Dünyanın ən nüfuzlu adamlarının siyahısı açıqlandı

 
Dünyanın ən nüfuzlu adamlarının siyahısı açıqlandı

“Forbes” jurnalı dünyanın ən nüfuzlu adamlarının siyahısını açıqlayıb. Siyahıda 70 nəfərin adı var.

Bu il reytinqə ABŞ prezidenti Barak Obama (ötən ilki reytinqdə ikinci yerdə idi) başçılıq edir. Ölkə iqtisadiyyatının tənəzzülünə və işsizlik səviyyəsinin artmasına baxmayaraq, “Forbes” ABŞ prezidentinin beynəlxalq aləmdəki uğurlarını xüsusi qeyd edir. Jurnalın yaxdığına görə, Birləşmiş Ştatlar dünyanın ən nüfuzlu ölkəsi olaraq qalır. Reytinqi şərh edən “Reuters” agentliyi bildirir ki, Obamanın nüfuzu “Əl Qaidə” lideri Üsəma bin Ladenin öldürülməsi, NATO-nun Liviyadakı uğurlu əməliyyatı və yekunda Müammər Qəddafinin ölümü ilə əlaqədar daha da artıb.

2012-ci ildə Rusiya prezidentliyi uğrunda mübarizəyə qoşulacaq Vladimir Putin bu ilki reytinqdə ikinci yeri tutub. Hazırkı Rusiya prezidenti Dmitri Medvedev isə 59-cu yerdədir.

Reytinq cədvəlinin üçüncü pilləsində Çinin prezidenti Xu Tszintao var. Reytinqi hazırlayanlar bunu onunla izah edirlər ki, o, tezliklə Çin Kommunist Partiyasının katibi vəzifəmindən gedəcək. Onun yerinə Si Tszinpinnin gətiriləcəyi gözlənilir. Yeri gəlmişkən, onun özü dünyanın ən nüfuzlu 70 adamı arasında 69-cudur.

Dördüncü yerdə Almaniya kansleri Angela Merkeldir. Planetin ən nüfuzlu şəxslərinin “beşliy”ini “Microsoft”un yaradıcısı Bill Geyts qapayır.

“Forbes”in siyahısında ən gənc adam “Facebook” sosial şəbəkəsinin yaradıcısı, 27 yaşlı Mark Çukerberqdir (9-cu yer). O, ötən il 40-cı yeri tutmuşdu. Beləlikə, Mark Çukurberq siyahıda hamıdan çox irəliləyib. İlk “onluğ”a Səudiyyə Ərəbistanının kralı Abdullah ibn Əbdüləziz (6-cı yer), Roma papası XVI Benedikt (7-ci yer), ABŞ Federal ehtiyatlar sisteminin rəhbəri Ben Bernanke (8-ci yer), Böyük Britaniyanın baş naziri Devid Kemeron (10-cu yer) da daxildir.


Geri dön

Dinar Mamedova

  • 4 noyabr 2011 09:36
  • Məqalə: 772
  • Şərh: 1863
  • Bal:
tewekkurler

--------------------

Sirli Melek

  • 4 noyabr 2011 09:07
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
HMMM MARAQLIDIR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

.::BaBy_FaCe_WiSe::.

  • 4 noyabr 2011 00:53
  • Məqalə: 180
  • Şərh: 1226
  • Bal:
{awards}
tewekkurler!

--------------------

Cilent_M.Q

  • 3 noyabr 2011 22:47
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
twkller, maraqli alinib

--------------------

Eltun_Zahidoglu

  • 3 noyabr 2011 22:01
  • Məqalə: 30
  • Şərh: 115
  • Bal:
{awards}
teşekkür xeebr üçün..lazımlı xeberdi...menim adımı salmıyıblar ora?)))

KAYBOLAN YILLAR

  • 3 noyabr 2011 20:45
  • Məqalə: 14
  • Şərh: 1140
  • Bal:
{awards}
BEKLEDIKI ALLAH BILEN MESLEHETDI MENIM NE IWME QALIB ONLAR TEWEKKURELR

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

V_I_P

  • 3 noyabr 2011 20:43
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
onlardan bize ne ne yaxwiliqlari deyib size? tewekkurler

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

heyasiz204

  • 3 noyabr 2011 20:38
  • Məqalə: 27
  • Şərh: 1200
  • Bal:
{awards}
xebere gore tewekkurler

--------------------
Xoşbəxtliyi dadmağın tək çarəsi, onu bölüşməkdir

BadZero

  • 3 noyabr 2011 20:28
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Maraqlı xəbərə görə tşk

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 43
Cəmi: 55

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}