Bürclər noyabr üçün nə deyir?

 
Bürclər noyabr üçün nə deyir?

Qoç
Bu ay siz çətinliklərlə üzləşəcəksiniz. Lakin çoxdan başladığınız işləri geridə qoyub yeni layihələrə imza atmaq zamanı gəlib. Təbii ki, bu sizə xoş əhval-ruhiyyə bəxş etməyəcək, üstəlik, depressiyaya düşə bilərsiniz. Bu dönəmdə sizə yaxınlarınız da kömək edə bilməyəcək. Yaxşısı budur təklikdə qalıb, hər şey haqqında ətraflı fikirləşəsiniz.

Buğa
Nəhayət, siz hisslərinizə aydınlıq gətirəcəksiniz. Bir-birinə düşmən münasibət bəsləyən cütlüklər səhv etdiklərini anlayıb, barışacaqlar. Sevgilisindən ayrılanlar yenidən birlikdə olcaqlar. İşgüzar həyatda isə hər şey əksinə olacaq. Bəzi danışıqlar gedəcək ki, maliyyə vəziyyətinizə pis təsir edəcək, amma fəlakətli dəyişikliklər gözlənilmir.

Əkizlər
İndi sizin üçün ən önəmli mövzu məhəbbət mövzusu olacaq. Sevmək vaxtı gəlib çatdı. Bütün problemləri unudacaq, fikrinizi bütövlüklə o insana həsr edəcəksiniz. İşdə üzərinizə düşən vəzifələri başqasına həvalə etmək olar, lakin nəzarət etməyi yaddan çıxarmayın. Sükan arxasında ehtiyatlı olun.

Xərçəng
Hər sahədə sizin üçün çox uğurlu bir dönəm başlayır. Gözlənilməz iş təkilfi alacaqsınız və bu təklif olduqca perspektivli olacaq. Lakin başınız bir az məhəbbət məsələlərinə qarışacaq, buna görə də ola bilsin, təkilfi vaxtında dəyərləndirə bilmədiniz. Bu ay bütün kişilərin gözü üzərinizdə olacaq, yeni insanla tanış olma ehtimalı var.

Şir
İş həyatı baxımından ay çox sakit keçəcək. Əhvalınız hər zaman əla olacaq. Hərdən detallar üzərində çalışmağınız lazım gələcək, bu da səbr tələb edəcək. Ailə üzvləri ilə münasibətləriniz olduqca gözəl olacaq, yardım istədiyinizdə yanınızdan ayrılmayacaqlar. Nəzərdə tutduğunuz planlar həyata keçəcək.

Qız
Bu ay aktiv və işgüzar olacaqsınız. Təmkinli və rahat şəkildə, həm evdə, həm işdə bütün problemlərin öhdəsindən gələcəksiniz. Ola bilsin çox pul qazanmayasınız, amma maliyyə baxımdan əziyyət çəkməyəcəksiniz. Əsas odur ki, gözlənilməz anda və ağlınızın ucundan keçməyən bir insanla tanış olacaqsınız. Ailə qurmaq ehtimalı yüksəkdir.

Tərəzi
Hazırda bütün fikrinizi işinizə həsr edəcəksiniz, çünki elə bir vəziyyət yaranacaq ki, çalışdığınız şirkətin nüfuzu sizdən asılı olacaq, ona görə diqqətli olmağınız vacibdir. Eyni zamanda ev probleminiz həll olunacaq. Şəxsi həyatınızda möhtəşəm hadisə baş verəcək. Nəhayət, siz ömür boyu gözlədiyiniz insanla rastlaşacaqsınız.

Əqrəb
Həyat sizə xoş sürprizlər hazırlayır. Çalışın özünüzü itirməyəsiniz və hər işarəyə diqqət yetirəsiniz. Peşəkar sahədə vəzifənizin artması və daha böyük nailiyyətlər əldə etməyiniz gözlənilir. Əla gəlir əldə edəcəksiniz. Sevgiyə gəldikdə isə, sizi romantik və unudulmaz səyahət gözləyir. Odur ki, şansı əldən qaçırmayın.

Oxatan
Ola bilsin çiyinlərinizə daşıya biləcəyinizdən ağır yük düşəcək, bu həm ailə, həm də iş həyatına aiddir. Çoxlu işləməli və məsuliyyətli qərarlar verməli olacaqsınız. Üstəlik, ürəyinizdə keçmiş sevgilinizlə bağlı hisslər yaranacaq, ətraflı düşünüb düzgün qərar verməyiniz lazım gələcək. Maddi baxımdan sıxıntı yaşanmayacaq.

Oğlaq
Ayın çox günləri işləriniz müvəffəqiyyətli olacaq. Oynaya-oynaya bir çox anlaşılmazlıqları aradan qaldıracaqsınız. Amma çalışın özünüzü çox yormayasınız. İşgüzar səfərə çıxa bilərsiniz. Evdən uzaqda sizi maraqlı və romantik bir macəra gözləyir. Maddi vəziyyətiniz qeyri-sabit olacaq, buna diqqət yetirin.

Dolça
Bu ay sizin ayınızdır, olduqca düzgün və asan qərarlar verəcək və tez bir zamanda bunun bəhrəsini görəcəksiniz. Çoxdan görüşmədiyiniz insanlarla üz-üzə gələcəksiniz, həmçinin səyahət zamanı. Ailənizdə problem yaranmayacaq, ürəyiniz sakit olacaq. Maddi durumunuz əladır, ayın axrında əlinizə yüksək məbləğ alacaqsınız.

