İbrətli hekayələr (2)

 
İbrətli hekayələr (2)

Bir gün Abbasi xəlifəsi Mənsur Dəvaniqi öz vəziri Rəbi ibn Yunisə deyir: «Əgər ölüm olmasaydı, dünya nə qədər gözəl olardı!». Rəbi etiraz edib söyləyir: «Elə dünyanın bütün xeyri-mənfəəti ölümdədir». Xəlifə heyrətlə soruşur: «Nə danışırsan?». Vəzir belə izah edir: «Əgər ölüm olmasaydı, sən bu gün xəlifə olmazdın. (Yəni səndən əvvəlki xəlifə ölməsəydi, hakimiyyət sənə yetişməzdi)».

Məşhur müsəlman alimi Şeyx Abbas Qummi Nəcəfdə təhsil alıb vətəninə qayıtdıqdan sonra bir kitab yazır, amma təvazökarlığından kitabda öz adını qeyd etmir. Kitab nəşr olunduqdan sonra Şeyx Abbasın yaşadığı şəhərdə də camaat tərəfindən oxunmağa başlayır. Məşhur vaizlərdən biri hər gün zöhr namazından əvvəl həmin kitabdan camaat üçün oxuyurmuş. Şeyxin atası da moizələrin daimi dinləyicilərindən imiş.

Bir gün Şeyx Abbasın atası namazdan sonra evə gəlib oğluna deyir: «Oğlum, arzum budur, kaş sən də çoxlu elm oxuyub minbərə çıxaydın, bu gün mollanın oxuduğu kitabı minbər üstündən camaata oxuyaydın, mən də baxıb səninlə fəxr edəydim». Şeyx Abbas Qumminin təvazökarlığı o qədər idi ki, atasının bu sözündən sonra da kitabın müəllifinin özü olduğunu söyləmir.

Ömər ibn Xəttab axşamlar geyimini dəyişib şəhər içinə çıxır və camaatın evdə nə etməsi ilə maraqlanırdı. Bir axşam o, süd satan bir qadının evinin qapısına gəlir. Qadın öz qızı ilə səhər satmağa aparacağı südü hazırlayırdı. Ömər eşidir ki, ana qızına deyir: «Gəl südə bir az su qataq ki, çox olsun!». Qız cavab verir: «Axı, xəlifə bunu qadağan edib!». Ana: «Gecənin bu aləmində xəlifənin bizdən nə xəbəri var?». Qız etiraz edir: «Əgər xəlifə görmürsə, Allah görür!».

Bu sözlər Ömərin elə xoşuna gəlir ki, oğlu Asimi həmin qızla evləndirir. Ədaləti ilə tanınmış Əməvi xəlifəsi Ömər ibn Əbdüləziz də onların qız nəvəsidir.

Məşhur sufi Şibli Bağdadda sufiliyi özünəməxsus üslubda, Mənsur Həllac sayağı rəmzli ibarələrlə təbliğ edirdi. Təriqət şeyxi Cüneyd Bağdadi bir dəfə Şibli üçün belə xəbər göndərir: «Bizim gizli məclislərdə dediyimiz sözləri sən açıq-aşkar şəkildə, küçədə-bazarda faş edirsən».

Şibli də ona belə xəbər yollayır: «Bu sözləri özüm deyib, özüm də eşidirəm. Məgər məndən savayı bu dünyada bir kimsə varmı ki, məni eşitsin?!». Cüneyd bu sözdən sonra Şiblinin fəna mərtəbəsinə çatdığını bilib, ona belə cavab verir: «Əgər həqiqətən dediyin kimidirsə, onda sənin icazən var».

Kərbəla müsibətindən bir az sonra kufəlilərin bir dəstəsi Abdullah ibn Ömərin yanına gəlib ondan soruşurlar: «Ağcaqanadı öldürmək günahdırmı? Əgər bir nəfər bədəninə qonmuş ağcaqanadı öldürsə, ondan çıxan qan pak sayılar, ya murdar?»

Abdullah ibn Ömər onların cavabında qəzəblə söyləyir: «Vay olsun sizə! Peyğəmbər nəvəsinin qanını tökəndə bunun günah olub-olmadığını heç düşünmədiniz. İndi ağcaqanad qanının hökmü ilə maraqlanırsınız!».

İbrətli hekayələr (2)


Geri dön

Repery

  • 19 noyabr 2011 01:18
  • Məqalə: 196
  • Şərh: 1506
  • Bal:
ALLAH RAZI OLSUN xeberi bizle bolushduyun ucun.

--------------------

Cilent_M.Q

  • 2 noyabr 2011 16:54
  • Məqalə: 87
  • Şərh: 2580
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

BadZero

  • 2 noyabr 2011 16:17
  • Məqalə: 178
  • Şərh: 2522
  • Bal:
{awards}
Allah razı olsun.. təşəkkür

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

Repery

  • 2 noyabr 2011 15:51
  • Məqalə: 196
  • Şərh: 1506
  • Bal:
{awards}
love
Xebere gore twk...Maraqli idi..

--------------------

V_I_P

  • 2 noyabr 2011 15:47
  • Məqalə: 3
  • Şərh: 1937
  • Bal:
{awards}
maraqlidir. twk.

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

KAYBOLAN YILLAR

  • 2 noyabr 2011 15:09
  • Məqalə: 14
  • Şərh: 1120
  • Bal:
{awards}
HEQIQETEN IBRET GOTURMEK OLAR COX YAXWI SOZLERDI TEWEKKURLER

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

111_Shawmn Michaelais_111

  • 2 noyabr 2011 15:06
  • Məqalə: 250
  • Şərh: 1093
  • Bal:
{awards}
Ellerine saliq

--------------------


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 55
Cəmi: 75

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 83
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}