Maraqlı hekayə

 
Maraqlı hekayə

İsrail övladından bir kor, bir cüzamlı, bir də keçəl adam olur.
Allah onları imtahan etmək istəyir və onlara mələk göndərir.
Mələk cüzamlıdan soruşur:
- Sən ən çox nə arzu edərdin?
Cüzamlı:
- Yaxşı dəri rəngim olsun, çünki insanlar məndən iyrənir - deyir.
Mələk ona toxunur və o sağalır, sağlam və yaxşı rəngli dəriyə malik olur. Mələk yenə soruşur:
- Hansı əmlakının olmasını istərdin?
Cüzamlı:
- Dəvəm olmasını istərdim - deyir.
Ona boylu dəvə verilir və mələk deyir:
- Allah bununla sənə öz lütfünü göstərdi.
Mələk keçəlin yanına gəlir və soruşur:
- Sən ən çox nə arzu edərdin?
Keçəl:
- Yaxşı saçım olsun. Mən bu xəstəlikdən qurtulmaq istəyirəm, çünki insanlar məni çirkin hesab edir.
Mələk ona toxunur və ona gözəl saç verilir. Sonra mələk yenə soruşur:
- Hansı əmlakı isərdin?
O, inəklərinin olmasını söyləyir. Beləliklə, ona çox süd verən inək verilir və mələk ona deyir:
- Allah bununla sənə lütfünü göstərir.
Sonra mələk kor adamın yanına gəlir və eyni sualı ona verir. O deyir:
- Arzu edərdim ki, Allah mənə görmə qabiliyyətimi qaytarsın ki, mən insanları görüm.
Mələk onun gözlərinə toxunur və o, görməyə başlayır. Mələk ondan soruşur:
- Hansı əmlakı istərdin?
O deyir:
- Qoyun.
Beləliklə ona boylu qoyun verilir. Mələk ona deyir:
- Allah sənə bununla rəhm etsin.
Müəyyən vaxt keçir və bütün heyvanlar bala verir.
Onlar o qədər çoxalır ki, bütöv vadini örtəcək qədər dəvə, inək və qoyunlara bərabər olur.
Müəyyən müddət sonra cüzamlı cildində mələk əvvəl cüzam xəstəsi olan kişinin yanına gedir və deyir:
- Mən kasıb bir adamam, səfərdə bütün yaşayış vasitələrini itirmişəm.
Mənim ehtiyacımı Allah və sonra səndən başqa heş kim qarşılaya bilməz.
Sənə gözəl və yaxşı dəri və bu qədər var-dövlət vermiş Allahın
rizası üçün mənə gedəcəyim yerə çatmaq üçün bir dəvə ver.
Kişi cavab verir:
- Mənim çox işlərim var, ona görə sənə heç nə verə bilmərəm.
Mələk deyir:
- Sənin deyəsən yadından çıxıb ki, bir vaxt cüzam xəstəsi idin və
insanlar səndən qaçırdı. Sən kasıb bir insan idin və bunları sənə Allah verdi.
O isə cavabında dedi:
- Bunlar mənə ailəmdən miras qalıb.
Belə olanda mələk ona dedi:
- Yalan deyirsənsə, Allah səni əvvəlki halına salsın.
Sonra mələk keçəl adamın yanına getdi və eyni hadisə orda baş verdi. Mələk ona da eyni sözləri dedi:
- Əgər yalan danışırsansa, Allah səni əvvəlki halına salsın.
Sonra mələk kor qismində əvvəl kor olmuş adamın yanına gəlir və deyir:
- Mən kasıb bir adamam və səfərdəyəm. Səfərdə olduğum müddətdə bütün
varımı itirmişəm. Allahdan, sonra da səndən başqa mənə kömək edən kimsə
yoxdur. Sənin gözünə işıq verən Allahın rizasına mənə səfərimi sona çatdlrmaq üçün bir qoyun ver.
Kişi dedi:
- Mən kor idim və Allah mənə gözümü qaytardı. Mən kasıb idim və Allah
mənə var-dövlət verdi. Allah rizasına bu var-dövlətin hamısını götürsən də, heç nə deməyəcəyəm.
Mələk dedi:
- Var-dövlətin özünə qalsın. Allah siz 3 nəfəri imtahan edirdi. O, səndən razı qaldı, digərlərinə isə qəzəbləndi

