Vampir - əslində onlar kimlərdi ?

 
Vampir - əslində onlar kimlərdi ?

Vampirin tərifi

Vampirlər – əslində mifoloji və ya folklorda mövcud olan natəmiz ruh hesab olunur. Vampirlər haqda ilkin təsəvvürlər onların canlı olmayan, ölmüş, hazırda isə canlı insan və ya heyvan qanı ilə qidalanan varlıqlar olmasından ibarətdir. Həmçinin, vampirlər kino və ədəbiyyatın tez-tez müraciət elədiyi mövzudur. Folklorda bu termini əsəsən Şərqi Avropa xalqlarının əfsanələrindəki qaniçən varlıq üçün istifadə edirlər. Bəzi mədəniyyətlərdə isə insan olmayan vampirlər barədə də anlayışlar var – məsələn, uçan siçanlar, itlər, hörümçəklər. “Vampir” terminini eyni zamanda, canlıların qanını, həyatını və enerjisini soran vəhşi həşəratlara da aid edirlər.

Sözün etimologiyası

“Vampir” sözünün etimologiyası bu varlıqların özləri qədər qaranlıqdır. Bəzi mənbələrdə “vampir” sözünün türk mənşəli olduğu deyilir. Belə ki, tatar dilində “ubır”, yəni, “ifritə” ifadəsi var ki, tatarların inancına görə, həmin ifritənin məşğuliyyətlərindən biri də insanların qanını içmək olub. Həmçinin, qazax mifologiyasında “kempir” adlı ifritə var ki, qan içmək həvəsi ona da xasdır. Ümumiyyətlə, hətta ən qədim xalqların mədəniyyətlərində qan içən ölülər barədə miflər var. Şumer mifologiyasında “qaniçən akşarlar”, Babil mədəniyyətində “qansoran Lilu ruhları”, hind sanskritlərindəki “vetallar” (ölülərin bədəninə girib, onları dirildən və qan soran varlıqlar), çinlilərin “axsayan meyit” adlandırdıqları, insanın qanını deyil, enerjisini, həyat essensiyasını soran analoji vampir, qədim romalıların qaniçən ruhları – “Lamiyalar”, rumınların “Striqoi”, albanların “Ştriqaları”... Bu mifoloji varlıqların hamısının fövqəladə gücə sahib olmaq, gecə qaranlığını sevmək, qan içmək kimi keyfiyyətləri olub.

Tarixdə vampir vahiməsi

18-ci əsrdə Şərqi Avropada kütləvi vampir vahiməsi başlamışdı. Qara camaatdan başlamış, dövlət qulluğunda çalışanlara qədər hamı kütləvi şəkildə vampir ovuna çıxırdı. Hər şey vampirlə bağlı iki hadisədən sonra başladı. Şərqi Prussiya və Hamburq monarxiyasında vampirlərlə bağlı iki şikayət hökumət tərəfindən sənədləşdiriləndən sonra, insanlar vampir ovuna çıxdılar. Qəribə vərdişləri, əlamətləri olanların vampir olmasından şübhələnir, ölülərin qəbirlərini açır, meyitləri murdarlayırdılar.

Nəhayət, Avstriya imperatriçəsi Mariya Tereza öz şəxsi həkimini bu ölkələrə göndərdi. Doktor Cerard van Svieten vampirlərin mövcud olmadığını sübut etdikdən sonra “vampir epidemiyası”na son qoyuldusa da, məsələ artıq ədəbiyyat və incəsənətin dəbdə olan mövzusuna çevrilmişdi. Üstəlik, söhbət İngiltərəyə və ingilis kralına da çatmış və növbəti vampir həyəcanı orada başlamışdı.

Müasir zamanda vampir faktları

Vampirlərə inam bu gün də var. Son əlli ildə baş vermiş müxtəlif faktlara baxaq.

1970-ci ildə Londonda gəzən şayiələrə görə, Haygeyt məzarlığında bir vampir insan ovuna çıxıbmış. Həmin illərdə bu qəbiristanlıq ölkənin müxtəlif yerlərindən gələn “vampir ovçuları” ilə dolu olurmuş.

2002-ci ildə Afrika ölkələrindən olan Malavidə xalq qubernator Erik Çivayı onun vampirlərlə əlaqədə olduğunu iddia edərək, daşqalaq eləmişdi.

2004-cü ilin fevralında mərhum Tom Petrin qohumları onun dirilib, vampirə çevrilməyindən şübhələnirdilər. Onlar mərhumun qəbrini açaraq, meyitin ürəyini çıxardılar, meyiti yandıraraq külünü suya qataraq, içmək üçün bütün qohumlarına payladılar.

2005-ci ilin yanvarında İngiltərədə xalq insanları dişləyərək, dişini qanlarına batıran məxluqlar sarıdan qorxuya düşmüşdü. Polislər isə bu söhbətin sadəcə şəhər əfsanəsi olduğunu iddia etdilər.

Tibb vampirlər barədə nə deyir?

