Bir az da gülək :)

 
Bir az da gülək :)

Bir qoca qadın avtobusa minir.Görür ki, bütün yerlər tutulub. Heç kim də öz yerini ona təklif etmir.
- Yəni bu ölkədə görəsən bir centlimen qalmayıb ? – deyə o dərindən nəfəs alır.
Bir nəfər:
- Centlmen istədiyin qədər var, nənəcan amma yer yoxdur

* * * * *

Yoldan keçən piyadanı maşın vurur. Sürücü tez maşından düşüb ona qalxmağa kömək edir və könlünü almaq üçün deyir:
- Bəxtiniz gətirib, mən sizi düz həkim məntəqəsinin qarşısında vurmuşam.
- Heç də elə deyil, buranın həkimi elə mən özüməm.

* * * * *

Gəlin görür ki, təzə bəyin xoşuna gəlməyib, ondan soruşur:
-A kişi, mən kimə görünüm, kimə görünməyim?
Təzə bəy:
-Bir maa görünmə, qalan kimə istəyirsən görün.

* * * * *

.Qocalmış məşhur həkim öz işini oğluna həvalə edir.
- Ata, - deyə ilk iş gününden sonra evə qayıdan oğlu qapının astanasından sevinclə qışqırır.
- Mən sənin 30 il idi ki, müalicə etdiyin o milyonçunu bir günə sağaltdım.
- Axmaq, niyə sevinirsən ? – deyə atası təəccüblə başını bulayır – Mən bu xəstənin hesabına 30 il ailəmi dolandırmışam, sən isə bir günə bizi bundan məhrum etdin.

* * * * *

.Bir nəfər polis idarəsinə zorla girərək qışqırmağa başlayır.
- Indicə məni soydular.
Polis:
- Üstünüzdən nəyinizi götürüblər ?
- Qızıl üzüyümü.
Polis:
- Bəs siz nə üçün köməyə heç kimi çağırmadınız ?
- Çünki mənim dişlərim hamısı qızıldandır

* * * * *

İki dəli xəstəxanadan qaçmağa qərar verirlər. Gecə planlarını yerinə yetirib qaçırlar. Səhərisi gün təzədən qayıdırlar. Digər dəlilər bunlardan soruşurlar:
- Niyə qayıtdınız?
- Bu gün planı sınaqdan keçirdik. Sabah qaçacağıq

* * * * *

. Bir kişi kompüter salonuna gəlir:
-Mən dünən sizdən kompüter almışdım...
-Nə olub, problem var?
-Bəli. Kompüter yanıb.
-Eybi yox qarantiyası var. Hansı hissəsi yanıb?
-Hamsı!
-Yox elə olmur. Prosessor yanıb?
-Yanıb.
-Bəs sabit yaddaş?
-Yanıb.
-Bəs ekran?
-Yanıb.
-Aman Allah! Siz onunla nə etmisiz?
-Dünən evimdə yanğın olmuşdu

* * * * *

Diş həkiminin qəbuluna əsə-əsə bir nəfər daxil olur.Həkim xəstənin dişinə baxıb deyir:
-Gərək çəkilsin.
Xəstə daha da bərk əsməyə başlayır.
Həkim bir qədəh araq töküb verir xəstəyə.
- Hə için,möhkəm olun!
Xəstə içir və əsməkdə davam edir.Həkim bir qədəhdə tökür,içirir xəstəyə,sonra üçüncüsünü də,dördüncüsünü də.Gördükdə ki,xəstə daha əsmir,həkim soruşur:
-Hə ,nə oldu?Daha qorxmursunuz ki?
Xəstə deyir:
-Ay Hay!Qorxmuram da sözdü!İndi bir kişinin hünəri var mənim dişimə əl vursun

* * * * *

Bir gün yoxlama gəlir dəlixanaya ağıllanan dəliləri evə göndərsin. Yoxlama dəliləri yığıb bir sual verir:
- Deyin görüm vannada balıq tutmaq olarmı?
Hamı deyir ki, olar. Təkcə biri deyir olmaz. Yoxlama həmin dəlini azad edir.
Dəli evə gələndə valideynləri soruşur:
- Səni nə yaxşı buraxdılar?
Dəli dillənir:
- Soruşdular ki, vannada balıq tutmaq olar?
Valideynləri:
- Bəs sən nə dedin, ağıllı balam?
Dəli:
- Dəli zad deyiləm ki, deyim yerini onlar da balıqları tutsunlar.