Balıqlar
Uzun zamandır həyata keçirtmək istədiyiniz planları reallaşdıracaqsınız. Bu mövzuda dost və ailə üzvlərinizə güvənə bilərsiniz, onlar sizə dayaq olacaq. Bu an keçmiş sevgiliniz peyda olacaq və qayıtmağınızı xahiş edəcək. Təbii ki, onunla olub-olmamaq yalnız özünüzdən asılıdır, çalışın düzgün qərar verəsiniz.


Geri dön

KAYBOLAN YILLAR

  • 5 noyabr 2011 00:56
  • Məqalə: 14
  • Şərh: 1140
  • Bal:
Balıqlar
Uzun zamandır həyata keçirtmək istədiyiniz planları reallaşdıracaqsınız. Bu mövzuda dost və ailə üzvlərinizə güvənə bilərsiniz, onlar sizə dayaq olacaq. Bu an keçmiş sevgiliniz peyda olacaq və qayıtmağınızı xahiş edəcək. Təbii ki, onunla olub-olmamaq yalnız özünüzdən asılıdır, çalışın düzgün qərar verəsiniz.BACARDIQIM GEDER ELIYEREM TEWEKKURER

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

ÖMÜRLÜK SEVGİ

  • 5 noyabr 2011 00:14
  • Məqalə: 0
  • Şərh: 16
  • Bal:
{awards}
buğa təşəkkürlər

JASSMINN

  • 4 noyabr 2011 15:12
  • Məqalə: 0
  • Şərh: 244
  • Bal:
{awards}
ela xeberdi bu ay rahatam twk

mor.menekse

  • 4 noyabr 2011 14:15
  • Məqalə: 0
  • Şərh: 300
  • Bal:
{awards}
Şir
İş həyatı baxımından ay çox sakit keçəcək. Əhvalınız hər zaman əla olacaq. Hərdən detallar üzərində çalışmağınız lazım gələcək, bu da səbr tələb edəcək. Ailə üzvləri ilə münasibətləriniz olduqca gözəl olacaq, yardım istədiyinizdə yanınızdan ayrılmayacaqlar. Nəzərdə tutduğunuz planlar həyata keçəcək.

Els007

  • 4 noyabr 2011 14:12
  • Məqalə: 227
  • Şərh: 532
  • Bal:
{awards}
maraqlidid amma yalandi twk

Əkizlər
İndi sizin üçün ən önəmli mövzu məhəbbət mövzusu olacaq. Sevmək vaxtı gəlib çatdı. Bütün problemləri unudacaq, fikrinizi bütövlüklə o insana həsr edəcəksiniz. İşdə üzərinizə düşən vəzifələri başqasına həvalə etmək olar, lakin nəzarət etməyi yaddan çıxarmayın. Sükan arxasında ehtiyatlı olun.

Inciciceyi

  • 4 noyabr 2011 11:38
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Balıqlar
Uzun zamandır həyata keçirtmək istədiyiniz planları reallaşdıracaqsınız. Bu mövzuda dost və ailə üzvlərinizə güvənə bilərsiniz, onlar sizə dayaq olacaq. Bu an keçmiş sevgiliniz peyda olacaq və qayıtmağınızı xahiş edəcək. Təbii ki, onunla olub-olmamaq yalnız özünüzdən asılıdır, çalışın düzgün qərar verəsiniz.


twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

V_I_P

  • 4 noyabr 2011 11:32
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
Dolça
Bu ay sizin ayınızdır, olduqca düzgün və asan qərarlar verəcək və tez bir zamanda bunun bəhrəsini görəcəksiniz. Çoxdan görüşmədiyiniz insanlarla üz-üzə gələcəksiniz, həmçinin səyahət zamanı. Ailənizdə problem yaranmayacaq, ürəyiniz sakit olacaq. Maddi durumunuz əladır, ayın axrında əlinizə yüksək məbləğ alacaqsınız.


GOREK DA. INWALLAH DEYILENLER DUZ OLAR.TWK

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

BadZero

  • 4 noyabr 2011 11:18
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Əkizlər
İndi sizin üçün ən önəmli mövzu məhəbbət mövzusu olacaq. Sevmək vaxtı gəlib çatdı. Bütün problemləri unudacaq, fikrinizi bütövlüklə o insana həsr edəcəksiniz. İşdə üzərinizə düşən vəzifələri başqasına həvalə etmək olar, lakin nəzarət etməyi yaddan çıxarmayın. Sükan arxasında ehtiyatlı olun.

Nə məhəbbət eeee? Əsgəerlikdən gəlmişəm 4 aydır iş tapmıram am

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

Sirli Melek

  • 4 noyabr 2011 11:13
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Oğlaq
Ayın çox günləri işləriniz müvəffəqiyyətli olacaq. Oynaya-oynaya bir çox anlaşılmazlıqları aradan qaldıracaqsınız. Amma çalışın özünüzü çox yormayasınız. İşgüzar səfərə çıxa bilərsiniz. Evdən uzaqda sizi maraqlı və romantik bir macəra gözləyir. Maddi vəziyyətiniz qeyri-sabit olacaq, buna diqqət yetirin.

İNŞALLAH YAXŞI OLAR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

sweet2121

  • 4 noyabr 2011 10:29
  • Məqalə: 0
  • Şərh: 39
  • Bal:
{awards}
Ekizler sevgi bizlik deyildi axi bu hardan geldi bele...

Ku-ku

  • 4 noyabr 2011 09:50
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Balıqlar
Uzun zamandır həyata keçirtmək istədiyiniz planları reallaşdıracaqsınız. Bu mövzuda dost və ailə üzvlərinizə güvənə bilərsiniz, onlar sizə dayaq olacaq. Bu an keçmiş sevgiliniz peyda olacaq və qayıtmağınızı xahiş edəcək. Təbii ki, onunla olub-olmamaq yalnız özünüzdən asılıdır, çalışın düzgün qərar verəsiniz.
tongue

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 32
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}