Maraqlı hekayə


Geri dön

Ladiwka_Nara

  • 12 noyabr 2011 00:34
  • Məqalə: 0
  • Şərh: 10
  • Bal:
Chox gozel hekaye idi tesekkurler =)

sweet2121

  • 1 noyabr 2011 22:40
  • Məqalə: 0
  • Şərh: 38
  • Bal:
{awards}
Salam Chox twkler Bele hekayeler chox olsa ela olar Sag olun

KAYBOLAN YILLAR

  • 31 oktyabr 2011 03:01
  • Məqalə: 14
  • Şərh: 1120
  • Bal:
{awards}
İsrail övladından bir kor, bir cüzamlı, bir də keçəl adam olur.
Allah onları imtahan etmək istəyir və onlara mələk göndərir.
Mələk cüzamlıdan soruşur:
- Sən ən çox nə arzu edərdin? MARAQLI HEKAYEDI TEWEKURLER

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

EMARALD

  • 30 oktyabr 2011 20:44
  • Məqalə: 0
  • Şərh: 155
  • Bal:
{awards}
ALLAHIM SENIN VERDIYINE SUKURLER

RAY OF MOON

  • 30 oktyabr 2011 20:01
  • Məqalə: 0
  • Şərh: 226
  • Bal:
{awards}
Maraqli hekayedir. Her bir zaman ALLAh in bize vediyi nemetlere shukur etmeliyik. Teshekkur

--------------------
Unutduqlarini xatirla, itirdinse axtar, darixdinsa get tap, incitdinse uzr iste, incidinse bagishla... CUNKI HEYAT CHOX QISA!!!

BadZero

  • 30 oktyabr 2011 19:54
  • Məqalə: 178
  • Şərh: 2522
  • Bal:
{awards}
Təşəkkür. Allah razı olsun Xəbərə görə tşk

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

Nikoyl

  • 30 oktyabr 2011 19:11
  • Məqalə: 139
  • Şərh: 1584
  • Bal:
{awards}
Təşəkkür HEMD OLSUN REBBIME!!!

--------------------

V_I_P

  • 30 oktyabr 2011 19:10
  • Məqalə: 3
  • Şərh: 1937
  • Bal:
{awards}
maraqli idi. amma oxuyub qurtarana kimi gozlerim yawardi. twk

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

... Deryam ...

  • 30 oktyabr 2011 18:19
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
{awards}
Allaha hər zaman şükr etməli və narazı olmamalıyıq.
İbrətamiz bir hekayəydi .

--------------------

Els007

  • 30 oktyabr 2011 17:55
  • Məqalə: 227
  • Şərh: 518
  • Bal:
{awards}
maraqli hekayede yeni bu hegeye de deyilrki allahi yaddan cixarmamaq lazimdi
xebre gore twk

JASSMINN

  • 30 oktyabr 2011 17:51
  • Məqalə: 0
  • Şərh: 237
  • Bal:
{awards}
heqiqeten maraqli idi twk what

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 37
Cəmi: 63

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 66
Cəmi: 164
 
ραყιȥ
Xəbərləri: 63
Cəmi: 143
 
NIGAR
Xəbərləri: 54
Cəmi: 798
 
lamiye_2001
Xəbərləri: 38
Cəmi: 38
 
♔Hе важно∞
Xəbərləri: 35
Cəmi: 247
 
Nergiz__Sirinova
Xəbərləri: 29
Cəmi: 511
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 9
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}