Sevgilim yox olub

 
Sevgilim Yox olub

Gözlərimi yumanda onu görürəm, açanda isə yalnız səsini eşidirəm. Heç vaxt, heç yerdə, heç kimin başına gəlməyən hadisə mənim başıma gəlib.

Ayaq səslərini eşidirəm, şapşapları taxta döşəməyə toxunur, ütü taxtası cırıldayır, mətbəxdə qab-qaşıq səsləri gəlir.

Gözümü yumanda bütün görüntülər yerinə qayıdır, daha doğrusu səslərlə görüntülər birləşir, əsl həyatda necə olursa elə olur, ancaq bir məsələ var ki, bu zaman mən gözüyumulu oluram, əsl həyatda olmayan özəllik yalnız budur.

Mən öz seçimimi etməliyəm, onunla ya gözüaçıq, ya da gözüyumulu yaşamalıyam. Hər ikisini dəfələrlə yoxlamışam, daha doğrusu, gündüz çağlarında məcburən gözlərim açıq olur, belə olanda yalnız onun səsini eşidə bilirəm. Əgər lazım olsa, məsələn desə ki, “bax gör saçımın rəngi xoşuna gəlir?” – o zaman mən gözlərimi yumuram və onun saçlarına baxıram.

Bu cür həyata, nə qədər yorucu olsa da, artıq hər ikimiz öyrəşmişik. İllər keçdikcə başımıza gəlmiş bu bəlada gözəlliklər tapmışıq, taleyə boyun əyib beləcə yaşamağa davam etmişik.

Sevgilim yox olub

Hər necə olsa da, bu, sevgilimin heç olmamasından daha yaxşıdır. Bu bədbəxtlik deyil, sadəcə olaraq həyatın fərqli bir üzüdür. Alışandan sonra o qədər də çətinliyi qalmır.

Dediyim kimi, bu cür yaşamanın da öz gözəllikləri var. Məsələn, onu qucaqlayarkən və öpərkən sanki boşluğu qucaqlayır kimi oluram, ancaq bir an sonra beynim dumanlanır, gözlərim öz-özünə yumulur, beləcə hər şey qaydasına düşür, yəni onu görməyə başlayıram.

Mənə elə gəlir ki, bu cür həyat daha romantikdir. Biz adətən işıqları söndürüb yatağa uzanandan sonra söhbət etməyə başlayırıq, dərdləşirik. Bu zaman mən gözü açıq halda sanki onu görürəm, qəribə hisslər yaşayıram, elə bil birlikdə yaşadığımız ilk illərə qayıdıram.

Sevişərkən gözlərimi gah yumub gah da açdıqca, başqa insanların yaşaya bilməyəcəyi qeyri-adi hisslər yaşayıram.

Bəzən də gözəgörünməz bir varlıqla yaşadığımı düşünürəm. Ancaq bu onun günahı deyil. Çünki onun başqaları ilə belə bir problem olmur. Hər kəs onu görür. Fərqli olan təkcə mənəm, onu yalnız gözüyumulu görürəm. Həm də o, bu dünyada gözüyumulu gördüyüm yeganə varlıqdır.

Tərsliyə bax, ən çox sevdiyin, sənə ən yaxın olan insanla aranda belə bir pərdə yarana. Bəlkə də sevginin çoxluğundan belə olub, daha doğrusu mən onu ilahə sanmışam və beləliklə gözəgörünməz kainat güclərinin qəzəbinə gəlmişəm.

Sevgilim yox olub

Yalan demirəm, nəsə bir pis iş tutub, nəsə bir murdarçılıq edib bu mərəzdən qurtulmaq haqqında düşünmüşəm.

Məsələn ona xəyanət etmək haqqında planlar qurmuşam. Beləliklə ona bəslədiyim hissləri ilahi mərtəbədən bir az aşağı gətirmənin faydalı olacağına inanmışam. Sevdiyin insanı gərək qədərində sevəsən, çox sevmənin bu cür fəsadları ola bilər...

Əvvəllər başqa insanların yanında biz bu sirrimizi çətinliklə ört-basdır edirdik. Başa düşürsüz də, qohum və ya dostlarla bir məclisdə oturduğumuz halda axı sürəkli gözlərimi yuma bilməzdim.

Belə məclislərdə sevgilimi qurban verməli olurdum, məcbur qalıb gözlərimi açıq tuturdum. Bu üzdən sevgilimlə şərtləşmişdik, yerini dəyişdirəndə mütləq səsli olaraq bunu mənə bildirməli idi. Öskürməli, əlini şappıldatmalı, ya da yerinə görə bir mahnı züm-zümə etməli idi, beləliklə mən onun o anda harada olduğunu bilməliydim.

