Kəsmikli Kətə

 
Kəsmikli Kətə

Kəsmikli Kətə “Zərif”

Xəmir üçün:
200 q soyuq kərə yağı
1/2 çay qaşığı soda
1/2 xörək qaşığı qatıq və ya xama
2 stəkan un
1/2 stəkan şəkər tozu
İçi üçün:
400 q kəsmik
1 stəkan şəkər tozu
2 yumurta
bir çimdik vanil
Əvvəlcə xəmiri hazırlayın. Bunun üçün soyuq kərə yağını sürtgəcin iri dişlərindən bir qabın içinə keçirin.


Stəkanda sodanı qatıq və ya xamada həll edib yağ olan qaba əlavə edin. Unu və şəkər tozunu da oraya əlavə edib, çəngəllə əzmədən, təxminən noxud boyda umaj əldə edənə qədər qarışdırın. MİKSERDƏN İSTİFADƏ ETMƏYİN!
İndi isə içi hazırlayın. Bunun üçün içə lazım olan ərzaqları bir qaba qoyub, qarışdırın.

20 x 28 cm ölçülərində olan kənarları bir qədər hündür fomanı yağlayın (mən sobaya dayanıqlı şüşə formadan istifadə edirəm).
Sobanı 180C-dək qızdırın.
Xəmiri iki yerə bölün. Bir hissəsini yağladığınız formanın dibinə yayın. Üstündən basmayın.

Kəsmikli içi bunun üzərinə yayın.

Sonra isə qalan xəmiri için üstünə səpin. Üstündən basmayın.

Kətəni sobanın orta rəfində 30 dəqiqə ərzində, və yaxud üstü biz az qızaranadək bişirin.

Kətəni sobadan çıxardın və qoyun formada 15 dəqiqə soyusun. Sonra isə kətəni doğrayın. Süfrəyə verməzdən əvvəl tamamilə soyumasını gözləyin. Nuş Olsun!:)


Geri dön

FLY TİME

  • 8 noyabr 2011 19:16
  • Məqalə: 51
  • Şərh: 2087
  • Bal:
gorurem hec kes ne serh ne deki tewekkur bildirib,onda ilk ve son serh menden.........xebere gore twk........

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 40
Cəmi: 57

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 628
 
MiSS HaPPy)
Xəbərləri: 38
Cəmi: 69
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 34
Cəmi: 48
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 141
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}