Məhəmməd peyğəmbər(s.ə.s.)dən 40 hədis

 
Məhəmməd peyğəmbər(s.ə.s.)dən 40 hədis

1. Ey Allahın bəndələri, sizlər xəstə, bütün aləmlərin Yaradanı isə həkim kimidir. Xəstənin xeyiri öz istəklərinə yox, həkimin tədbirlərinə əməl etməkdir. Buna görə də nicat tapmaq üçün Allahın əmrinə təslim olun.

2. Kim müsəlmanların məsələləri ilə maraqlanmayan halətdə sübh etsə, müsəlmanlardan deyil. Və kim “Ey müsəlmanlar”-deyə fəryad edən bir kimsənin dadına və imdadına çatmasa müsəlman deyildir.

3. Həzrəti Məhəmməd(s) müsəlmanlardan bir qrupunu müharibə meydanlarına göndərdi. Cəbhədən qayıdanda peyğəmbər(s) onlaa buyurdu: kiçik cihadı bitirib, gələnlərə afərin olsun, lakin (bilin ki) böyük cihad hələ qarşıdadır. Rəsulullahdan böyük cihad nədir-deyə soruşduqda belə buyurdu: Nəfslə cihad etməkdir.

4. Ümmətimin arasında bidətlər üzə çıxdığı zaman alim elmini aşkar etməlidir(bidətləri ifşa etməlidir). Bu işə girməzsə, Allahın lənəti ona olsun.

5. Fəqihlər və alimlər dünyaya uymayınca peyğəmbərlərin əminləridirlər(Yəni peyğəmbərlərin etimadlı nümayəndələridirlər). “Ya Rəsulullah dünyaya uymaqları necə olur”,-deyə, soruşdular. Rəsulullah buyurdu: Zor sahiblərinə uymaqları ilə olur. Zalıma itaət edərlərsə, dini qorumaq üçün o alimlərdən çəkinin.

Məhəmməd peyğəmbər(s.ə.s.)dən 40 hədis

6. Ümmətim haqqında nə mömindən qorxum var, nə də müşriklərdən. Çünki möminin imanı, ümmətimə ziyan vurmağa mane olar, müşrikin küfrü onu zəlil edər. Mən sizlər üçün, necə deyərlər, şirin dilli və iki üzlü münafiqdən qorxuram. Sizin xoçunuza gələni danışar, əməldə acığınıza gələn işləri görər.

7. Qiyamət günü olanda bir münadi(carçı) nida edəcək: Zalımlar və zalımların yardımçıları, onların mürəkkəb qabına pambıq qoyanlar və ya torpaqlarının ağzını bağlayanlar və ya qələmlərini mürəkkəbə batıranlar hardadırlar? Onları da zalımlara məhşur edin.

8. Hər dəyərdən üstün bir dəyər vardır. Amma Allah yoolunda şəhid olanın dəyərindən artıq və üstün bir dəyər ola bilməz.

9. İnsanların ən pisi axirətini dünyasına satandır. Bundan da pisi axirətini başqasının dünyasına satandır.

10. Allahın qəzəbinə səbəb olan bir şeylə hökmdarı razı salan adam, Allah dinindən çıxmışdır.

Məhəmməd peyğəmbər(s.ə.s.)dən 40 hədis

11. Bir varlının yanına gedib, (sərvətinə görə) onun qarşısında əyilən bir şəxs dininin üçdə iki hissısini itirər.

12. Yaxşı və xeyirxah adamın on əlaməti vardır. 1-Allahın razılığı üçün dostluq edər. 2-Allahın razılığı üçün düşmənçilik edər. 3- Allahın razılığı üçün yoldaşlıq edər. 4- Allahın razılığı üçün ayrılar. 5- Allahın razılığı üçün qəzəblənər. 6- Allahın razılığı üçün sevinər. 7- Allahın razılığı üçün çalışar. 8-Hacət əlini Allaha tərəf uzadar. 9-Allah üçün tövazə edər, bir halda ki, Allahdan qorxmaq və xovf kimi xislətlərə malik olub pak, ixlaslı (saf niyyətli), həyalı və özündən muğayat olar. 10-Allah rizasına hamıya yaxşılıq edər.