Əslinə qalanda, hər ikimiz bu cür dost məclislərindən qaçmağa çalışırdıq, çünki bu məclislər əməlli başlı diskomfort yaradırdı, hamıyla deyib, gülüb zarafat edirdim, ancaq onların arasında gülərkən görmək istədiyim bircə nəfər vardı, mən də onu görə bilmirdim.

Sevgilim yox olub

Buna çox üzülürdüm, bəzən gülüşüm ağzımdaca donub qalırdı. Zaman keçdikcə qonaqlıqların sayını azaltmışıq, indi demək olar ki, heç kimlə görüşmürük, kimsəni qonaq çağırmır, dəvət olunduğumuz yerlərdən isə bir bəhanə ilə boyun qaçırırıq.

Ancaq, mənim bu “xəstəliyim” evin içində də bəzi narahatçılıqlar törədir. Məsələn, birlikdə televizora baxa bilmirik.

Gözüaçıq olanda onu, yumulu olanda isə seyr etdiyimiz proqramı görə bilmirəm. Tək-tənha film seyr edər kimi oluram, halbuki mən birlikdə seyretmənin zövqünü yaşamaq istəyirəm.

Çıxış yolunu işıqları söndürməkdə görürəm, guya o var, ancaq sadəcə otaq qaranlıq olduğuna görə onu görə bilmirəm. Üstəlik bir əlini əlimdə tutaraq seyr edəndən sonra hər şey yoluna düşür.

İllər keçdikcə fərqli bir həyatın içinə girmişik və bunlar hamısı mənim üzümdən olub. Mən öz xasiyyətimə görə onu haldan-hala salmışam.

O daim mənə uyğunlaşmaq məcburiyyətindədir, sürəkli olaraq həyatını dəyişdirir. Bir gün onun yorulacağından, normal həyata qayıtmaq istəyəcəyindən qorxuram. Mənim gözübağlıca oyunlarıma nə qədər dözəcək. Nə zaman qədər onun üz ifadəsini görməyimdən ötrü gözlərimi yumub-açmağımı gözləyəcək?

Səssiz sevinmək, sevdiyi insanla qaş-göz hərəkətləriylə danışmaq onun da haqqıdır. Axı sevgi həm də gün işığında yaşanmaq üçündür.

Sevgilim yox olub

Onu itirmək qorxum güclənir, gücləndikcə də özüylə çoxlu xoşagəlməz hisslər gətirir. Yəqin ki, bilirsiz, qorxu hissinin olduğu yerdə mütləq yalan mikrobları çoxalmağa başlayır. Mən sevgilimi aldatmağa başlayıram. Çünki görərək sevişmək istədiyim bir qadına ehtiyacım var.

Gözüyumulu sevişmək xəyalındakı biriylə sevişməyə bənzəyir, xəyanətə yol açır deyə düşünürəm. Nə üçün, nə səbəbə mən dodaqlarını, məmələrini öpdüyüm qadını xəyalımda canlandırmalıydım. Doğrusu bu mənə ar gəlir. Onu aldatmaq bundan daha dürüstcə bir hərəkət olar.

Bunun başqa adı yoxdur – sevgilimlə yaşamaq məhbəsdə yaşamaq kimidir. Kaş biləsiniz, hər zaman ayıq yaşamaq necə zülümdür, hisslərinin coşduğu anda; sevinəndə, bir şeyə heyrət edəndə ya da xoş xəbər alanda özünü unudub gözlərini açırsan və bu zaman acı bir xəncər zərbəsi yeyirsən – o sevinci, heyrəti, o xoş xəbəri bölüşmək istədin sevgili insan bir anda yoxa çıxır və sən ayıq yaşamanın qazamatına düşürsən.

Mənim həyatımda hissə qapılmaq yoxdur. O insanla ki, mən hissə qapılaraq yaşamalıyam, bax o insana qarşı bu təbii, adidən-adi imkanlar yasaq edilib... Özüm üçün bir həqiqəti kəşf etmişəm: xoşbəxtlik biri birinə zidd olan iki halın – ayıqlıqla hissə qapılmaının vəhdətindədir, bunun əksi ola bilməz.

Sevgilim yox olub

Bir an öncə bu məhbəsdən qurtulmaq istəyirəm. Artıq burama gəlib. Onu öldürmək haqqında da düşünmürəm deyə bilmərəm.

