Statistika #1 - İnternet sürətiniz?

 
Statistika #1 - İnternet sürətiniz?

internetə daxil olmaq artıq bizim üçün gündəlik təlabata çevrilib. Bəs daxil olduğumuz internetin sürəti bizi qane edirmi? Bir çoxları buna yox cavabı verəcəkdir. Əvvəla keçən il Joy.azda keçirdiyimiz sorğunun nəticəsinə baxaq. Belə bir sual qoymuşduq saytda, İnternet sürətiniz?
981 nəfərin iştirak etdiyi bu sorğuda sırlama isə bu şəkildə idi:


56 Kbit/s - 340 (34,66%)
1 Mbit/s - 139 (14,17%)
512 Kbit/s - 133 (13,56%)
256 Kbit/s - 130 (13,25%)
12 Mbit/s - 108 (11,01%)
2 Mbit/s - 51 (5,2%)
128 Kbit/s - 42 (4,28%)
4 Mbit/s - 21 (2,14%)
8 Mbit/s - 10 (1,02%)
6 Mbit/s - 7 (0,71%)


Göründüyü kimi, keçən il Dial-up 56 kbit/s istifadəçilərinin sayı kifayət qədər çox idi, bunun əsas səbəbi isə internet qiymətlərinin baha olması idi. Bu sürətlə nə şəkilli saytları tam aça bilməzdik, nə oyun oynaya bilməzdik, nə də informasiya toplamaq çətin və olduqca vaxt aparan bir iş idi. Orta həcmli bir mp3-ü yükləmək isə ən az yarım saat vaxtımızı alırdı. Daha bir problem, netin tez-tez kəsilməsi baş verirdi. Amma 1 mbit/s də o qədər az işlənmirdi. Sonradan qiymətlərin bir neçə dəfə yarıya düşməsi ilə birgə bu statistik göstərici də dəyişmiş oldu.
Dünən Facebookda bu sorğunu bir daha keçirdim. 164 nəfərin iştirak etdiyi sorğunun nəticələri belə idi:


2 Mbit/s – 64 səs
1 Mbit/s – 46 səs
4 Mbit/s – 13 səs
8 Mbit/s – 12 səs
512 Kbit/s – 8 səs
3 Mbit/s – 7 səs
56 Kbit/s – 7 səs
Daha yüksəs – 7 səs


Bu dəfəki son statistik göstərici ilə anlamaq olur ki, artıq Dial-up istifadəçilərinin sayı yox dərəcəsindədir. Orta hesabla ən çox istifadə edilən sürət də 2 mbit/s-dir. Bu normal hesab edilə biləcək sürətdir, videolar izləməyə, musiqi dinləməyə, hətta yükləməyə, oyun oynamağa, məlumat toplamağa kifayət edə biləcək sürətdir. Amma problem var!. Bu sürəti olduğu kimi ala bilirikmi? Bir çoxumuz yox təəssüf ki. İstifadəçilərin bir çoxunun provayder anlayışının olmaması bu vəziyyəti daha da acınacaqlı edir.
İnternet sürəti – saniyə ərzində ötürülən kbitlərlə ölçülür. Məsələn 1mbit/s saniyə ərzində 1mbit ötürməlidir. Bu sürətdə iki amilə diqqət yetirilir. Download və upload.
Download – sizə gələn informasiya, endirdiyiniz məlumatdır. Buna nümunə olaraq hər hansı saytdan kompyuterinizə mahnı yükləməyi göstərmək olar.
Upload – sizdən gedən məlumat, sorğudur. Buna nümunə olaraq, məsələn radikalda şəkil upload etməyi göstərmək olar və ya siz sayta loqin parolla daxil olanda, sizin loqin parolunuz saytın serverinə göndərilir, yoxlanılır, düzdürsə daxil olursunuz, səhvdirsə sizə bu barədə məlumat verilir.

Mən necə bilərəm ki, mənə verilən sürət tamdır, qoşulduğum sürətlə olduğu kimi girə bilərəm?

Bu sualın bir neçə cavabı var, yəni yoxlamaq üçün sizə bir neçə variant təklif olunur. Əvvəla speedtest.net saytına daxil olaraq, netinizə ping verib, hansı sürətdə download və upload edə biləcəyinizi öyrənə bilərsiniz. Əgər sizə verilən sürətdən az rəqəm görürsünüzsə, deməli siz tam sürətdən istifadə etmirsiniz, belə deyək aldadılırsınız.
Digər variant isə mahnı və ya hər hansı bir fayl yükləyə bilərək yoxlaya bilərsiniz. Məsələn sizin sürət neçədirsə həmin rəqəmi 8ə bölün, o qədər kbla download edə bilməlisiniz. Deyək ki, sürətiniz 2 mbit/s-dir. Bu zaman sizin kompyuterdə 200-250 kilobaytla yükləmə getməlidir, bu rəqəm azdırsa deməli kifayət sürəti almırsınız.
Amma ikinci variant bəzən sizi aldada bilər, məsələn hər hansı upload saytından yükləmə edirsinizsə, bu tip saytlar pullu olduğundan pulsuz yükləmə zamanı yükləmə sürətində limit verir. Sürətiniz nə qədər güclü olsa da, 100 kilobaytdan artıq sürətlə yükləyə bilmirsiniz, ona görə bu variantı limit olmayan serverlərdən fayl yükləməklə yoxlamaq lazımdır.