13. Bir zaman olacaqdır ki, mənim ümmətim, alimləri onların yaxşı geyimlərindən, Quranı xoş səslə oxumaqla və Allahı yalnız Ramazan ayında tanıyacaqlar. Onda Allah onlar üçün rəhmi, helmi və elmi olmayan bir kimsəni hakim edəcəkdir.

14. Qiyamət günündə alimlərin qələminin mürəkkəbi şəhidlərin qanı ilə bir ölçülər. Alimlərin qələmlərinin mürəkkəbi şəhidlərin qanından ağır gələr.

15. Mənin Əhli-beytim Nuh peyğəmbərin gəmisi kimidir. O gəmiyə minən nicat tapar, ondan ayrılan isə qərb olar.

Məhəmməd peyğəmbər(s.ə.s.)dən 40 hədis

16. Həyatının yükünü və ayrılığını insanların boynuna qoyan kimsə məlundur (lənətə gəlmişdir).

17. Qiyamət günü adam dörd suala cavab verməyincə yerindən tərpənməyəcəkdir.1-Ömrünü haralarda keçirdiyindən. 2-Gəncliyini nəyə sərf etdiyindən. 3-Haradan qazanıb, harada xərclədiyindən. 4-Bizim əhli-beytimizə bəslədiyi məhəbbətindən.

18. Şəmun (İsa(ə)-ın həvarilərindən birinin nəvəsi) cahilin əlamətləri nədir, -deyə Peyğəmbərdən soruşdu. Peyğəmbər(s) buyurdu: Cahillə oturub dursan səni incidər. Ondan ayrı dolansan sənə söyüş verər. Sənə bir şey verəndə minnət qoyar; ona bir şey versən nankorluq edər; sirrinə xəyanət edər, sirrini sənə desə“sən onu ifşa edibsən”,-deyə sənə töhmət vurar, var-dövlətli olsa məğrurluq edər və danqalıq edər, varı olmasa Allahın nemətlərini inkar edər və özü üçün heç bir şeyi günah bilməz; fərəhlənsə israf edər və həddini aşar; kədərləndikdə ümidini hər şeydən kəsər; gülsə qəhqəhə çəkər, ağlayanda nalə edər; qohumlarına hörmət etməz, Allahı sevməz, Ondan qorxmaz və utanmaz, Onu yad etməz; onu razı salsan səni tərif edər və yalandan bəzi yaxşılıqları sənə qoşar; sənə qəzəblənsə bütün tərifləri yadından çıxarıb və yaramaz sözləri sənə deyər. Bax, cahilin davranışı belədir!

19. Rəsulullah(s) həzrəti-Əli əleyhissalama buyurdu: “Ey Əli, altı yüz min qoyun istəyirsən, yoxsa altı yüz min dinar, yaxud altı yüz min söz(öyüd)?” Əli(ə) cavabında, “ey Peyğəmbər, altı yüz min söz istəyirəm”, -dedi. Həzrəti Peyğəmbər(s) buyurdu: ya Əli, altı yüz min sözü altı cümlədə toplayır və sənə deyirəm. 1-İnsanların müstəhəb işlərlə məşğul olduqlarını görəndə, sən vacibatları kamil etməyə çalış. 2-İnsanları dünya işləri ilə məşğul görəndə, sən axirət işləri ilə məşğul ol. 3-İnsanların başqalarının eyibləri ilə məşğul olduqlarını görəndə, sən öz eyiblərini göz. 4-Görsən ki, insanlar öz dünyalarını bəzəyir, sən öz axirətini bəzəməy çalış. 5-Görsən ki, insanlar əməllərinin çox olmasına(kəmiyyətinə) çalışır, sən öz işinin sağlamlığı və təmizliyinə(keyfiyyətinə) çalış. 6-İnsanların məxluqata sığındığını görsən, sən ancaq Xaliqə və Yaradana (Allaha) sığın!

20. Dünyapərəstlik camaatın çoxuna o qədər qalib gəlmişdir ki, guya ölüm hökmü başqalarına yazılmışdır. Sanki haqqa riayıt etmək başqalarının vəzifəsidir. Yox, yox, belə deyil, niyə sonrakılar, keçmişlərdən ibrət götürmürlər?

