Məsumların Nurlu Kəlamlarından (41-60)

 
Məsumların Nurlu Kəlamlarından (41-60)

Hədis 41:
Həzrət Məhəmməd (s) buyurur: “Oruc tutarkən obaşdan yeyin, çünki obaşdanlıq bərəkətin əsasıdır.”

Hədis 42:
Həzrət Məhəmməd (s) buyurur: “Bir-birinizə əl verin (görüşün) ki, qəlbinizdən kin xaric olsun.”

Hədis 43:
Həzrət Məhəmməd (s) buyurur: “Günahdan tövbə odur ki, onu təkrar etməyəsiniz.”

Hədis 44:
Həzrət Məhəmməd (s) buyurur: “Dünyanın şirinliyi axirətin acılığı və dünyanın acılığı axirətin şirinliyidir.”

Hədis 45:
Həzrət Məhəmməd (s) buyurur: “Qadının cihadı ərinə yaxşı baxmaqdır.”

Hədis 46:
Həzrət Məhəmməd (s) buyurur: “Evlənməyin ən yaxşısı odur ki, asan başa gəlsin.”

Hədis 47:
Həzrət Məhəmməd (s) buyurur: “Dostlarınızın ən yaxşısı eyblərinizi sizə deyəndir.”

Hədis 48:
Həzrət Məhəmməd (s) buyurur: “Allah rəhmət etsin o kəsə ki, öz dilini islah edər.”

Hədis 49:
Həzrət Məhəmməd (s) buyurur: “Çox gülmək qəlbi öldürər.”

Hədis 50:
Həzrət Məhəmməd (s) buyurur: “Əməl olunan elmdən savayı, bütün elmlər qiyamət günündə vizrü-vəbal olacaqdır.”

Hədis 51:
Həzrət Məhəmməd (s) buyurur: “Heç bir işi sabaha saxlama ki, hər günün öz işi var.”

Hədis 52:
Həzrət Məhəmməd (s) buyurur: “Özünüz yemədiyinizi yoxsullara yedirməyin.”

Hədis 53:
Həzrət Məhəmməd (s) buyurur: “Cahil (nadan) bir şəxs ya ifrat edər (həddi aşar), ya da geridə qalar.”

Hədis 54:
Həzrət Məhəmməd (s) buyurur: “Kim məsləhətləşsə peşman olmaz və kim də orta həddi gözləsə, yoxsul olmaz.”

Hədis 55:
Həzrət Məhəmməd (s) buyurur: “Bir şəxs özü üçün istədiyini din qardaşı üçün də istəmədikcə mö`min olmaz.”

Hədis 56:
Həzrət Məhəmməd (s) buyurur: “Heç bir kəs gücü çatmayan şeyi qonağı üçün hazırlamamalıdır.”

Hədis 57:
Həzrət Məhəmməd (s) buyurur: “Camaata verilən heç bir sədəqə onların arasında yayılan elmdən üstün deyildir.”

Hədis 58:
Həzrət Məhəmməd (s) buyurur: “O işi ki, istəmirsən camaat səndən görsün, təklikdə də əncam vermə.”

Hədis 59:
Həzrət Məhəmməd (s) buyurur: “Mən hara, dünya hara?! Mənim dünyadakı vəziyyətim bir ağacın kölgəsində oturan, sonra onu orada qoyaraq durub gedən müsafir kimdir.”

Hədis 60:
Həzrət Məhəmməd (s) buyurur: “Sədəqə verməklə mal azalmaz.”


Geri dön

Repery

  • 9 noyabr 2011 13:53
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
ALLAH RAZI OLSUN.

--------------------

KAYBOLAN YILLAR

  • 5 noyabr 2011 00:44
  • Məqalə: 14
  • Şərh: 1140
  • Bal:
{awards}
COX GOZLE KELAMLARDI ALLAH SAXLASIN BU XEBERE YERLEWDIRNLERI TEWEKKURLER

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

... Deryam ...

  • 4 noyabr 2011 21:40
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
DƏYƏRLİ HƏDİSLƏRDİ , ƏMƏL ETMƏK LAZIMDIR .

--------------------

Nikoyl

  • 4 noyabr 2011 19:51
  • Məqalə: 139
  • Şərh: 1602
  • Bal:
{awards}
Təşəkkür

--------------------

BadZero

  • 4 noyabr 2011 18:22
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Allah razı olsun tşk

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 51
Cəmi: 69

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}