18 Yaşlı Satanist Qız'la Müsahibə

 
18 Yaşlı Satanist Qız'la Müsahibə

Satanizm, şeytançılıq - bu kimi sapqın inancların artıq Azərbaycanda da yayıldığı heç kim üçün sirr deyil. Onlardan birini tapıb söhbət etmək çoxdankı arzum idi. Lakin satanistlərin özlərini maksimum qapalı və sirli aparmaları bu istəyimi reallaşdırmağa ən böyük əngəl idi. Nəhayət, Türkiyədəki həkim dostum onun belə bir kolleqasının olduğunu söylədi. Türk əsilli bu qız Finlandiya vətəndaşıdır. 18 yaşı var, unversitetdə tibb fakültəsinin tələbəsidir. Onunla söhbətimiz böyük çətinliklə də olsa, baş tutdu. Müsahibə (internet vasitəsi ilə alınıb) boyu o, inancına uyğun olaraq, özünü çox aqressiv və şıltaq aparır. Kefi istəməyən sualları “boş ver” deyə rədd edir. Beləliklə, satanist həkimin müsahibəsi əliniz altındadır.

- Sizə necə müraciət edəcəyəm? Adınızı çağırım, ya necə?

- Sizli, bizli danışmayaq. Rəsmiyyəti heç xoşlamıram. Necə istəyirsən, de. Mənə «Meduza» deyə bilərsən.

- Yaxşı. Satanizm səni özünə necə cəkdi?

- Dünyanın qaranlıq tərəfləri məni həmişə maraqlandırırdı. Səbəbini bilmirəm. Satanizm mənə özəl bir şey kimi gəldi. Təxminən, 14 yaşımdan satanizm haqda düşünməyə başladım.

- Bəlkə, bir az konkret danışaq?

- Hmm... belə oldu: 14 yaşımda «black (qara) metal», «death (ölüm) metal», «rock» tərzli musiqilər dinləməyə başladım. Bu mahnıların sözləri xoşuma gəldi. Onlar aqressiv və canalıcı ruha malikdirlər. Bir də mən dəhşətli filmləri, vampirlərlə ilgili mövzuları sevirdim. Ölümsüzlük, qan ilə qidalanmaq-filan kimi söhbətlər mənə çox ilginc gəldi.

- Dediyin mövzular çoxlarını ilgiləndirir, amma bunlara görə insanın Şeytanı sevməsi bir az ağılabatan deyil...

- Eee, necə başa salım. Şeytan bizə özgə deyil. O, insanın içində vardır. Dolayısıyla biz insanların bir qismi şeytandır.

- Sən daha öncə dinlə maraqladınmı heç?

- Din deyərkən İslamımı demək istəyirsən?

- İslam və ya xristianlıq...

- Atam, anam müsəlmandır. Amma mənə müsəlman demək olmaz. Bunu heç istəmirəm də. Dini kitablar… hə, oxudum. Din kitablarında şərlə (kötüylə) əlaqədar yazılan şeylər normalda insanların sinirini pozur, amma mənim, tam əksinə, diqqətimi çəkdi. Və şəri daha çox sevməyə başladım. Sonra da bu yolu seçdim..

- Hansı şər əməlləri törətmək bir insanın satanist olduğunu sübut edər?

- Bunun üçün ancaq sadist və mazoxist olmağın gərəkdir. Əzab verməkdən qorxmayacaqsan, öldürməkdən, qan axıtmaqdan çəkinməyəcəksən. Və bir də ayinlərdə o qanı içməkdən...

- Qan nədir?

- Ayinlərdə şeytan üçün axıdılan qan. Adətən, bu, pişik qanı olur.

- İnsan qanının da bu ayinlərdə tökülməsi haqda deyilənlər doğrudurmu?

- Doğrusu, insanı kəsmək ən gözəlidir. Amma mənim olduğum ayinlərdə heyvan kəsilib: it, pişik və s.