Tibb belə hesab edir ki, “vampirlik” adlı xəstəlik yoxdur. “Vampir” deyilən mifoloji varlıq isə öz əlamətlərinə görə iki xəstəliyə – quduzluq və porfiriyaya yaxındır. Quduzlaşmış heyvan və quduz heyvanın dişləyərək, xəstəliyini ötürdüyü insanların bədənində isti qana tələbat yaranır. Həmçinin quduzlaşmış heyvan və insanlarda fövqəladə güc müşahidə olunur, ağızlarının kənarında qanlı köpük əmələ gəlir. Belə heyvan və insanlar öləndən sonra, dırnaqları və saçları xeyli uzanır.

Porfiriya xəstəliyinin də əlamətləri vampirliyə yaxındır. İnsest (qan qohumlarının cinsi əlaqəsi) nəticəsində və ya irsən keçdiyi güman olunan porifiriya xəstələrində orqanizm qanın əsas komponentini – qırmızı hissəciklərini istehsal edə bilmir. Bunun nəticəsində qan və hüceyrələrdə piqment mübadiləsi korlanır. Gün işığında hemoqlobin parçalanır və barmaqlar burulmağa başlayır. Porifiriya xəstələrinin hemoqlobinin ağ hissələri toksin cisimlərinə çevrilir ki, bunlar da dərialtı hüceyrələri yeyib-bitirir. Buna görə də gün işığına çıxan porfiriya xəstələrinin dərisi nazilərək çatlamağa başlayır. Simptomlardan daha biri də porfiriyalı xəstələrin dişlərinin tədricən qızarmasıdır. Buna görə də porifiriyalı xəstələrin vampirlərə yaxın olduğunu deməyə əsas var. Amma mütləq qeyd etməliyik ki, bu xəstəlik yalnız iyirminci əsrin əvvəllərinə qədər sağalmaz xəstəlik hesab olunurdu. Yəqin ki, “vampir məsələsi”nin iyirminci əsrdə “soyuması” da belə xəstələrin kütləvi şəkildə azalması ilə bağlıdır.


Geri dön

KAYBOLAN YILLAR

  • 31 oktyabr 2011 02:59
  • Məqalə: 14
  • Şərh: 1140
  • Bal:
INDIKI ZAMAENDE NE VAMPI UWAQLARI HEC DOXRUC VAPIRLEDE QORXUZMAQ OLMAZ YENEDE DEYECEK LER YATMIYIQ HIHIHI TEWEKKURLER

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

EMARALD

  • 30 oktyabr 2011 20:37
  • Məqalə: 0
  • Şərh: 156
  • Bal:
{awards}
bele uzun metnleri oxumaga sebrim catmir hec ama tesekurler

BadZero

  • 30 oktyabr 2011 19:56
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Vampir sözü italiyan dilindən tərcümədə "qaniçən" deməkdir. Drakula əslində vampir yox, hakim olub. Əsil adı Vlad olan bu şəxs insanları diri-diri parçalatdırırmış və onları payalara keçirtdirib, şəhərbəşəhər camaata göstərirmiş. Bu ad da elə oradan qalıb.

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

FLY TIME

  • 30 oktyabr 2011 19:47
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
hmmmm maraqlidir. umumiyyetle vanpirlerin var olduqlarina inanmiram amma Alatoranliq filmini cox beyenirem.Orda vanpirlerden ele maraqli sohbetler gedirki.Amma yene de VANPIR deyilen bir mexluq yoxdur. ancaq satanistler vardir men bele duwunurem.

Stubborn

  • 30 oktyabr 2011 19:10
  • Məqalə: 0
  • Şərh: 57
  • Bal:
{awards}
COX ISTERDIM VAMPIR QORMEK )))))SORUWARDIM :NIYE QAN ICMEKDEN XOWLARI QELIR?QORESEN MENIMDE QANIMI ICERLER?

Nikoyl

  • 30 oktyabr 2011 19:09
  • Məqalə: 139
  • Şərh: 1602
  • Bal:
{awards}
Təşəkkür

--------------------

V_I_P

  • 30 oktyabr 2011 19:08
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
vapwem vampirler varmi ki vapirlerin adi cekilir? bunu muasir dilde desek satanisler. he satanisler var. onlarin haqqda ne deseniz duzdur. twk

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

Enerelen

  • 30 oktyabr 2011 18:13
  • Məqalə: 108
  • Şərh: 984
  • Bal:
{awards}
etim tokuldu vampir ne mene??))bow weydi heyle wey yoxdu)!

--------------------
Artıq şeirlərimi, hekayələrimi və b. yaradıcılıq işlərimi paylaşmayacam.Məndən bu kimi işlərimin davamını gözləyən çox az saylı userlərdən üzr istəyirəm.

Musique Sage

  • 30 oktyabr 2011 18:03
  • Məqalə: 442
  • Şərh: 2924
  • Bal:
{awards}
men qoxmuram onlardan gorsem sizin yerinize salam deyerem wink

JASSMINN

  • 30 oktyabr 2011 17:55
  • Məqalə: 0
  • Şərh: 244
  • Bal:
{awards}
birincisini oxudum sebrim catmadi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 38
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}