Yoldaşlıq

 
Yoldaşlıq

Kiminlə yoldaşlıq edək?

Loğman (ə): «Oğul! Alimlərlə otur-dur və onlarla diz-dizə otur! Çünki, Allah yerə göyün yağması ilə həyat bəxş etdiyi kimi qəlbləri də hikmət nuru ilə dirildir».
(Biharul-ənvar, hədis 22)

Allahın Peyğəmbəri (s.a.v.s.): «İsanın (ə) həvariləri dedilər: «Ey Allahın ruhu! Kiminlə yoldaşlıq edək?» Buyurdu: «Elə insanla yoldaşlıq edin ki, onu görmək Allahı yadınıza salsın, söhbəti elminizi artırsın və əməli sizi axirətə həvəsləndirsin».
(Tuhəful-uqul)

Allahın Peyğəmbəri (s.a.v.s.): «Yalnız alimlərin hüzurunda oturun ki, onlar sizi beş şeydən beş şeyə: şəkk və tərəddüddən əminliyə, riyakarlıqdan saf niyyətə, dünyaya rəğbətdən dünyadan qaçmağa, təkəbbürdən təvazökarlığa və hiyləgərlikdən xeyirxahlığa dəvət edərlər».
(Biharul-ənvar, hədis 18)

Allahın Peyğəmbəri (s.a.v.s.): «Yoxsul təbiətli olun və yoxsulları sevin, onlarla oturun və onlara kömək edin. Varlılarla yoldaşlıqdan çəkinin, onlara rəhm edin və mallarından gözünüzü çəkin».
(Tənbihul-xəvatir)

İmam Əli (ə): «Alimlərlə otur ki, elmin artsın, tərbiyə və ədəbin gözəlləşsin, ruhun paklaşsın».
(Ğurərul-hikəm, hədis 4786)

İmam Əli (ə): «Müdriklərlə yoldaş ol ki, ağlın kamilləşsin, ruhun ucalsın və nadanlıq səndən köçüb getsin».
(Ğurərul-hikəm, hədis 4787)

İmam Əli (ə): «Yoxsullarla otur ki, (Allaha) şükr etməyin artsın».
(Ğurərul-hikəm, hədis 4723)

İmam Səccad (ə): «Pak insanlarla oturub-durmaq düzlük və təmizliyə dəvətdir».
(Biharul-ənvar, hədis 35)

Yoldaşın haqqı

İmam Səccad (ə): «Oturub-durduğun yoldaşının haqqı: onunla mülayim və mehriban olmağın, danışan zaman onunla insafla davranmağın, yerindən yalnız onun icazəsi ilə durmağın, sənin yanında başqa birisi oturanda sənin icazən olmadan durub gedə bilməsi, xətalarını unutmağın, yaxşılıqlarını yadda saxlamağın və ona yalnız xeyirli və yaxşı şeyləri deməyindir».
(əl-Xisal,hədis 1)

Nalayiq yoldaşlar

Allahın Peyğəmbəri (s.a.v.s.): «Üç şəxslə yoldaşlıq etmək qəlbi öldürər: nanəciblə yoldaşlıq etmək, qadınlarla söhbətləşmək və varlılarla oturub-durmaq».
(əl-Xisal, hədis 20)

Allahın Peyğəmbəri (s.a.v.s.): «Ölülərlə yoldaşlıq etməkdən çəkinin». Dedilər: «Ey Allahın Peyğəmbəri, həmin ölülər kimlərdir?» Buyurdu: «Var-dövləti onu məst edən varlı».
(Tənbihul-xəvatir)

İmam Əli (ə): «Nəfsinin istəklərinin ardınca gedənlərlə yoldaşlıq etmək imanın unudulması və şeytanın (insanın yanında) hazır olmasına səbəb olar».
(Nəhcül-bəlağə, xütbə 86)

İmam Sadiq (ə): «Bidət yaradanlarla dostluq və yoldaşlıq etməyin ki, camaatın gözündə siz də onlardan biri olarsınız».
(əl-Kafi, hədis 3)

İmam Sadiq (ə): «Hökmdarlar və dünyapərəstlərlə yoldaşlıq etməkdən çəkinin. Bu iş sizin dininizi aradan aparar, nifaq və ikiüzlülük gətirər. Bu, ağır və dərmanı olmayan bir dərddir. Həmçinin, daşqəlblilik yaradar və təvazökarlığı aradan aparar. Öz taylarınızla və (cəmiyyətdə) orta təbəqədən olan insanlarla yoldaşlıq edin ki, cəvahir mə‘dənlərini onların arasında taparsınız».
(Müstədrakul-vəsail, hədis 9595)


Geri dön

KAYBOLAN YILLAR

  • 31 oktyabr 2011 22:56
  • Məqalə: 14
  • Şərh: 1140
  • Bal:
MEN COX ALDANMIWAM YOLDAWLIQ TEREFINDEN ONA GORE HECKIME ETIBAR YOXDU TEWEKKURLER

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

DEVIL_GIRL

  • 31 oktyabr 2011 17:15
  • Məqalə: 2
  • Şərh: 309
  • Bal:
{awards}
en yaxsi yoldas aci hegigeti deyendi

--------------------
__

V_I_P

  • 31 oktyabr 2011 17:09
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
bu dunyada yaxci yoldaw tapmaq olmur. twk

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

BadZero

  • 31 oktyabr 2011 15:21
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Loğman (ə): «Oğul! Alimlərlə otur-dur və onlarla diz-dizə otur! Çünki, Allah yerə göyün yağması ilə həyat bəxş etdiyi kimi qəlbləri də hikmət nuru ilə dirildir».
(Biharul-ənvar, hədis 22)

təşəkkürlər

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

Ku-ku

  • 31 oktyabr 2011 15:00
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}

İmam Səccad (ə): «Pak insanlarla oturub-durmaq düzlük və təmizliyə dəvətdir».
(Biharul-ənvar, hədis 35)

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 43
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}