Almaniya mətbuatı Berti Foqtsun Azərbaycan
milli komandasının baş məşqçi postundan gedəcəyini iddia edir.
Almaniyanın "FAZ" qəzetinə istinadən verdiyi məlumata görə,
Foqts millimizlə müqaviləsini uzatmayacaq.
Həmin qəzet Foqtsun millimizin noyabr ayının 11-də Tiranada Albaniya ilə
keçiriəcəyi yoldaşlıq görüşündən sonra qəti qərarını açıqlayacağını yazır:
"Böyük ehtimalla Foqts Azərbaycan millisi ilə yollarını ayıracaq.
Buna əsas səbəb isə yerli klubların Foqtsun tələblərinə əhəmiyyət verməməsidir.
Hər zaman yerli futbolçulara daha çox şans verilməsini və klubların tez-tez məşq keçməklə oyunlara çıxmasının tərəfdarı olan Foqtsun bu tələblərinin yerinə yetirilməməsi onun postundan ayrılmasını zəruri edir. Üstəlik Azərbaycan millisinin Ufuq Budaqdan ("Frayburq", Almaniya) başqa ölkə xaricində çıxış edən futbolçusunun olmaması da Foqtsun ayrılmasına əsas səbəblərdən sayılır.
Albaniya ilə yoldaşlıq görüşündən sonra Foqts AFFA-nın baş katibi Elxan Məmmədovla görüşəcək və çox güman ki, Azərbaycan millisindən gedəcəyini açıqlayacaq. Artıq Foqtsa iki milli komandadan da təkliflər var. Bunlardan biri Türkiyə yığmasıdır. O, bu postda Quus Hiddinki əvəzləyə bilər".