Sən vaxtı gəldiyində, səssizcə qarşıma çıx yetər

 
Sən vaxtı gəldiyində, səssizcə qarşıma çıx yetər

Nə yol bilirsən nə də iz. Gündəliyində işarəli tarixlər arasında yerim...

Zamanım və şəxsiyyətim naməlum.

Sən öz həyat əhvalatında sənə qurulmuş rolunu oynamağa davam edirsən

hər zamanki kimi.

Eyni yoldan gedib gəlirsən hər gün...

Arada bir gözlərini bütün bu xarici dünyadan götürüb içinə çevirdiyin zaman,

dalıb getdiyində səssiz, bir şey olacağına dair qəribə bir səs eşidirsən.

Naməlumluğun cazibədar amma bir o qədər də qorxuducudur....

Qaçırsan dərhal bu qəribə duyğudan xilas olmaq üçün.

Bir səfərin hazırlığında olduğunu bilirsən. Amma yerin hələ ayrılmamış. Cəhd et...

Saat naməlumdur.

Addım-addım yaxınlaşırsan, sahillərində gəzirsən digər tərəfi olacağın

həyatın, ortağı olacağın xəyalların...


Sən vaxtı gəldiyində, səssizcə qarşıma çıx yetər

Maraqlanma, bir qulağım qapıda gözləmirəm. Tələsmirəm...

Sənin tapdım sanaraq yaşadığın fəryadların,

mənim gözləyərkən böyütdüyüm kədərlər keçmədi hələ.


Yenidir.

Və olmadığı qədər dərin. Burax yaxşılaşsın əvvəl ürəklərimiz,

sızıltısı dinsə ağrıyan qəlbimi müalicə edək….

Əskik yanlarımızı tamamlayaq..Bizdən əvvəlki əhvalatları bitirək məsələn.

Son nöqtələri qoyaq.

Aramızda yeri olmasın yarım qalmış cümlələrin,

tamamlanmamış həyatların, cavabsız sual işarələrinin.

Başqa əhvalatlardan götürmələr etməyək, başqalarının sözlərini sərf etməyək bir-birimizə.

Sən vaxtı gəldiyində, səssizcə qarşıma çıx yetər

Yalnız bizim əhvalatımız olsun,

Bu anda kağıza tökülən. Tək qəhrəmanları sənlə mən olsun.

Hazır olaq həm həyata, həm də bir-birimizə. Gözəl bir bahar günündə, eyni səkidən

keçərkən yan-yana məsələn, bir-birimizə yad keçməyək.

Qaçırmayaq gözlərimizi. Başlamadan bitirməyək yaşanacaqları..

Bizimki bir-birimizi tapa bilmədiyimiz, tapınca da bir-birimizi vaxtsızca xərclədiyimiz

qısacıq bir eşq əhvalatı olmasın.


Gəldiyində qapını çalmağına ehtiyac yoxdur...

Sən vaxtı gəldiyində, səssizcə qarşıma çıx yetər.


Geri dön

_RONALDO_

  • 9 mart 2011 20:08
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
xebere gore tewekkurler

--------------------

nilayka

  • 13 fevral 2011 00:55
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
twk

--------------------

Grace_Angel

  • 6 oktyabr 2010 16:56
  • Məqalə: 654
  • Şərh: 2273
  • Bal:
{awards}
Tewekkurler...maraqlidir....

--------------------

Ulya

  • 6 oktyabr 2010 15:34
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
cox sagol baciw.ela yazdi

Afran007

  • 6 oktyabr 2010 14:17
  • Məqalə: 8
  • Şərh: 354
  • Bal:
{awards}
fellow

Azeri_Gozeli

  • 6 oktyabr 2010 12:50
  • Məqalə: 91
  • Şərh: 2383
  • Bal:
{awards}
oxudum cox maraqli ve gozel idi cox sag ol

--------------------

MiYasKa KrEoZi

  • 6 oktyabr 2010 01:45
  • Məqalə: 35
  • Şərh: 695
  • Bal:
{awards}
TeshEkkuRLer 4oOox maRaqLI.... feel

--------------------

FERID

  • 6 oktyabr 2010 01:12
  • Məqalə: 77
  • Şərh: 327
  • Bal:
{awards}
dangerous_angel,
seni cox isteyirem onu sen de bilirsan:)

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 51
Cəmi: 70

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 36
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 18
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 23
 
MiSS HaPPy)
Xəbərləri: 10
Cəmi: 18
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 6
Cəmi: 671
 
ஐ Payiz ஐ
Xəbərləri: 5
Cəmi: 8
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 3
Cəmi: 226
 
 
{slinks}