Bilirsiz ki, insan beyni bağımsız çalışır, sən istəsən də istəməsən də o bütün variantları süzgəcdən keçirir. Düşünürəm. Onu necə yoxa çıxartmaq haqqında düşünürəm. Çünki özüm artıq yoxa çıxmağa başlayıram. Sözə baxın: “yoxa çıxmaq!” – mənim bu gözüyumulu həyatıma necə də uyğundur...

Qədim zamanlarda Yox adlı qarabasanlar olub. Doğub-törəməzmişlər, yalnız insanların hesabına sayları artarmış.

Yoxlar gəlib insanları apararmış, onları özlərinə qarışdırar, Yox edərmişlər. İnsanlar Yoxlaşarmış, Yox olarmış... Yox olmanın astanasında bəsirətim açılıb, qədim əsatirləri su kimi oxuya bilirəm. Yox adlı varlıqlar indi bizim evimizdə yuva salıblar...

Sevgilim Yox olub artıq. Mən onun yalnız səsini eşidirəm. Belə şey ola bilərmi?

Bir gün qorxduğum fəlakət baş verdi. Səhər yeməyinə oturub çayımı ovuclarım arasına almışam.

Yuxudan kal durduğuma görə beynim hələ açılmayıb. Sevgilim masaya yağ-pendir qoyur, özü üçün zümzümə edir, bir ara cingiltili səslə gülür. Onun nəyə güldüyünü anlamaq üçün gözlərimi yumub üzünə baxıram. Dəhşətə gəlirəm. Bu hadisənin nə üçün indi baş verdiyini anlaya bilmirəm... Artıq gözümü yumanda da onu görə bilmirəm. Sevgilim yox olub.


Yoxlar sevgilimi aparıb... Bundan sonra yalnız onun səsiylə yaşayacağam. Başımı qucaqlayıb hönkür-hönkür ağlayıram.


Geri dön

Gizli qonaq

  • 22 noyabr 2011 20:21
  • Məqalə: 0
  • Şərh: 84
  • Bal:
winked winked

R.e.N.a.T

  • 2 noyabr 2011 05:29
  • Məqalə: 6
  • Şərh: 166
  • Bal:
{awards}
Twr xebere gore

--------------------

KAYBOLAN YILLAR

  • 2 noyabr 2011 02:23
  • Məqalə: 14
  • Şərh: 1140
  • Bal:
{awards}
EGER SENI SEVIRSE QAYIDACAK TEWEKKURLER

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

FREE_YOUTH

  • 2 noyabr 2011 01:47
  • Məqalə: 0
  • Şərh: 56
  • Bal:
{awards}
oxudummm,ama neyse ...
Twk maraqli hekayeydi ...

Gunel

  • 1 noyabr 2011 23:46
  • Məqalə: 0
  • Şərh: 450
  • Bal:
{awards}
OLUb hamisi bir zibildi

--------------------
"Düşüncə və ağıl bizə ən doğru yolu tapmaq üçün deyil, ən doğru yolu göstərəni tapmaq üçün verilib"

FLY TIME

  • 1 noyabr 2011 22:01
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
oxumaga sebrim catmadi.emeye hormet olaraq twk

.::BaBy_FaCe_WiSe::.

  • 1 noyabr 2011 20:03
  • Məqalə: 180
  • Şərh: 1226
  • Bal:
{awards}
Sitat: Ay Prensesi
cehenneme yox olub onsuz hamisi bir zibildi canim sene demireme vapse oglanlara deyirem

oldum gulmeyden)))))))))) wink

--------------------

Els007

  • 1 noyabr 2011 20:00
  • Məqalə: 227
  • Şərh: 532
  • Bal:
{awards}
cox saqolun sevgi gozeldi seve bilene

_TUNAR_MAMEDOV_

  • 1 noyabr 2011 19:55
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
xeber ucun twk edrem :))
Yoxlar sevgilimi aparıb... Bundan sonra yalnız onun səsiylə yaşayacağam. Başımı qucaqlayıb hönkür-hönkür ağlayıram.

--------------------

BadZero

  • 1 noyabr 2011 19:55
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Hmmm, sevmirəm, sevməyi bacarmıram və heç vaxt da məni sevməyiblər.. Ona görə də bu tip yazıları oxumuram

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

Мой Мир

  • 1 noyabr 2011 19:32
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
cehenneme yox olub onsuz hamisi bir zibildi canim sene demireme vapse oglanlara deyirem wink

--------------------
∞♥

V_I_P

  • 1 noyabr 2011 19:16
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
Bir an öncə bu məhbəsdən qurtulmaq istəyirəm. Artıq burama gəlib. Onu öldürmək haqqında da düşünmürəm deyə bilmərəm

twkkkkkkk

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

ZEHRA

  • 1 noyabr 2011 19:00
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
cox saqolun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 36
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}