Mikayıl Müşfiq - Yenə O bağ Olaydı

 
Mikayıl Müşfiq - Yenə O bağ Olaydı

Mikayıl Müşfiq - Yenə O bağ Olaydı


Emine Yusifqızı-Yenə O bağ Olaydı


Yavər Huseynbəyli-Yenə O bağ Olaydı


Eyyub Yaqubov-Yenə O bağ Olaydı


Mikayıl Müşfiq-Yenə o bağ olaydı

Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər axşam.
Arzuya bax sevgilim, tellərindən incəmi ?
Söylə ürəyincəmi ?
Yenə o bağ olaydı, yenə sizə gələydik,
Danışaydıq, güləydik.
Ürkək baxışlarınla, ruhumu dindirəydin,
Məni sevindirəydin.
Gizli söhbət açaydıq, ruhun ehtiyacından,
Qardaşından, bacından.
Çəkinərək çox zaman söhbəti dəyişəydin,
Mənimlə əyişəydin.
Yenə bir vuraydı, qəlbimiz gizli-gizli,
Sən ey əsmər bənizli.

Mikayıl Müşfiq - Yenə O bağ Olaydı

Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,
Vay o qəlbə ki, boşdur!
Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,
İnsanlar daha mə’sud.
Duyğular daha incə, fikirlər daha dərin,
Ürəklər daha sərin.
İnsanların vüqarı, tələbi daha yüksək,
Yolumuzdan daş, kəsək,
Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır,
Bu yaz, bir başqa yazdır!
Yenə o bağ olaydı, yenə o qumlu sahil,
Sular ötəydi dil-dil.
Saçın kimi qıvrılan, dalğalara dalaydım,
Dalıb ilham alaydım.
Əndamını həvəslə, qucaqlarkən dalğalar,
Qəlbimdə qasırğalar,
Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,
Məni hirsim boğaydı.
Cumub alaydım səni dalğaların əlindəni,
Yapışaydım belindən.
Xəyalımız üzəydi, sevda dənizlərində,
Ləpələr üzərində,
İlhamımın yelkəni, zərrin saçın olaydı,
Sular xırçın olaydı.

Mikayıl Müşfiq - Yenə O bağ Olaydı

Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə,
Gəlin baxın Xəzərə.
Çıxalım Buzovnada kiçik qayalıqlara,
Seyrə dalım bir ara...
Gecələr sayrışarkən, ulduzlar lalə kimi,
İşıqlar jalə kimi.
Çilənib dağılarkən ətrafa damla-damla,
Ən yaxın bir adamla.
Nə gözəldir dinləmək suların nəğməsini,
Təbiətin səsini!
Nə gözəldir dolaşmaq, isti yay fəsilləri,
Bu sərin sahilləri!
Nə gözəldir səhərlər bizim böyük ruhumuz,
Aşıb-daşan duyğumuz.
Şəklindəki sulara, baxaraq ləzzət almaq,
Bu mavi şe’rə dalmaq.
Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək,
Bə’zən hürküb çəkinmək.
Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi,
Bizim bu həyat kimi!
Yenə o bağ olaydı sevdalar ölkəsində,
O söyüd kölgəsində.
İnci qumlar üstündə yenə verib baş-başa,
Yayı vuraydıq başa.
Günlərimiz keçəydi qızğın fərəhlər kimi,
Dolu qədəhlər kimi.
Yarpaqlar arasından uzadaraq əlini,
Oxşayaraq telini.

Mikayıl Müşfiq - Yenə O bağ Olaydı

Gecələr darayaydı saçlarını ay gözəl!
Sən gözəlsən, ay gözəl?
Əllərində əllərim, gözlərində gözlərim...
Asılaydı sözlərim.
Könlünün qulağından bir qızıl tana kimi,
Günəş doğana kimi.
Bu yaz dostlarım bir az bəxtəvər olacaqlar,
Can-ciyər olacaqlar.
Bir az da uzaqlara açacaqlar yelkəni,
Ruh yeni, höyat yeni...
Çıxacaqlar göyləri aşaraq dönə-dönə,
Buludların fövqünə.
Uçacaqlar sabaha, uçacaqlar yarına,
Efir boşluqlarına.
Vaxtilə bir kölgə tək hür yaşamaq istəyən,
Bu insan oğlu bilsən.
Azadlıq ölkəsində daha şad olacaqdır,
Dünya dad alacaqdır.
Yenə o bağ olaydı, yenə yığışaraq siz,
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim.
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər-axşam.
Arzuya bax, sevgilim, tellərindən incəmi?
Söylə, ürəyincəmi?.....
Mikayıl Müşfiq - Yenə O bağ Olaydı


Geri dön

H.o.S.t _ FaNaTka

  • 30 noyabr 2011 13:56
  • Məqalə: 11
  • Şərh: 1333
  • Bal:
təşəkkürlər

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

Niqul

  • 5 noyabr 2011 17:49
  • Məqalə: 5
  • Şərh: 675
  • Bal:
{awards}
Mikayil Musviqin En sevdiyim seirdi.Muellife cooooooooooox tesekkur smile

--------------------
Bir neche muddet burda deyildim,her shey deyishib...:/

KAYBOLAN YILLAR

  • 2 noyabr 2011 02:19
  • Məqalə: 14
  • Şərh: 1120
  • Bal:
{awards}
HEE BUNA DEYEREM XEBER ELADI TEWEKKURLER

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

_Gunel_

  • 1 noyabr 2011 23:46
  • Məqalə: 0
  • Şərh: 385
  • Bal:
{awards}
menim en sevdiyim sheirlerden biri Mikayil Mushfiqin "Yene O Bag Olaydi"sheiridi..zovq aldigim bu sheiri bize teqdim etdiyi ucun muellife teshekkurler

Nurlan 98

  • 1 noyabr 2011 23:07
  • Məqalə: 0
  • Şərh: 216
  • Bal:
{awards}
Gozel werlerindedi ....

