Sevmək - Ne deməkdir ?

 
Sevmək - Ne deməkdir ?

Sevməkdə ikili başlayıb, bir olaraq gedilər.
İki can, iki qəlb, iki könül yoxdur sevgidə.
Tək bir qəlb olar, tək bir ürək olar.

Sevmək bölüşməkdir.
Sevdiyi ilə sevgisini bölüşməkdir.
Sevdiyi ilə qəlbini bölüşməkdir.
Sevmək ki tək qəlb yaransın.

Sevgidə son yoxdur. Sevginin heç bir zaman sonu olmaz.
Bitən sevgilər yoxdur, bitmiş kimi görünən sevgilər vardır.
Sevgidə vaz keçmək də yoxdur. Yaşandıqca yaşadılar sevilər.
Amma bəzən sevgili üçün bəzən isə sevginin bir gərəyi olaraq
saxlanılar bu sevgi. Vaz keçmək yoxdur, vaz keçmiş kimi görünmək vardır.

Sevməkdə istəmək yoxdur.
Sevgilinin olduğu yerdə bitər bütün istəklər.
Bir şey vardırsa istədiyin bu sənin üçün deyil, sevgili üçün istədiyindir.
Ondan onun adına istəyərsən.
Onu daha sonsuzadək sevə bilmək üçün istəyərsən.
Sevmə azadlığını istəyərsən və bunu qəbul etməyini istəyərsən.
İstəyərsən amma bir gün gələr bu istəklər də sona çatar.
Özün özündən istəyərsən artıq.
Sevdiyini daha çox sevmək istəyərsən özündən.
Əbədi yaşatmaq istəyərsən.

Sevmək - Ne deməkdir ?

Sevmək həyatının ən mənalı anlarını soruşduqlarında sevdiyinin adını verə bilməkdir.

Sevmək sevdiyini istəməməyi öyrənməkdir.

Sevmək sevdiyini sevgili olduğuna görə sevməkdir.

Sevmək; sevmək-sevilmək deməkdir.

Sevmək, gözləməməkdir. Gözləmələrin sona çatdığı bir yerdir.
Elə bir yer ki bütün həqiqətlər, bütün dünya silinər.
Nə Ondan başa düşməsini gözləyərsən, nə də onu başa düşməyi.
Nə onun gəlməsini gözləyərsən, nə də onun Leyli, Məcnun olmağını.
Gözlədiyin başqa bir şey yoxdur sevə bilməyi bacarmaqdan başqa.

Sevmək - Ne deməkdir ?

Sevmək sevgililərin heç bir sözünə üzülməməyi öyrənmək deməkdir.

Sevmək sevgilidən gələn „öl“ əmrinə belə „ölərəm“ deyə bilməkdir.

Sevmək öz əlləri ilə ürəyini bir bıçağın ucuna qoya bilməkdir.

Sevmək ölməkdir.

Sevmək, ölməyi bilməkdir.

Sevgili üçün yaşamaqdır.
Onun əli, qolu, gözü, ürəyi olmaqdır.
Amma artıq onun bir şeyi olmadığını bildiyin zaman ölməyi bilməkdir!

Sevmək, tükənməkdir.
Sevməkdən ölərkən təkrar yaşaya bilməkdir.

Sevmək, sevgilinin baxan gözlərinə baxa bilməməkdir.
Ağlayan gözlərə nəzakət və təbəssümlə qarşılıq verə bilməkdir.

Sevmək, sevgili olmaqdır. Sevgilinin üzündəki gülüş
olmaqdır. Onu yaşadacaq bir damla su olmaqdır.

Sevmək sevgilinin limanı olmaqdır.

Sevmək sevdiyinin canı olmaqdır.
Onun ölümü istəyə bilməyəcəyi canı olmaqdır.

Sevmək alov olmaqdır.
Yanmaqdır, kül olmaqdır.

Sevmək inanmaqdır.

Sevmək sevgiliyə bir nəfəs kimi, bir səs kimi yaxın olmaqdır.