* * * * *

. İki ovçunun söhbətindən:
- Bir gün, Afrikada, mən, 500 m-lik məsafədən bir güllə ilə fili vurub öldürdüm!
- Bu nədi ki?! Bu yaxınlarda mən Şimal dənizində nəhən bir ağ ayını əllərimlə boğub öldürdüm!
- Hə, söhbət dənizlərdən düşmüşkən, Ölü dəniz haqda eşitmisən?
- Əlbəttə ki!
- Hə, bax, onu, qardaşımla bir yerdə mən öldürmüşəm.

Fikirləriniz...


Geri dön

..:LuNaTiK:..

  • 7 noyabr 2011 23:29
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
axirdan 4-cu qesenqdi

★KraSaVchik★

  • 3 noyabr 2011 11:27
  • Məqalə: 94
  • Şərh: 120
  • Bal:
{awards}
Kisi: Zeherlenmiwemee
Arvad: Araq verim?
- Yox
- Qatiq verim?
- Yox
- Belke opumm??
- He bax bu yaxwwi fikirdi... Op , belke onda qaytardim :))

--------------------

Inciciceyi

  • 3 noyabr 2011 08:53
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
olduqca gulmelidi wink

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Cilent_M.Q

  • 2 noyabr 2011 23:40
  • Məqalə: 87
  • Şərh: 2580
  • Bal:
{awards}
feel

--------------------

Narka E-ZaDe

  • 2 noyabr 2011 23:01
  • Məqalə: 404
  • Şərh: 4312
  • Bal:
{awards}
İki ovçunun söhbətindən:
- Bir gün, Afrikada, mən, 500 m-lik məsafədən bir güllə ilə fili vurub öldürdüm!
- Bu nədi ki?! Bu yaxınlarda mən Şimal dənizində nəhən bir ağ ayını əllərimlə boğub öldürdüm!
- Hə, söhbət dənizlərdən düşmüşkən, Ölü dəniz haqda eşitmisən?
- Əlbəttə ki!
- Hə, bax, onu, qardaşımla bir yerdə mən öldürmüşəm.

wink

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

KAYBOLAN YILLAR

  • 2 noyabr 2011 21:59
  • Məqalə: 14
  • Şərh: 1120
  • Bal:
{awards}
BELEDE COX GULMELI DEYILDI TEWEKKURLER

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

EMARALD

  • 2 noyabr 2011 20:57
  • Məqalə: 0
  • Şərh: 155
  • Bal:
{awards}
ela gulmekden oldum

KRiPToS

  • 2 noyabr 2011 20:54
  • Məqalə: 555
  • Şərh: 2013
  • Bal:
{awards}
İki dəli xəstəxanadan qaçmağa qərar verirlər. Gecə planlarını yerinə yetirib qaçırlar. Səhərisi gün təzədən qayıdırlar. Digər dəlilər bunlardan soruşurlar:
- Niyə qayıtdınız?
- Bu gün planı sınaqdan keçirdik. Sabah qaçacağıq

Super muellife twk.

--------------------

V_I_P

  • 2 noyabr 2011 20:50
  • Məqalə: 3
  • Şərh: 1937
  • Bal:
{awards}
gulmeli idi. twkk

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

melek_kiz

  • 2 noyabr 2011 20:28
  • Məqalə: 0
  • Şərh: 9
  • Bal:
{awards}
cok komik hepsi

BadZero

  • 2 noyabr 2011 20:22
  • Məqalə: 178
  • Şərh: 2522
  • Bal:
{awards}
.Bir nəfər polis idarəsinə zorla girərək qışqırmağa başlayır.
- Indicə məni soydular.
Polis:
- Üstünüzdən nəyinizi götürüblər ?
- Qızıl üzüyümü.
Polis:
- Bəs siz nə üçün köməyə heç kimi çağırmadınız ?
- Çünki mənim dişlərim hamısı qızıldandır wink

bəzilərin eşitmişdim tşk

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

фея

  • 2 noyabr 2011 19:53
  • Məqalə: 594
  • Şərh: 2972
  • Bal:
{awards}
Qocalmış məşhur həkim öz işini oğluna həvalə edir.
- Ata, - deyə ilk iş gününden sonra evə qayıdan oğlu qapının astanasından sevinclə qışqırır.
- Mən sənin 30 il idi ki, müalicə etdiyin o milyonçunu bir günə sağaltdım.
- Axmaq, niyə sevinirsən ? – deyə atası təəccüblə başını bulayır – Mən bu xəstənin hesabına 30 il ailəmi dolandırmışam, sən isə bir günə bizi bundan məhrum etdin.
ela wink

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 10
Qonaqlar: 35
Cəmi: 58

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 722
 
The Shield
Xəbərləri: 51
Cəmi: 72
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}