- Qurban kəsilən insan mütləq satanist olmalıdır, ya onun inancının nə olması önəmli deyil?

- Əslində, o qədər önəmli deyil... Önəmli olan canlı birini Şeytan uğrunda kəsməkdir.

- Ayinləriniz hər gün keçirilir?

- Əgər mənim qatıldığım ayinlər haqda soruşursansa, yox. Həftədə bir dəfə. Gündə ayin keçirsən, qurbanlıq canlı qalmaz ki…

- Satanistlər arasında məşhur adamlar varmı?

- Oooo (gülür)... Satanistlər arasında böyük insanlar vardır. Xristianların papaları, müsəlmanların imamları kimi.

- Konkret ad çəkə bilərsənmi? Məsələn, ABŞ prezidenti Corc Buşun satanist olması nə dərəcədə həqiqətdir?

- Corc Buş.... Hımmm. Corcccc... O, gözəl işlər görür. İraq, Əfqanıstan savaşları, ölüm, qan. Amma açıq deyim ki, onu heç xoşlamadım.

- Satanistlərin böyükləri olurmu?

- Təbii. Onlara “işıqsızlar” deyirik. Bu işıqsızlar Şeytanla daha yaxın təmasa girə bilir, onlarla danışmağı bacarırlar. Ayinlərdən öncə
Şeytanın nə istədiyini də onlar bizə söyləyir. Bəzən güclü inanclı bir satanist Şeytana daha tez qovuşmaq üçün qurban edilmək də istəyə bilir.

- Satanistlərin hansı əlamətləri var? Onları toplumda necə tanımaq olar?

- Adətən, qara geyinirlər, aqressivdirlər, kənar insanlarla danışmağı sevməzlər, sadəcə, satanist yoldaşları ilə söhbətləşərlər. Bol-bol tikanlı bilərziklər, qulaqlarına, burunlarına pirsinq (bədənə taxılan xüsusi dəmir bəzək əşyası) taxarlar. Amma bunun tam əksinə, satanist olduğunu heç bəlli etməyənlər də var. Belələrinə “təvazökar satanist” deyirik.

- Satanistlər metallara, xüsusən dəmirə məhəbbət bəsləyirlər. Bunun səbəbi nədir?

- Çünki dəmir can alandır. Qılınc da metaldan hazırlanır, o, adam öldürmək, qan tökməkdən başqa heç bir şey üçün deyil.

- Allahın varlığını qəbul edirsinizmi?

- Hə... Bizi ateistlərlə səhv salma. Allah var və o bizim ən böyük düşmənimizdir. Nə bilirsiniz, Allah kimdir? Bəlkə, onun özü də satanistdir! O deyilmi zövqləri yaradıb sonra onları haram elan edən? Belə etməklə sizə əzab verib, həzz alır. Əzab vermək, üstəgəl həzz almaq, bərabərdir satanizm.

- Dini kitablarda Şeytan və onun tərəfdarlarının cəhənnəmdə yanacağı deyilir. Bu, sizi qorxutmur?

- Qorxutmaq? Qorxu bizə yaddır. Cəhənnəmdən də qorxmağa dəyməz. Biz zatən cəhənnəm övladlarıyıq. Cəhənnəm bizim vətənimiz...

-Bəs ordakı iztirablar necə? Axı orda sizi yandıracaqlar, qır qazanı və s... bunları bilirsən?

- İstirab bizə həzz verən bir şeydir. Niyə ondan qaçmalıyam? Cəhənnəm bizim üçün başdan-başa zövq-səfa yeridir.

- Dünyada satanistlər çoxdurmu?

- Hələ ki, azıq. Amma hələ ki... Biz çoxalacağıq. Bütün dünyanın satanist olacağı gün uzaqda deyil.

- Siz Şeytanın sonda Allahın iradəsinə tabe olacağını qəbul etmirsiniz?

- Sonda qələbə bizimdir. Sizin nə deməyinizdən asılı olmayaraq.

