Quranda Peyğəmbərlərin Duaları

 
Quranda Peyğəmbərlərin Duaları

Quranda Peyğəmbərlərin Duaları

"Dua" lüğətdə istəmək, bir şeyə rəğbət etmək və bir kəsdən nə isə istəmək mənasındadır.
(Qamus əl-muhit, dua bölməsi.)

İslamda "Dua" termini, Allahdan kömək və xeyirxahlıq diləmək,
onun müqabilində öz acizliyini nümayiş etdirmək və Tanrı ilə mənəvi rabitə yaratmaqdır.
Qurani kərim bir çox ayələrdə açıq-aydın camaatı dua
etməyə çağıraraq, onu qəbul edəcəyinə vəd etmişdir.

Allah-təala buyurur:
"(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər."
(Bəqərə surəsi, 186-cı ayə.)

Başqa ayədə dua etməyə əmr edərək buyurur: Rəbbiniz buyurdu:
"Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!"
(Ğafir surəsi, 60-cı ayə.)

Peyğəmbər (s) buyurur:
"Camaatın ən acizi dua etməyi bacarmayan şəxslərdir"
(İddətüd-dai, səh. 24.)

İmam Əli (ə) buyurur:
"Allah yanında ən sevimli əməl yer üzündə edilən duadır"
(Kafi, c.2, səh. 467.)

1) Həzrət Adəmin (ə) duası

O Həzrət cənnətdən uzaqlaşdırılarkən dedi: "Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” – dedilər".
(Əraf surəsi, 23-cü ayə.)

2) Həzrət Nuhun (ə) duası

O həzrət dua edərkən buyurdu: "Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə (yaxud məscidimə) mömin kimi daxil olan kimsəni və (qiyamət gününə qədər olacaq) bütün mömin kişiləri və qadınları bağışla. Zalımların isə ancaq və ancaq həlakını (ölümünü) artır!”
(Nuh surəsi, 28-ci ayə.)

3) Həzrət İbrahimin (ə) duası

Həzrət İbrahim (ə) öz ailəsini Məkkənin susuz səhrasında qoyandan sonra buyurdu: "Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisini (İsmaili və anası Hacəri) Sənin Beytülhəramının (Kəbənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim.

Ey Rəbbimiz! Onlar (vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar deyə belə etdim. Elə et ki, insanların bir qisminin qəlbləri onlara (Kəbənin ziyarətinə, əhli-əyalıma mərhəmət göstərməyə) meyl etsin. Onlara (bu yerin ağaclarının) meyvələrindən ruzi ver ki, (nemətinə) şükür edə bilsinlər!...

Ey Rəbbim! Məni də, nəslimdən olanları da (vaxtlı-vaxtında, lazımınca) namaz qılan et.
Ey Rəbbimiz! Duamı qəbul et!
Ey Rəbbim! Haqq-hesab çəkilən gün (qiyamət günü) məni, ata-anamı və möminləri bağışla!”
(İbrahim surəsi, 37, 40 və 41-ci ayələr.)

4) Həzrət Süleyman (ə)-ın duası

Allah-təala həzrət Süleyman (ə)-ın duasını belə nəql edir: "Ey Rəbbim! Mənə mənim özümə və ata-anama ehsan buyurduğun nemətə şükür etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham (qüvvət) ver! Və məni öz mərhəmətinə saleh bəndələrinin zümrəsinə daxil et!”
( Nəml surəsi19-cu ayə.)

5) Həzrət Yunus (ə)-ın münacatı

Allah-təala həzrət Yunus (ə)-ın balığın qarınında olarkən etdiyi duanı belə nəql edir: "…Amma sonra qaranlıqlar içində (balığın qarnında; gecənin, yaxud dənizin zülmətində): "(Pərvərdigara!) Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm eləmişəm)”,-deyib dua etmişdi. Biz onun (Yunisin) duasını qəbul etdik və (balığın qarnından çıxartmaqla) onu qəmdən qurtardıq..."
(Ənbiya surəsi, 87 və 88-ci ayələr.)

6) Həzrət Yusif (ə)-ın duası

Allah-təala həzrət Yusif (ə)-ın Züleyxa ilə macərasında etdiyi duanı belə nəql edir: "(Yusif) dedi: "Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər (bu qadınların) hiyləsini məndən dəf etməsən, mən onlara meyl edər və cahillərdən olaram”. Rəbbi (Yusifin) duasını qəbul buyurub (qadınların) məkrindən qurtardı. Həqiqətən, O, (hər şeyi) eşidəndir, biləndir!"
(Yusif surəsi, 33-cü ayə.)

7) Həzrət Musa (ə)-ın duası

Quran həzrət Musa (ə)-ın Allahdan ruzi istəməsi barəsində buyurur: "...Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhtacam!”
( Qəsəs surəsi, 24-cü ayə)

8) Həzrət Zəkəriyya (ə)-ın duası
O həzrət Allah-təaladan salih övlad istəyərkən belə dua etdi: "Zəkəriyya Rəbbinə dua edərək dedi: "Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!”
(Ali İmran surəsi, 38-ci ayə.)

Allah-təala islam peyğəmbərinə (s) xitabən buyurur: "(Ya Peyğəmbər!) De: "Mən ancaq öz Rəbbimə ibadət edirəm və heç kəsi Ona şərik qoşmuram!”
(Cinn surəsi, 20-ci ayə.)


Geri dön

KAYBOLAN YILLAR

  • 2 noyabr 2011 02:53
  • Məqalə: 14
  • Şərh: 1140
  • Bal:
OXUYANLARA ALLAH QEBUL ELESIN AMIN ILAHI TEWEKKURLER SIZLERE

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

V_I_P

  • 1 noyabr 2011 20:40
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
allah haminin ustunde olsun. dualarini bizim ustumuzden eksik etmesin. ammin. twk

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

Zaurcik2011

  • 1 noyabr 2011 12:29
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

BadZero

  • 1 noyabr 2011 11:01
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 37
Cəmi: 52

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}