ALLAH-ı Necə Görə Bilərik?

 
ALLAH-ı Necə Görə Bilərik?

Allah-təala heç bir vaxt gözlə görülməz. Çünki gözlə görülmək cismin xüsusiyyətlərindəndir. Gözlə görülən hər bir varlıq, məkan və zaman hüdudlarında qərarlaşmalı, müəyyən bir rəngə və surətə malik olmalıdır. Bütün bu xüsusiyyətlər Allahın yaratdığı cisimlərə, varlıqlara məxsus olan xüsusiyyətlərdir. Allah-təala isə öz yaratdığı məxluqların maddi xüsusiyyətlərindən uzaq və pakdır.

(Çünki məxluqatın malik olduğu bu sifətlər, birbaşa onların naqis və öz məkan, zaman forma və rənglərinə ehtiyaclı olduğunu yetirir. Allah-təala isə hər növ miqyas və ölçüdən uzaqdır, ehtiyacsızdır.) Deməli, Allah-təalanı görməyə, müşahidə etməyə olan etiqad, bir növ şirkə düçar olmaq deməkdir. Qurani-kərim buyurur;
Gözlər Onu görməz. Lakin O, bütün gözləri görür. O, bağışlayan və mehribandır.
(Ənam, 103)

Məhz elə buna görə də, Bəni-İsrail qövmünün bəhanə axtaran baş bilənləri Musa (ə)-a Allahı görmək istədiklərini bildirdilər. Və ondan Allahı onlara göstərməsini tələb etdilər;
Əgər Allahı aşkar olaraq görməsək, sənə iman gətirməyəcəyik!
(Bəqərə, 55)

Musa (ə) onları Tur dağına apardı və onların tələblərini Allaha söylədi. Allah-təala isə onlara belə cavab verdi: “Əsla (heç vaxt) məni görə bilməyəcəksən! O dağa bax. Əgər o, yerində salim qalarsa, sən də, məni görəcəksən. Sonra Rəbbi dağa təcəlli edib, onu yerlə-yeksan etdi. Musa bayılıb yerə düşdü. O, özünə gələrkən dedi:
Ey Tanrım, Sən gözlə görülməkdən uzaq və paksan! Sənə tərəf qayıtdım (tövbə etdim). Mən iman gətirənlərin ilkiyəm.
(Əraf, 143).

Bizim etiqadımıza əsasən, əgər bəzi ayələrdə və İslami rəvayətlərdə “Allahı görməkdən” söhbət olunursa da, bundan məqsəd Allah-təalanı batini gözlə görməkdir. Onu qəlbən “görüb” dərk etməkdir. “Bir nəfər Həzrət Əli (ə)-dan soruşdu: “Ey möminlərin ağası, söylə görüm, həç öz Allahını görmüsənmi?” İmam Əli (ə) belə cavab verdi:
Görmədiyim varlığamı ibadət edim?"
(Yəni mən görmədiyim varlığa ibadət etmərəm!) Sonra isə buyurdu:
Əsla Onu gözlər görməz, müşahidə edə bilməz. Amma qəlblər Onu iman gözü ilə dərk edər
(“Nəhcul-bəlağə”, 179-cu xütbə).

Biz inanırıq ki, məxluqatın xüsusiyyətlərini (məkan, zaman, cismiyyət, gözlə görülmək, forma, quruluş və s.) Allaha nisbət vermək, bir daha Onu düzgün tanımadığımızdan xəbər verir. Və bu iş bir növ şirk sayılır. O, bütün varlıqlardan və onlara nisbət verilən sifətlərdən uca və pakdır. Heç bir varlıq Ona bənzəməyir. O, bənzərsiz bir xaliqdir.

ALLAH-ı Necə Görə Bilərik?


Geri dön

Ahli-Shia313

  • 15 dekabr 2011 18:13
  • Məqalə: 43
  • Şərh: 178
  • Bal:
Teshekkurler.ALLAH razi olsun.burda dinden uzaq adamlarin yazdiqlarina da fikir vermeyin//./

--------------------
Каждый день Ашура, Вся земля Кербела!

KAYBOLAN YILLAR

  • 31 oktyabr 2011 03:22
  • Məqalə: 14
  • Şərh: 1120
  • Bal:
{awards}
VALLAH GUNAHDI BELE XEBER VERMEYIN TEWEKKULER

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

JASSMINN

  • 30 oktyabr 2011 18:13
  • Məqalə: 0
  • Şərh: 237
  • Bal:
{awards}
elbetdeki gore bilmerik

Cilent_M.Q

  • 30 oktyabr 2011 17:56
  • Məqalə: 87
  • Şərh: 2580
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

... Deryam ...

  • 30 oktyabr 2011 17:31
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
{awards}
ALLAH BİZİ GÖRÜR VƏ EŞİDİR .ALLAHIN BİZLƏR ÜÇÜN YARATDIĞI MÖCÜZƏLƏRƏ ŞÜKR ETMƏYİ BACARAQ .

--------------------

Nikoyl

  • 30 oktyabr 2011 14:57
  • Məqalə: 139
  • Şərh: 1584
  • Bal:
{awards}
Təşəkkür

--------------------

V_I_P

  • 30 oktyabr 2011 13:59
  • Məqalə: 3
  • Şərh: 1937
  • Bal:
{awards}
bu nece sualdi?allahi hec kim gormeyib ve gormuyecekde. gunah qazanmayin. twk

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

Dusha_Moya))

  • 30 oktyabr 2011 12:28
  • Məqalə: 0
  • Şərh: 453
  • Bal:
{awards}
Rebbim razı olsun, Amin..Allah hamımıza hidayət versin..tshkr mövzuya görə..

mor.menekse

  • 30 oktyabr 2011 12:24
  • Məqalə: 0
  • Şərh: 289
  • Bal:
{awards}
Allah razi olsun...

Ku-ku

  • 30 oktyabr 2011 12:07
  • Məqalə: 267
  • Şərh: 5252
  • Bal:
{awards}
allah razi olsun twk

--------------------

Els007

  • 30 oktyabr 2011 11:52
  • Məqalə: 227
  • Şərh: 518
  • Bal:
{awards}
gozel xeberdi twk

BadZero

  • 30 oktyabr 2011 11:45
  • Məqalə: 178
  • Şərh: 2522
  • Bal:
{awards}
Allah razı olsun təşəkkür

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

hulk91

  • 30 oktyabr 2011 10:49
  • Məqalə: 0
  • Şərh: 61
  • Bal:
{awards}
cox maraqli idi tewekkur

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 45

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 722
 
The Shield
Xəbərləri: 51
Cəmi: 74
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}