- Satanistlər təbliğatını necə aparır? Özünüzə necə tərəfdar toplayırsınız?

- Bu, çətin deyil. Bir insanın şər zehniyyətli olduğunu duymağınız bəs edir.

- Əxlaqi məsələlərə münasibətiniz necədir? Ailə, qadın-kişi münasibətləri sizdə necə tənzim olunur?

- Heç nə tənzim olunmur. Hər şey azaddır. Satanist bir insanın «filan şey günahdır» - deyə çəkinəcəyi heç nə yoxdur. Bir sözlə desək, sizin günah deyib çəkindiklərinizi etmək bizim üçün vacib bir əmrdi.

- Satanistlər cəmiyyətdən öz inanclarını niyə gizlədir? Qorxudan, ya başqa səbəbdən?

- Qorxunu bir kənara qoy. Sadəcə olaraq, bəzi ayinlərdə insanların öldürülməsi bizi ehtiyatlı olmağa vadar edir. Yaşadığımız cəmiyyətin qaydaları hələlik buna imkan vermir. Həm də insanlarda bizim haqqımızda çox qorxulu düşüncələr var. Mən özümə satanist deyib dolaşsam, kimsə yaxınına buraxmaz. Amma bunlar ötüb gedəcək. Hər kəsin satanist olacağına dərin əminliyimiz var.

- Sizin simvollarınız varmı?

- Var. Beş ulduz və tərsinə xaç onlardan ən önəmlisidir.

- İxtisasca həkimsən. Həkimin funksiyası insanlara şəfa verməkdir, sənsə ölüm-qan istəyirsən. Bəlkə, bu peşəni də təsadüfi yox, insanları kəsib-doğramaq üçün seçmisən?

- Hmm... Çox ağıllısan. İnsan vücudunu dərindən öyrənib onları çeşidli yollarla öldürmək üçün tibbi seçdim.

- Bu yoldan nə zamansa çəkilməyin mümkündürmü?

- (sualı cavablandırmadan) «Salamat qal» - deyib getdi


Geri dön

PASYOLKOVSKY

  • 12 noyabr 2011 21:32
  • Məqalə: 37
  • Şərh: 530
  • Bal:
Teshekkurler...

--------------------

MAVIGOZ

  • 6 noyabr 2011 12:40
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
allah agil fikir versin ne deyim

Stubborn

  • 3 noyabr 2011 20:35
  • Məqalə: 0
  • Şərh: 57
  • Bal:
{awards}
geniw melumat verdiyine gore tewekkurler!!!inwalla yazdiqlariniz insanlara yaxwi ornek olar.Allah satanistleride duz yola getirsin...!!!!!!

castle_walls

  • 3 noyabr 2011 13:26
  • Məqalə: 0
  • Şərh: 581
  • Bal:
{awards}
goresen bunun agli usdunde olub?Catmir ee yazigin basinda.menim sizin kimilere sadece yazigim gelir....

--------------------
Bu gunler bizim omrumuzden kecher
Menim son umidim achilan seher
Senin ellerin,menim elimden
Ayrilarag qovushar ebedi goylere..

Sirli Melek

  • 3 noyabr 2011 10:23
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
ALLAH ELƏ GİCLƏRDƏN BİZİ QORUSUN! AMİN

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

_WITH YOU_

  • 3 noyabr 2011 06:59
  • Məqalə: 1
  • Şərh: 588
  • Bal:
{awards}
vallah məni satanistlər yox vampirlər maraqlandırır.mən vampirəm vampir

Gunel

  • 3 noyabr 2011 01:11
  • Məqalə: 0
  • Şərh: 450
  • Bal:
{awards}
sifete basha baxx wink

