“Əvvəl zaman içində”

 
Hər insanın “Əvvəl zaman içində...” deyə başlayan bir nağılı vardır, bax, demək, o vaxt o, zamanın və məkanın xaricinə dolub daşa bilir demək...O ağlı gözündə, ürəyində olanlar hər şeyi yanlış yerdə axtardıqları kimi, mövsümləri də təqvimlərdə axtararlar. Ömrünü rəqəmlərə məhkum etmiş hər bir çarəsiz üçün baharın qışdan fərqi sadəcə rənglərin dəyişməsidir. Saniyələrə, dəqiqələrə, saatlara, günlərə, aylara və illərə bölərək yaşadığımızı sandığımız bu həyat əslində beş fəsildən ibarətdir. Bəli, ömrün sadəcə beş mövsümü var: Eşq, həsrət, yalnızlıq, vüsal və hüzün...

Eşq zamanın könül rənginə boyandığı fəsildir. Uçan həvəslərin, bitkin arzuların bədən mülkünü istila etdiyi bu fəsildən xatirə dəftərinə həkk edilmiş bir neçə solğun rəsm qalar. Bəzən xəyal aləminin çəhrayı pərdələrini aralayaraq ürək pəncərəsindən gülümsəyən bu adsız surətlərin dəvətləri düşər aynalara. Damardakı qanın isinməyə başladığı anlar olur. Ağıl isə gecikmiş dəvətlərin zəlzələsinin tərpənişində itir, yox olur...Və sevgi hər il fəsil ayırmadan bir neçə dəfə qonaq olar könül ölkəsinə. Eşq, ağlın bədəndən fərari olduğu fəsildir...
Həsrət izsiz yolların tikanlarının sevdanı yaraladığı fəsildir.

“Əvvəl zaman içində”

Dönməyəcəklərini bilə-bilə gedənləri gözləməkdir. Gözləmək ağız dadıdır həsrət mövsümündə. Vaxt olur ki, könül; günəşi axtaran üfüq, bülbülü səsləyən gül, atəşi gəzən pərvanə, ağlıyla savaşan bir divanə yaxud dağlara salam göndərmək üçün durna qatarlarını gözləyən bir qərib olur.
Həsrət ki yolların yorğun ürəklərə yüklədiyi qəm, könül yurdunu zamansız bürüyən axşamdır. Həsrət ki yolların yolçulara keçid vermədiyi mövsümdür.

Yalnızlıq məhbusluq zincirinin ürək quşunun ayağına dolandığı andır. Elə yaman bir zamandır ki, bu könül bağçasının bütün rənglərini qaraya döndərər. Hüzur ürkək bir göyərçin kimi uçub gedər uzaqlara. Gecələr uzana bildiyi qədər uzanar, gündüzlər bir alaqaranlıqdan ibarət olar. Ağlasın hallarına taleh ki, şəfəqin zincirlərinə vurulmuş bir kölgədir sevgidən yoxsul ürəklər.

“Əvvəl zaman içində”

Vüsalsa bir aldanışdır. İkiliyin olmadığı yerdə sevgi, sevginin olmadığı yerdə vüsal yoxdur. Çöllər Məcnundan, dağ Fərhaddan, Kərəm atəşdən , Əsli küldən, gül bülbüldən və qəm ürəkdən nə vaxt ayrıldı ki... Yusiz Züleyxadan qaça bilərmi? Tək qanadla uça bilərmi durnalar, ağlın açarı aça bilərmi sevdanın qapısını?... Və siz dənizə çatmayan neçə çay gördünüz?...
Vüsal ki ruhların bədənlərinin imkansızın arxasıyca qaçaraq yorulduğu bir fəsildir.
Hüzün bütün duyğuların bir-birinə qarışdığı və ağılla ürəyin yarışdığı bir qovşaqdır ki, ona çatan bütün yollar izsiz, bütün yolçular yaralı, bütün xəbərlər pis və bütün səmalar buruqdur. Onun iqlimindən keçın bütün quşların qanadları qırıqdır. Hər şeydən geriyə acı bir qarışıq bir dad qalmışdır ancaq. Və hüzün yolların o tayında anlaşılmaz dəvətlər göndərən xatirələrin mövsümüdür... Yaşamaq yer üzündə onunla qarışmaqdır...Bax belə...Ömrün beş fəsli var...Bəs sən, sən hansı fəsildənsən???


Geri dön

KAYBOLAN YILLAR

  • 31 oktyabr 2011 22:47
  • Məqalə: 14
  • Şərh: 1140
  • Bal:
Dönməyəcəklərini bilə-bilə gedənləri gözləməkdir. Gözləmək ağız dadıdır həsrət mövsümündə. Vaxt olur ki, könül; günəşi axtaran üfüq, bülbülü səsləyən gül, atəşi gəzən pərvanə, ağlıyla savaşan bir divanə yaxud dağlara salam göndərmək üçün durna qatarlarını gözləyən bir qərib olur.
Həsrət ki yolların yorğun ürəklərə yüklədiyi qəm, könül yurdunu zamansız bürüyən axşamdır. Həsrət ki yolların yolçulara keçid vermədiyi mövsümdür...MENTIQLI SOZLERDI TEWEKKURLER

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

QARA_QIZ

  • 31 oktyabr 2011 21:27
  • Məqalə: 0
  • Şərh: 11
  • Bal:
{awards}
Sevmek........Xeyanet....Yalan....




Varliginla yawamamiwam...Yoxlugunla da olmerem....!

Мой Мир

  • 31 oktyabr 2011 18:12
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
maraqli idi twk edirem

--------------------
∞♥

EMARALD

  • 31 oktyabr 2011 17:23
  • Məqalə: 0
  • Şərh: 156
  • Bal:
{awards}
bele metnleri oxumaga sebrim catmir ama tesekkur edirem(emeye hormet olaraq)

V_I_P

  • 31 oktyabr 2011 16:55
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
TWKK.MARAQLI IDI.

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

Els007

  • 31 oktyabr 2011 15:54
  • Məqalə: 227
  • Şərh: 532
  • Bal:
{awards}
xebere gore twk

mor.menekse

  • 31 oktyabr 2011 15:17
  • Məqalə: 0
  • Şərh: 300
  • Bal:
{awards}
Twk..........

H.o.S.t _ FaNaTka

  • 31 oktyabr 2011 15:16
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
{awards}
maraqlı idi tşk

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

BadZero

  • 31 oktyabr 2011 15:15
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Çox sağ ol xəbərə görə.. Tşk

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

Ku-ku

  • 31 oktyabr 2011 14:45
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
maraqlidi twk

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 43
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}