ilə baxar və Behişti onun üçün vacib buyurar. Həmçinin, hər kəs Allah xatirinə ailəsinin rəhmət, rahatlıq və asayişi yolunda zəhmət çəkib iş görərsə, Allah yolunda cihad edənlərdən sayılar.”

***

Rəsuli Əkrəm (s) buyurub: “Ailəyə xidmət göstərmək böyük günahların
kəffarəsidir və Allahın qəzəb atəşini söndürür.” (“Biaharül-ənvar”, 103-cü cild.)

***

Kişinin qadın üzərindəki haqqı təkcə ər-arvad münasibətlərində xülasə olunur. Bişirmək, yumaq və s. kimi camaat arasında məlum olan vəzifələr kişilərin haqqı deyil, qadınların əxlaqi vəzifələrindəndir. Buna misal olaraq İslam Peyğəmbəri (s) qızının izdivacının ilk günü təbrik demək üçün Həzrət Zəhranın (ə) mənzilinə gedərək, ev işlərinin o iki böyük şəxsiyyətin arasında bölüşdür¬məsini qeyd etmək olar. Həzrət Peyğəmbər (s) o zaman Zəhraya belə buyurdu: “Zəhracan, evin daxili işləri: çörək bişirmək, arpa-buğda üyütmək, evi təmizləmək, uşaq saxlamaq və s. bu kimi işlər sənin, odun və su gətirib ev ləvazimatını, eləcə də mənzildə ehtiyac duyulan məişət əşyaları tədarük görmək və s. Əlinin öhdəsindədir.”

Sonra Həzrət Fatimeyi-Zəhra (ə.s) bütün mömin qadınlara nümunə sayılacaq aşağıdakı cümləni söylədi: “İşlərin bu cür bölünməsindən necə xoşhal olduğumu Allahdan başqa heç kəs bilmir.” (Bu hədis azacıq fərq və əlavələrlə “Biharül-ənvar”ın 10-cu cildinin 24 və 25-ci səhifəsində gəlmişdir və yuxarıdakı cümlənin yerinə belə deyilib: “Allah rəsulunun (s) məni evdən kənarda kişilərlə üz-üzə gəlməkdən azad etməsinə görə dünyalar qədər xoşhal oldum.”)

Həzrət Əlinin (ə) Xanım Fatimə (s) ilə evlənməsi

Biz sənə kövsər (Fatimə) əta etdik

Allah tərəfindən verilən bu məmuriyyətlərə əsasən qadınların şəxsiyyətinin tapdalan-ması ilə mübarizədə Rəsuli Əkrəm qızları övladların ən yaxşısı kimi təqdim edir, onları ata-ana üçün ən əziz bir şəxs hesab edir və əməli olaraq o vəhşi dövrdə yaşayan ata-anaları başa salır ki, qız əzizdir, onun hüquqlarına hörmətlə yanaşılmalıdır, təqva və əxlaqi fəzilətlərə malik olduğu halda başqalarından irəli çəkilməlidir. O Həzrət əziz qızı Zəhranın əlini öpür, ona ehtiram əlaməti olaraq ayağına qalxır. Səfərə gedəndə görüşdüyü axırıncı və səfərdən qayıtdıqda görüşdüyü ilk şəxs qızı Zəhradır! Bu əziz qızına qarşı o qədər təvazökarlıq, nəvaziş edir ki, hətta onu “atasının anası” (yəni ana) deyə səsləyirdi.
(“Cəlaül-üyun” (Şübbər), 1-ci cild, səh.132, 134, 141)

Həzrət öz qızı Fatimənin əzəmətli mə-qamına işarə edərək buyurur: “O, sizin aranızda mənim ən əzizimdir.”(“Səfinətül-bihar”, 2-ci cild, səh. 274)

Həzrət yenə buyurur: “Sizin övladlarınızın ən yaxşısı qızlarınızdır.”
(“Səfintul-bihar”, 2-ci cild, səh. 684)

***

Həzrətin özü əməl məqamında öz həyat yoldaşı ilə o qədər mehiban davaranırdı ki, onun mislini dünyada tapmaq olmaz. Əli (ə) evin daxilində olan işlərdə də Həzrət Zəhraya kömək edirdi. Onun evində əlavə bir xidmətçinin olmasına baxmayaraq, İmam Sadiqin (ə) buyurduğunda belə gəlib: “O Həzrətin özü bəzən xörək bişirməkdə, ocaq qalamaqda kömək edir: odun gətirir, quyudan su çəkir və evi süpürüb təmizləyirdi.” (“Səfinətul-bihar”, 2-ci cild, səh.195)