Bəs kifayət qədər sürət almıramsa səbəb nədir, nə etməliyəm?
Belə bir halla qarşılaşdıqda dərhal provayderi günahlandırmaq lazım deyil. Bunun əsas 4 səbəbi ola bilər:


1. Modeminiz
2. Telefon xəttiniz
3. Provayder
4. ATS


1-ci halda modemi müvəqqəti dəyişməklə yoxlamaq olar. Çünki modem köhnədirsə, artıq əvvəlki sürət effektini verməyə bilər, ya da modeminiz düzgün nizamlanmamış ola bilər. Digər tərəfdən elə modemlər var ki, müəyyən sürətdən artıq işləyə bilmirlər.
2-ci halda Telefon xəttini yoxlamaq lazımdır. Telefon xəttinin hər hansı bir yerində az da olsa qırıq, zədələnmə olması sürətin azalmasına, tez-tez netin kəsilməsinə səbəb olur.
3-cü halda provayder sizə kifayət qədər sürət verməmiş ola bilər. Provayder sizə internetə bağlayan şirkətdir, məsələn Aztelekom, Connect, Superonline və s. Əgər siz internet sürətinizi yoxladınızsa, zəif olduğundan əmin oldunuzsa dərhal provayderinizlə əlaqə saxlayıb bunu bildirin. Sizin tam sürət istəmək haqqınızdır, çünki siz buna görə pul ödəyirsiniz.
4-cü hal az görülən ehtimaldır, ATS-də olan hər hansı bir problem müvəqqəti olaraq internet sürətinizin ya zəif olmasına, ya da işləməməsinə səbəb ola bilər. Bunun dəqiqləşdirmək üçün ATS-lə heç olmasa telefonla əlaqə saxlamaq lazımdır.

Yeni internetə qoşulanlar isə adətən hansı provayderdən istifadə edəcəyini düşünür. Unutmayın ki, Bakının hər yerində hər provayder eyni sürətdə işləmir, zonalardan asılı olaraq bəzi yerlərdə internet sürətli, bəzilərində zəif ola bilər. Ona görə birinci mütləq araşdırma aparın ki, sonra peşman olmayasınız...

Adsl telefon xətti ilə bağlanmaqdan başqa, datakartlarla və ya Wimax-la yəni kabelsiz, dalğa ilə də netə bağlanmaq imkanı var. Əgər səyyar rejimdəsinizsə, tez-tez yer dəyişirsinizsə bunlar sizə daha çox kömək olacaqdır. Datakartları bizə Azercell, Bakcell, Narmobile təklif edir, amma daha yüksək sürət istəyirsinizsə Wimaxı seçməlisiniz. Ancaq Wimaxın mənfi cəhəti Bakının hər yerində işləməməsidir və qapalı mühitə daha həssas olmasıdır.


Geri dön

FLY TIME

  • 8 noyabr 2011 19:29
  • Məqalə: 51
  • Şərh: 2087
  • Bal:
bizde modemimin sureti fuldur,amma hal-hazirda oz modemimden iwletmediyime gore zeifdir......xebere gore twk........

Inciciceyi

  • 31 oktyabr 2011 08:32
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Tewekkurler maraqlidi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

KAYBOLAN YILLAR

  • 31 oktyabr 2011 03:03
  • Məqalə: 14
  • Şərh: 1120
  • Bal:
{awards}
MEN BUNLARIN HECBIRINE INANMIRAM TEWEKKUR;ER

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

EMARALD

  • 30 oktyabr 2011 20:46
  • Məqalə: 0
  • Şərh: 155
  • Bal:
{awards}
ANLAMADIM AMA MENIM INTERNETIM ELADI

BadZero

  • 30 oktyabr 2011 19:54
  • Məqalə: 178
  • Şərh: 2522
  • Bal:
{awards}
Hmmm, məndə hələ ki 3mb/s-dir. İnşallah 10 mb/s qaldırmaq fikrim var

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

Nikoyl

  • 30 oktyabr 2011 19:15
  • Məqalə: 139
  • Şərh: 1584
  • Bal:
{awards}
only-girl,Təşəkkür mende)


only-girl,Təşəkkür mende)

--------------------

V_I_P

  • 30 oktyabr 2011 19:13
  • Məqalə: 3
  • Şərh: 1937
  • Bal:
{awards}
bow sozlerdir. inanmayin. twkkkk

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

gabriel

  • 30 oktyabr 2011 19:02
  • Məqalə: 3
  • Şərh: 66
  • Bal:
{awards}
BAKTELEKOM >> 2MB/S FOREVER :)

--------------------
It's Me Gabriel ??!!

romantik_awk

  • 30 oktyabr 2011 18:20
  • Məqalə: 35
  • Şərh: 3237
  • Bal:
{awards}
sad hecne bawa duwmedim

--------------------

JASSMINN

  • 30 oktyabr 2011 17:57
  • Məqalə: 0
  • Şərh: 237
  • Bal:
{awards}
birsey basa dusmedim

Els007

  • 30 oktyabr 2011 17:49
  • Məqalə: 227
  • Şərh: 518
  • Bal:
{awards}
en yaxwisi azeronline adsl

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 13
Cəmi: 30

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 106
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 21
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}