Həzrəti Loğmanın oğluna öyüdləri

 
Həzrəti Loğmanın oğluna öyüdləri

Günahın zərrəsindən belə qaç Qəzəbə uğrayacaqmısan kimi Allahdan qorx. Lakin ümidin qorxundan çox olsun.

Ən yaxşı nemət yaxşı xasiyyətli olmaqdır.

Sözünə sadiq ol.

Hər kəsə yumşaq ol.

Keçmişdə səninlə düşmənliyi olmuş kimsəyə güvənmə.

Dümdüz ol.

Başına gələnə səbr et.

Yaxşı kəslərlə yoldaş ol.

Dilini küfr sözlərdən qoru.

Sədəqəni tərk etmə, zəkatı məhrum etmə.

Pisliyi tərk edib Allahdan əfv dilə, tövbə edib bir daha tövbəni pozma.

Saxtakarlıq etmə ,kimsəni aldatma.

Sarımsaq şəfalıdır.

Soğanın çiyi zərər, bişmişi fayda.

Divarı nəm, insanı qəm yuyar.

Ey oğlum! Cahili bir yerə elçi olaraq göndərmə. Əgər ağıllı birini tapa bilmədinsə, özün get.

Ey oğlum! Dünya dərin dəniz kimidir. Çox insan onda boğulmuşdur. Təqva gəmin, iman yükün ,təvəkkül halın, saleh əməl azuqən olsun. Xilas olsan Allahın rəhmətiylə, boğulsan günahın səbəbiylədir.

Ey oğlum! Mən nə qədər ağır yüklər daşıdım, lakin kasıblıq kimi ağrı görmədim.

Mərhəmət edən mərhəmət tapar.

Xeyr söyləyən qazanc əldə edər, pis danışan günahkar olar. Dilinə hakim olmayan peşman olar.

Ey oğlum! Qənaətkar olsan dünyada səndən varlı kimsə yoxdur.

Başqasına həsəd edən iztirabdan xilas ola bilməz.

Ey oğlum! Hər halında Allaha sığın, hər şeyi Allahdan bil.

Dünyanın sevinclərini təcrübə etdim, elmdən ləzzətlisini görmədim.

Ey oğlum! Sözü şirin söylə. Çox zaman sus.

Səhhət kimi zənginlik, gözəl əxlaq kimi nemət yoxdur.

Ey oğlum! Xoruz səndən daha ağıllı olmasın. O hər səhər zikr edərkən sən yatma.

Dünya keçici və qısadır. Sənin dünya həyatın isə azın azıdır. Bunun da azının azı qalmışdır, çoxu keçmişdir.

Ey oğlum, pis qadından çəkin. Çünki o vaxtından əvvəl səni qocaldar. Pis qadınların şərindən qorx, çünki onlar yaxşılığa çağırmaz.

Ey oğlum! Yalandan çəkin. Çünki dinini pozar və insanlar yanında şərəfini salar. Bununla birlikdə həyanı, dəyərini və mövqeyini itirərsən.

Həmişə kədərli olma ,ürəyini dərdli etmə.

Böyüklərlə danışarkən sözü uzatma.

Başqasının yanında özünü və ailəni tərifləmə.

Kimlərsə danışarkən araya söz qarışdırma.

Həzrəti Loğmanın oğluna öyüdləri


Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:27
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

Allah razi olsun

--------------------

nilayka

  • 21 fevral 2011 21:00
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
Tewekkurler gozel xebere gore...ALLAH RAZI OLSUN....!!!

--------------------

Ulya

  • 6 oktyabr 2010 16:02
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
deyerli xebere gore cox sagol

Grace_Angel

  • 5 oktyabr 2010 23:32
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler gozel xebere gore...ALLAH RAZI OLSUN....!!!

--------------------

Azeri_Gozeli

  • 5 oktyabr 2010 20:02
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah razi olsun cox sag ol

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 21
Cəmi: 35

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}