Məsumların Nurlu Kəlamlarından (21-40)

 
Məsumların Nurlu Kəlamlarından (21-40)

Hədis 21:
Həzrət Məhəmməd (s) buyurur: “Xalqa möhtac olmayın və onlardan bir diş çöpü belə istəməyin.”

Hədis 22:
Həzrət Məhəmməd (s) buyurur: “Xalqın ən şücaətlisi öz nəfsinə qalib gələn şəxsdir.”

Hədis 23:
Həzrət Məhəmməd (s) buyurur: “Beşikdən qəbrədək elm axtarışında (öyrənməkdə) olun.”

Hədis 24:
Həzrət Məhəmməd (s) buyurur: “Mö`minin çətinliyi hamıdan çoxdur, çünki o həm dünya, həm də axirət işləri ilə məşğul olmalıdır.”

Hədis 25:
Həzrət Məhəmməd (s) buyurur: “Az günah etsən, ölüm sənə asan olar.”

Hədis 26:
Həzrət Məhəmməd (s) buyurur: “Diş fırçalamaq barəsində mənə o qədər göstəriş verdilər ki, onun vacib olacağından qorxdum.”

Hədis 27:
Həzrət Məhəmməd (s) buyurur: “Dünyada hamıdan tox olan, qiyamətdə hamıdan ac olacaq.”

Hədis 28:
Həzrət Məhəmməd (s) buyurur: “Sədəqə var-dövləti artırar.”

Hədis 29:
Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala ata və anaya yaxşılıq edən insanın ömrünü uzadar.”

Hədis 30:
Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala bütün danışanların dilinə nəzarətçidir. Bəndə Allahdan qorxmalı və nə danışdığına fikir verməlidir.”

Hədis 31:
Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala duada israr edənləri sevər.”

Hədis 32:
Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala, bəndəsinin Ona tərəf uzadılmış əlini geri qaytarmaqdan və onu ümidsiz qoymaqdan həya edər.”

Hədis 33:
Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala boş söz-söhbətləri sizə qadağan etdi.”

Hədis 34:
Həzrət Məhəmməd (s) buyurur: “İsrafın bir növü də ürəyin istədiyi hər bir şeyi yeməkdir.”

Hədis 35:
Həzrət Məhəmməd (s) buyurur: “Hər kəs Allahdan bir şey istəməsə, Allah ona qəzəblənər.”

Hədis 36:
Həzrət Məhəmməd (s) buyurur: “Öz sübhünüzü sədəqə verməklə başlayın, çünki bəla sədəqənin üstündən keçə bilmir.”

Hədis 37:
Həzrət Məhəmməd (s) buyurur: “Sübh tezdən ruzi və hacət dalınca gedin, çünki tezdən durmaq bərəkət və qurtuluşa səbəbdir.”

Hədis 38:
Həzrət Məhəmməd (s) buyurur: “Varlıların yediyi, fəqirlərin isə məhrum olduğu toy xörəyi necə də pisdir.”

Hədis 39:
Həzrət Məhəmməd (s) buyurur: “Paxıl (xəsis) o şəxsdir ki, adım çəkiləndə mənə salavat göndərmir.”

Hədis 40:
Həzrət Məhəmməd (s) buyurur: “Çox yemək qəlbdə qəsavət (daşürəklilik) yaradır.”


Geri dön

Repery

  • 9 noyabr 2011 13:54
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
ALLAH RAZI OLSUN.

--------------------

.♣.Chrysalis.♣.

  • 4 noyabr 2011 19:50
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
cox gozel sozlerdi

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

BadZero

  • 4 noyabr 2011 16:36
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Çox sağ ol... Bu gün mp3 almışam. Hədislərdən ibarətdir. Diskdə Məhəmməd peyğəmbərin (s.ə.s) hədisləridir... İnşallah axşam upload edəcəm

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

FLY TIME

  • 4 noyabr 2011 15:31
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
xebere gore twk.ALLAH razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 21
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}