Məhəmməd peyğəmbər(s.ə.s.)dən 40 hədis

21. Allah məni doqquz şeyə riayət etməyə əmr etmişdir: Gizlində və aşkarda ixlaslı olmağa; Sevinc və qəzəb halında ədalətli olmağa, həm yoxsul və həm də varlı olanda etidal (orta) vəziyyətdə davranmağa; mənə zülm edəni bağışlamağa; məni məhrum qoyana ehsan və bəxşiş verməyə; mənimlə get-gəlini kəsənlə əlaqə yaratmağa; sükut halında fikirləşməyə; həmişə danışdıqlarımda Allahın zikrində olmağa; gördüklərimdən ibrət almağa.

22. Ya Əli, qəzəblənmə, qəzəbləndikdə isə otur və Allahın öz bəndələrinə olan qüdrət ilə birlikdə onlara olan mərhəmətini düşün!

23. Hər kim Allah üçün qırx gün ixlasla əməl etsə, hikmət çeşmələri qəlbindən dilinə axar.

24. Ya Əli, qiyamət günü üç gözdən başqa bütün gözlər ağlayacaq: Allah üçün yatmayan göz, Allahın haramlarına baxmayan göz və Allahın qorxusundan ağlayan göz.

25. Mən elm şəhəriyən, Əli isə onun qapısıdır. Kim elm istəsə o qapıdan girməlidir.

Məhəmməd peyğəmbər(s.ə.s.)dən 40 hədis

26. Ey Əbazər! beş şey başına gəlməmiş beş şeyi qənimət bil: Gəncliyini qocalmamış, sağlamlığını xəstələnməmiş, varını yoxsullaşmamış, bir işə başı qatışmamış fürsəti, ölümün çatmamış həyatım.

27. Allah taala sizin simanıza və mallarınıza baxmaz, ancaq ürəklərinizə və əməllərinizə baxar.

28. Ey insanlar, mən sizin aranızda iki dəyərli şey əmanət qoyuram ki, onlara itaət etsəniz çaşmayacaqsınız: Allahın kitabı və mənim itrətim(əhli beytim).

29. Peyğəmbər(s) buyurdu: Həzrəti-İsa(s) həvarilərə(öz yaxın dost və səhabələrinə) buyurdu: Görüşü sizə Allahı xatırladan, sözləri biliyinizi artıran, əməli isə axirətə rəğbətləndirənlərlə oturub durun.

30. Kimdə bu dörd sifət olsa o münafiqdir, bunlardan biri də olsa, onu tərk edənə qədər bir nifaq sifətinə sahib sayılı: 1-Danışanda yalan deyən. 2-Verdiyi sözə əməl etməyən. 3-Peyman və müqavilədə hoqqabazlıq edən.4-Düşmənçiliyində fisq-fücur edən.

Məhəmməd peyğəmbər(s.ə.s.)dən 40 hədis

31. Bilin ki, mənim ümmətimin ən pisi, zərər-ziyanından amanda qalmaq üçün hörmət göstərilən adamlardır. Şərrinin qorxusundan hörmət edilən adam məndən deyildir.

32. Mömin bir dəlikdən iki dəfə sancılmaz.

33. Ey müsəlmanlar, zinadan çəkinin, çünki zinada altı nəticə vardır ki, üçü dünyada, üçü isə axirətdə baş verər. Dünyada zinada əmələ gələn üç nəticə aşağıdakılardır: Zina insanı hörmətdən salar, yoxsulluğa yol açar və ömrü qısaldar. Axirətdəki nəticələri isə belədir: Zina Allahın qəzəbinə səbəb olar, axirət haqq-hesabını çətinlədər və zinakarın həmişəlik cəhənnəm odunda qalmasına səbəb olar.

34.Ya Əli! Üç xisləti olmayan adam heç bir iş görə bilməz:1-İnsanı günahdan saxlayan təqva qüvvəsi.2-Nuru ağılsızların nadanlığını rədd edən elm.3-Nurunun təsirindən camaatla mudara(keçinişmək) olunan əql.

35. Sizlərdən biri cəmiyyətdə pis bir əməl gördükdə, gərək öz əməli ilə ona qarşı etiraz etsin, zoru çatmasa, dil vasitəsilə desin, bu işi də görə bilməsə, ürəyində etiraz etsin(yəni o əmələ məhəl qoymasın) ki, bu sonuncu əməl imanın ən zəif mərhələsidir.