Sevmək sevgiliyə çox uzaqlarda olsa belə yaşamaq
və yaxın olmaqdır. Yaxınlıqdır, doğmalıqdır sevmək.

Sevmək , yalansız bir həyat, ölümsüz bir dünyadır.
Sevmək, ilk insanın, Həvvanın Adəmin saflığını və təmizliyini, uşaq mehribanlığını daşıya bilməkdir.

Sevmək, gözyaşı olmaqdır, yağan yağış olmaqdır.
Bir payız mövsümünün sarı yarpağı kimi yalnız olmamaqdır.

Sevmək - Ne deməkdir ?

Sevgilisiz ikən sevgilini sevməkdir.

Sevmək, üşüməkdir. Sevgilinin yoxluğuna üşüməkdir.

Sevmək, sevgiliylə hər şeyə dözə bilməkdir.
Sevmək, sevgilinin olduğu cəhənnəmə getməkdir.
Sevgilinin olmadığı Cənnətə də getməməkdir.

Sevmək sevgilini cənnət eləməkdir.

Sevmək bir olmaqdır.

Sevmək yaşamaqdır.

Sevmək bir başqasının həyatını yaşamaqdır.

Sevmək sevilməyə layiq olmaqdır

Sevmək - Ne deməkdir ?


Geri dön

_Hayat_Prensesi

  • 9 noyabr 2011 12:55
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
menim fikrimce heyatda sevgi olmasa heyat su kimi axib geder!!!!!!! feel

JASSMINN

  • 4 noyabr 2011 15:34
  • Məqalə: 0
  • Şərh: 244
  • Bal:
{awards}
sevgini love yalniz love sevenler love biler love

Dusha_Moya))

  • 3 noyabr 2011 21:31
  • Məqalə: 0
  • Şərh: 464
  • Bal:
{awards}
Sevmək onsuz onunla olmaqdır..sevmək sonsuz arzu, xəyal çələngidir..sevmək xoşbəxtlikdir..sevmək qelbə sahib tapmaqdır..sevmək ..((

V_I_P

  • 3 noyabr 2011 18:06
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
sevmek.......guvenmek, sedaqet, deyr vermek demekdir. twk

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

KAYBOLAN YILLAR

  • 3 noyabr 2011 15:53
  • Məqalə: 14
  • Şərh: 1140
  • Bal:
{awards}
SEVMEK XOWBEXTLIK DEMEKDI MENCE TEWEKKURLER

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

Sirli Melek

  • 3 noyabr 2011 13:26
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
((( AĞLI OLAN SEVMƏZ

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Ku-ku

  • 3 noyabr 2011 11:06
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
[b]Sevgilisiz ikən sevgilini sevməkdir.

Sevmək, üşüməkdir. Sevgilinin yoxluğuna üşüməkdir.

Sevmək, sevgiliylə hər şeyə dözə bilməkdir.
Sevmək, sevgilinin olduğu cəhənnəmə getməkdir.
Sevgilinin olmadığı Cənnətə də getməməkdir.

Sevmək sevgilini cənnət eləməkdir.

Sevmək bir olmaqdır.

Sevmək yaşamaqdır.

Sevmək bir başqasının həyatını yaşamaqdır.

Sevmək sevilməyə layiq olmaqdır[/b]

--------------------

BadZero

  • 3 noyabr 2011 09:56
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Sevgilisiz ikən sevgilini sevməkdir.

Sevmək, üşüməkdir. Sevgilinin yoxluğuna üşüməkdir.

Sevmək, sevgiliylə hər şeyə dözə bilməkdir.
Sevmək, sevgilinin olduğu cəhənnəmə getməkdir.
Sevgilinin olmadığı Cənnətə də getməməkdir.

Sevmək sevgilini cənnət eləməkdir.

Sevmək bir olmaqdır.

Sevmək yaşamaqdır.

Sevmək bir başqasının həyatını yaşamaqdır.

Sevmək sevilməyə layiq olmaqdır
no

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 50
Cəmi: 85

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 29
Cəmi: 442
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 28
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}