--------------------
Gördüyünü hər kəs sevər, sən onda heç kimin görmədiyini tapacaqsan. Əgər əsl sevgi istəyirsənsə; bədənə deyil, ürəyə toxun.

meri

  • 1 noyabr 2011 23:04
  • Məqalə: 0
  • Şərh: 217
  • Bal:
{awards}

Çox gözəl .qulaq asdım. biraz dincəldim.


sweet2121

  • 1 noyabr 2011 22:55
  • Məqalə: 0
  • Şərh: 38
  • Bal:
{awards}
Chox beyendiyim sheirlerden biridir chox sag olun

gulnihal

  • 1 noyabr 2011 22:03
  • Məqalə: 0
  • Şərh: 187
  • Bal:
{awards}
ela yene o bag oleydi.

FLY TİME

  • 1 noyabr 2011 21:56
  • Məqalə: 51
  • Şərh: 2087
  • Bal:
{awards}
bu seiri cox beyenirem xebere gore coxlu twk/
YENE O BAG OLAYDI,YENE YIGIWARAQ SIZ
O BAGA KOCEYDINIZ.
BIZ DE MURADIMIZCA FELEKDEN KAM ALAYDIQ,
SIZE QONWU OLAYDIQ.

Zaurcik2011

  • 1 noyabr 2011 21:04
  • Məqalə: 77
  • Şərh: 1776
  • Bal:
{awards}
ela seirdi tesekkur cox beyenirem

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

gabriel

  • 1 noyabr 2011 20:08
  • Məqalə: 3
  • Şərh: 66
  • Bal:
{awards}
oluremde bu weirden otru !! tewekkur edirem cox saq ol Muellif

--------------------
It's Me Gabriel ??!!

BadZero

  • 1 noyabr 2011 19:49
  • Məqalə: 178
  • Şərh: 2522
  • Bal:
{awards}
u yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,
Vay o qəlbə ki, boşdur!
Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,
İnsanlar daha mə’sud.
Duyğular daha incə, fikirlər daha dərin,
Ürəklər daha sərin.
İnsanların vüqarı, tələbi daha yüksək,
Yolumuzdan daş, kəsək,
Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır,
Bu yaz, bir başqa yazdır!

şeirdə Əminə Yusifqızı bu bəndi demir.. Müşfiqi elə bu bəndin üstündə güllələdilər o vaxtlar. Amma Yavər Huseynbəyli hamısın deyir onu save elədim tşk

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

.::BaBy_FaCe_WiSe::.

  • 1 noyabr 2011 19:45
  • Məqalə: 180
  • Şərh: 1215
  • Bal:
{awards}
Söylə, ürəyincəmi?.....

hecne ureyimce deil bu aralar( belay

--------------------

Мой Мир

  • 1 noyabr 2011 19:28
  • Məqalə: 722
  • Şərh: 5845
  • Bal:
{awards}
biz bu seri edebiyyat dersinde kecmisik qeseng serdi twk

--------------------
∞♥

aga482

  • 1 noyabr 2011 19:25
  • Məqalə: 0
  • Şərh: 840
  • Bal:
{awards}
COX QESENQ SEİRDİ MİKAYİL MUSFİQİN COX GOZEL SEİRLERİ VAR TESEKKURLER

--------------------
HER GUN İNSAN UCUN YENİ BİR HEYATDİR..........

... Deryam ...

  • 1 noyabr 2011 19:08
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
{awards}
2_ci videoda şer çox gözəl deyilir .
Ömrü qısa olsa da şairin mənalı və gözəl şerləri yadigar qalıb ...

--------------------

Enerelen

  • 1 noyabr 2011 19:04
  • Məqalə: 108
  • Şərh: 967
  • Bal:
{awards}
Gecələr darayaydı saçlarını ay gözəl!
Sən gözəlsən, ay gözəl?



esas bu musrasindan otru birde Mikayil Muwviq oldugu ucun qoymuwam))

--------------------
Artıq şeirlərimi, hekayələrimi və b. yaradıcılıq işlərimi paylaşmayacam.Məndən bu kimi işlərimin davamını gözləyən çox az saylı userlərdən üzr istəyirəm.

N.M

  • 1 noyabr 2011 19:03
  • Məqalə: 0
  • Şərh: 149
  • Bal:
{awards}
menim bu seirden cox xosum gelir Allah Mikayil Musfiqe rehmet elesin

V_I_P

  • 1 noyabr 2011 19:03
  • Məqalə: 3
  • Şərh: 1937
  • Bal:
{awards}
Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər axşam.
Arzuya bax sevgilim, tellərindən incəmi ?
Söylə ürəyincəmi ?
Yenə o bağ olaydı, yenə sizə gələydik,
Danışaydıq, güləydik.
Ürkək baxışlarınla, ruhumu dindirəydin,
Məni sevindirəydin.
Gizli söhbət açaydıq, ruhun ehtiyacından,
Qardaşından, bacından.
Çəkinərək çox zaman söhbəti dəyişəydin,
Mənimlə əyişəydin.
Yenə bir vuraydı, qəlbimiz gizli-gizli,
Sən ey əsmər bənizli.



cox sevdiyim weirlerden biridir. twk

--------------------
sen sen olki sene hormet qoyan cox olsun
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 28
Cəmi: 52

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 81
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 727
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}