Məhəmməd peyğəmbər(s.ə.s.)dən 40 hədis

36. Bilin ki, Ali-Məhəmmədi sevdiyi halda ölən adam şəhid hesab olunur.Ali-Məhəmmədin eşqi ilə ölən şəxs, bağışlanmış halda ölmüşdür. Əhli-beytə aşiq olan şəxs və bu eşq ilə ölən şəxs, tövbə etmiş olaraq ölmüşdür. Ali-Məhəmmədin eşqi ilə ölmüş şəxs kamil iman sahibi, bir mömin kimi ölmüşdür. Hər kim Ali-Məhəmmədin eşqi ilə ölsə, ölüm mələyi(Əzrail) və daha sonra Nəkir və Münkər ona cənnət müjdəsi verər. Hər kim Ali-Məhəmmədin eşqi ilə ölsə, gəlinin bəy evinə aparldığı kimi, behiştə göndərilir.

37. Şərab içən bütpərəst kimidir. Şərab içənin namazını Allah-taala qırx gün qəbul etməz və o, qırx gün içərisində ölsə, kafir olaraq dünyadan gedər.

38. Allah-taala tərki-dünyalığı bizim taleyimizə yazmamışdır. Mənim ümmətimin riyazətkeşliyi Allah yolunda mübarizə aparmaqdır.

39. Hər kim qadir olduğu halda həccə getməyi gecikdirsə və həccə getməmiş ölsə, Allah-taala onu qiyamət günü yəhudi və ya xristian olaraq məhşur edəcəkdir.

40. Naməhrəmə baxmaq şeytanın zəhərli oxlarından biridir.(Baxanın ürəyinə sancılar). Kim Allah-Taaladan qorxub, naməhrəmə baxmasa, Allah-taala ona elə bir iman verər ki, onun şirinliyini qəlbində anar.

Məhəmməd peyğəmbər(s.ə.s.)dən 40 hədis


Geri dön

Repery

  • 19 noyabr 2011 01:30
  • Məqalə: 196
  • Şərh: 1506
  • Bal:
ALLAH RAZI OLSUN xeberi bizle bolushduyun ucun.

--------------------

KAYBOLAN YILLAR

  • 31 oktyabr 2011 03:15
  • Məqalə: 14
  • Şərh: 1120
  • Bal:
{awards}
5. Fəqihlər və alimlər dünyaya uymayınca peyğəmbərlərin əminləridirlər(Yəni peyğəmbərlərin etimadlı nümayəndələridirlər). “Ya Rəsulullah dünyaya uymaqları necə olur”,-deyə, soruşdular. Rəsulullah buyurdu: Zor sahiblərinə uymaqları ilə olur. Zalıma itaət edərlərsə, dini qorumaq üçün o alimlərdən çəkinin.ELADI BELE XEBERE VERENDE ADAMAIN KONLU ACILIR EE

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

... Deryam ...

  • 30 oktyabr 2011 17:20
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
{awards}
Hər biri dəyərli və ibrətamiz kəlamlardı .
ALLAH RAZI OLSUN .

--------------------

Narka E-ZaDe

  • 30 oktyabr 2011 16:54
  • Məqalə: 404
  • Şərh: 4312
  • Bal:
{awards}
Hər kim Allah üçün qırx gün ixlasla əməl etsə, hikmət çeşmələri qəlbindən dilinə axar. winked

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Repery

  • 30 oktyabr 2011 16:37
  • Məqalə: 196
  • Şərh: 1506
  • Bal:
{awards}
Maraqli idi..twk edrem.. love

--------------------

Cilent_M.Q

  • 30 oktyabr 2011 16:29
  • Məqalə: 87
  • Şərh: 2580
  • Bal:
{awards}
Allah razi olsun...

--------------------

BadZero

  • 30 oktyabr 2011 15:07
  • Məqalə: 178
  • Şərh: 2522
  • Bal:
{awards}
Dəyərli məlumat üçün təşəkkürlər

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

Nikoyl

  • 30 oktyabr 2011 14:55
  • Məqalə: 139
  • Şərh: 1584
  • Bal:
{awards}
Təşəkkür

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 45
Cəmi: 68

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 53
Cəmi: 155
 
The Shield
Xəbərləri: 50
Cəmi: 310
 
Darling
Xəbərləri: 46
Cəmi: 932
 
aytc.sza
Xəbərləri: 37
Cəmi: 82
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 21
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 18
Cəmi: 77
 
♔Hе важно∞
Xəbərləri: 15
Cəmi: 305
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}