--------------------
"Düşüncə və ağıl bizə ən doğru yolu tapmaq üçün deyil, ən doğru yolu göstərəni tapmaq üçün verilib"

black rose

  • 3 noyabr 2011 00:50
  • Məqalə: 0
  • Şərh: 9
  • Bal:
{awards}
deyir bur gun butun dunya satanist olacaq
puahh cox gozleyersiz o gunu hami sizin kimi manyak duzunceli vehsi psixologiyasi zeif olan bedbextler deil ki!Mundar insanlar

cox heyif ki Azerbaycanda da var bunlardan cox heyif

Narka E-ZaDe

  • 2 noyabr 2011 22:53
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
bu qiz heqiqetende agilsizdi ALLAH ONA EVVELCE AGIL VERSIN!!!ALLAH ONSUZDA BELE INSANLARIN CEZASINI VERECEY sad

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

__ezrayil__

  • 2 noyabr 2011 22:21
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
az yaxchi gorey))

KAYBOLAN YILLAR

  • 2 noyabr 2011 21:57
  • Məqalə: 14
  • Şərh: 1140
  • Bal:
{awards}
WEKILI BAXDIM O QIZDI ELENCIY? TEWEKKURLER

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

Nikoyl

  • 2 noyabr 2011 21:31
  • Məqalə: 139
  • Şərh: 1602
  • Bal:
{awards}
EMARALD,ele insanlar ele seyler fikirlesmirler allah onlara oz cezallarini verecek

--------------------

Dusha_Moya))

  • 2 noyabr 2011 21:19
  • Məqalə: 0
  • Şərh: 464
  • Bal:
{awards}
Bolnaya psixologiya u etix porşıv4ax..tupa qovorit i dokazıvat svoyu pravdu eto omirzitelno..oni sami znaut 4to Boq est..i pobedit istinnaya pravda İslam..pust katyat4a k 4ertu..

EMARALD

  • 2 noyabr 2011 20:46
  • Məqalə: 0
  • Şərh: 156
  • Bal:
{awards}
Allah bunlar bu dunyadan sonra o dunyada cavavb vermeyecekler?

V_I_P

  • 2 noyabr 2011 20:42
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
zehlem gedir bu insanlardan. belelerini men insanda saymiram. twk.

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

BadZero

  • 2 noyabr 2011 20:19
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Hmmm, bir qədər inandırıcı görünmür... Bir neçə il öncə əyləncəli saytların birində guya ki, sayt admini Azərbaycanlı xaker BACIOĞLUdan müsahibə götürmüşdü. O zamanlar da buna inanmamışdım... Nə bilim... Xəbərə görə tşk.. amma inandırıcı görünmür

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

lonely crazy girl

  • 2 noyabr 2011 20:19
  • Məqalə: 11
  • Şərh: 527
  • Bal:
{awards}
offffff deli olubeeee bu

--------------------
(ړײ)♥ℒℴѵℯ ♥(ړײ)(ړײ)♥ℒℴѵℯ ♥(ړײ)

DEVIL_GIRL

  • 2 noyabr 2011 20:18
  • Məqalə: 2
  • Şərh: 309
  • Bal:
{awards}
Nə bilirsiniz, Allah kimdir? Bəlkə, onun özü də satanistdir! -CEZASI OLUM OLMALIDIR REBBIMIN ADINI BELE CEKMESI BOYUK GUNAHDIR SATANIST ATEIST BUNLARIM HAMISI BIR GUN BOYUK REBBIM TEREFINDEN GOZLER ONUNDE YANDIRILACAG OMUR BOYU DUNAY SATANISTLERE ATEISTELERE GALAMAYACAG HER SEY ALLAHIN ELINDEDIR BUNDAN SUBHESI OLAN VARSA SONU GIR GAZANI YOX O KUCELERDE SURUNDURDUKLERI HEYVANLAR KIMI OLACAG

--------------------
__

romantik_awk

  • 2 noyabr 2011 20:00
  • Məqalə: 35
  • Şərh: 3372
  • Bal:
{awards}
gicde buuuuuuuuuuuu

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 13
Cəmi: 30

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}