Etiraf

 
Etiraf

Mən nələr itirdim, nələr qazandım,
Sevdim, sevdiyimə yar olammadım.
Min dəfə doğuldum, öldüm, oyandım
Yoxluqdan yarandım, var olammadım.

Etiraf

Gah doğru yaşadım, gah xəyal bildim.
Gah axdım gözündən, gah yaşı sildim.
Cənnət bağçasına toxum səpildim,
Yarın süfrəsində bar olammadım.

Etiraf

Kimsələr anlarmı dərd əlacımdan?
Qovuldum yurdumdan, taxtı-tacımdan.
Çox ümid asıldı bəxt ağacımdan,
Dərdimi asacaq dar olammadım.

Etiraf

Nə hallar yaşadım bu can içində,
Bəslədim eşqimi fəğan içində.
O Məşuq ağlayır hicran içində,
Bir Aşiq qəlbinə qor olammadım.

Etiraf

Üzüldüm həsrətə məkr edənlərə,
Acıdım vüsala şükr edənlərə.
Üsyanım adını zikr edənlərə,
İsmini gizləyən sirr olammadım.

Etiraf

İtirdim yolumu eşqə dalanda,
Gah yerə düşəndə, gah ucalanda.
O dərdli könüldən ah ucalanda
Sənə qovuşmağa zar olammadım.

Etiraf

Ey həsrət çəkdiyim, gülümsə barı,
Verdim əllərinə küll ixtiyarı.
Mən Sultan mülkünün sonsuz diyarı,
Tək sənin keçdiyin yer olammadım.

Etiraf

Yumanda gözünü sən qafil kimi
Yayıldım zülfünə xəfif yel kimi.
Aləmi titrətdim İsrafil kimi,
Sənə duyulacaq Sur olammadım.

Etiraf

Mən qələm tuturam, yazdıran yardı,
Bu könül, bu əllər nə bəxtiyardı.
Sözüm zülmətləri ağ atla yardı,
Özüm nur içində nur olammadım


Geri dön

H.o.S.t _ FaNaTka

  • 30 noyabr 2011 13:53
  • Məqalə: 11
  • Şərh: 1333
  • Bal:
təşəkkürlər

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

Niqul

  • 5 noyabr 2011 12:47
  • Məqalə: 5
  • Şərh: 675
  • Bal:
{awards}
Eladi smile

--------------------
Bir neche muddet burda deyildim,her shey deyishib...:/

:..GIZEMLI..:

  • 3 noyabr 2011 22:45
  • Məqalə: 28
  • Şərh: 3290
  • Bal:
{awards}
Cox gozel weir idi twk

mirza

  • 3 noyabr 2011 22:03
  • Məqalə: 0
  • Şərh: 37
  • Bal:
{awards}



mende seni chooooooooooooooooooooooooooooooooox sevirem

--------------------
GECENIN QARANLIGINDA TENHA RUH GEZiR

Fiyoş

  • 3 noyabr 2011 21:09
  • Məqalə: 1
  • Şərh: 27
  • Bal:
{awards}
Mən burdan bir insana etiraf etmək istəyirəm ki onu cooxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx istəyirəm.lap coxxxx.biyiyəm ki oda məni cox istitiyyyyyyyyyyyyy

--------------------
Özünü elə apar ki,guya xoşbəxtsən.O zaman həqiqətən xoşbəxt olacaqsan.

Dusha_Moya))

  • 3 noyabr 2011 21:06
  • Məqalə: 0
  • Şərh: 453
  • Bal:
{awards}
Xmm..əməyə hörmət..mənim ürəyimdə qalan elə bir etirafım yoxdu artıq ((

KAYBOLAN YILLAR

  • 3 noyabr 2011 20:50
  • Məqalə: 14
  • Şərh: 1120
  • Bal:
{awards}
Kimsələr anlarmı dərd əlacımdan?
Qovuldum yurdumdan, taxtı-tacımdan.
Çox ümid asıldı bəxt ağacımdan,
Dərdimi asacaq dar olammadım.MUELLIFE WEXS MINETTARAM ELA ZOVGU VAR

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

V_I_P

  • 3 noyabr 2011 20:28
  • Məqalə: 3
  • Şərh: 1937
  • Bal:
{awards}
Mən nələr itirdim, nələr qazandım,
Sevdim, sevdiyimə yar olammadım.
Min dəfə doğuldum, öldüm, oyandım
Yoxluqdan yarandım, var olammadım.

gozeldir.twk

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

BadZero

  • 3 noyabr 2011 20:17
  • Məqalə: 178
  • Şərh: 2522
  • Bal:
{awards}
İlk şərh məndən

Mən nələr itirdim, nələr qazandım,
Sevdim, sevdiyimə yar olammadım.
Min dəfə doğuldum, öldüm, oyandım
Yoxluqdan yarandım, var olammadım. recourse

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 34
Cəmi: 51

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 40
Cəmi: 146
 
The Shield
Xəbərləri: 37
Cəmi: 302
 
Darling
Xəbərləri: 36
Cəmi: 921
 
aytc.sza
Xəbərləri: 27
Cəmi: 76
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 580
 
❤Queen❤
Xəbərləri: 14
Cəmi: 74
 
Jesicca
Xəbərləri: 14
Cəmi: 55
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}