Həzrət Əlinin (ə) Xanım Fatimə (s) ilə evlənməsi

Beləliklə də öz ardıcıllarına fədakarlıq, həyat yoldaşı ilə sağlam mühitdə yaşamaq dərsini verir. Əli (ə) həyat yoldaşı Fatimeyi Zəhranın sadə evində elə şadlıqla, sevinclə yaşayırdı ki, o şəhid edildikdən sonra öz səbirsizliyini, taqətsizliyini bəyan edir. Rəsuli-əkrəmin (s) şərif qəbrinə xitab edərək deyir: “Ey Allahın Peyğəmbəri, sənin qızının ayrılığında taqətim kəsilmiş və səbirim azalmışdır. Zəhranın getməsi ilə qüdrətim əldən getmişdir.” (“Nəhcül-bəlağə”, 193-cü xütbə)

Onların bu müqəddəs ailədəki həyatı o qədər sevinc dolu, həmahəng idi ki, ömür boyu azacıq da belə bir-birindən narahatlıq görməmiş, mehr-məhəbbətlə həyat çətinliklərini, o dövrün acı siyasi hadisələrinin təsirlərini, Fədəkin və Əlinin (ə) xilafətinin qəsb edilməsindən yaranan ruhi sarsıntıları asanlaşdırmışlar.

Bir gün Rəsuli Əkrəm (s) öz qızı və kürəkənini görmək üçün onların evinə daxil olub gördü ki, hər ikisi əl dəyirmanının yanında oturub bir-birinə kömək edirlər. Həzrət salam verib hal-əhval tutduqdan sonra buyurdu: Hansınız daha çox yorulmusunuz? Mən onun yerinə oturum və onun işini görüm. Həzrət Əli (ə) ərz etdi ki, ya Rəsuləllah, Fatimə daha çox yorulub. Sonra Fatimə atasının əmri ilə ayağa qalxdı və Peyğəmbər öz kürəkəninin evində un üyütməyə başladı.
(“Biharul-ənvar”, 43-cü cild, səh. 50)

***

Həzrət İmam Baqir (ə) buyurur ki, anası Fatimeyi Zəhranın (ə) şəhadətindən sonra Həzrət Əli (ə) onun cənazəsinin yanında dayanıb Allaha ərz etdi: “Xudavənda! Bu Sənin Peyğəmbərinin qızı Fatimeyi Zəhradır və mən ondan razılığımı bildirirəm. Pərvərdigara! Onu və övladlarını qəbir vəhşətindən hifz et. Xudavənda! Ona zülm etdilər və Sən Özün onlarla Fatimeyi Zəhra (ə) arasında hökm kəs!”
(“Biharul-ənvar”, 103-cü cild, səh. 256)

Həzrət Əlinin (ə) Xanım Fatimə (s) ilə evlənməsi


Geri dön

sevgi_meleyim.

  • 30 oktyabr 2011 21:40
  • Məqalə: 17
  • Şərh: 551
  • Bal:
Allah her birinizden razi olun InsAllah.

KAYBOLAN YILLAR,

Duz buyurursuz, basa dusen insancun ne xos... Allah sizdende razi olsun InsAllah her zaman. amin

--------------------
Rebbim bir insan qoy qelbime
Amma o insan senin de sevdiyin olsun
Ve mene ele bir insan sevdir ki,
O insanin ureyi Seni seven bir mebed olsun.
Meni ele bir insanla goruwdur ki,
Menden evvel onunla goruwmuw olan Sen olasan.....Amin.

hulk91

  • 30 oktyabr 2011 10:25
  • Məqalə: 0
  • Şərh: 63
  • Bal:
{awards}
ALLAH razi olsun twekkurler

KAYBOLAN YILLAR

  • 30 oktyabr 2011 01:38
  • Məqalə: 14
  • Şərh: 1140
  • Bal:
{awards}
BU SOZLERDE DERIN MEN VAR TEWEKKUR EDIREM SIZLWRE

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

Els007

  • 29 oktyabr 2011 23:36
  • Məqalə: 227
  • Şərh: 532
  • Bal:
{awards}
xebere gore twk

ZEHRA

  • 29 oktyabr 2011 22:30
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
Təşəkkür edirəm

_Arzu_

  • 29 oktyabr 2011 20:47
  • Məqalə: 0
  • Şərh: 48
  • Bal:
{awards}
Çox maraqli xəbərdir. ALLAH razı olsun.

BadZero

  • 29 oktyabr 2011 20:08
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Maraqlı xəbərə görə təşəkkür Allah razı olsun

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

Nikoyl

  • 29 oktyabr 2011 19:56
  • Məqalə: 139
  • Şərh: 1602
  • Bal:
{awards}
Təşəkkür

--------------------

V_I_P

  • 29 oktyabr 2011 19:54
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
maraqli idi. twk.

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

Firu_905

  • 29 oktyabr 2011 19:51
  • Məqalə: 1
  • Şərh: 56
  • Bal:
{awards}
Çox maraqlıdır. Təşəkkürlər....

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 49
Cəmi: 72

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}