Facebook'da hesabınız varsa diqqət!

 
Facebook'da hesabınız varsa diqqət!


Bir çoxumuz Facebook üzərindən heç tanımadığımız birinin yoldaşlıq istəyiylə qarşılaşmışıq. Ancaq ekspertlər xəbərdarlıq edir: Bu məchul təklifin ardında pis məqsədli bir proqram ola bilər!
Kanadanın Vancouver şəhərində yerləşən British Kolumbiya Universiteti ekspertləri bir neçə saxta Facebook dostluğu meydana gətirdi. Süni zəkaya sahib bu proqramların hədəfi, mümkün olduğunca çox yoldaş əldə edib, bunlar haqqında mümkün olduğunca çox məlumat yığmaqdır.
Ekspertlərin, Facebook mühitinə gerçək bir fərdmiş kimi əlavə etdikləri bu 102 saxta yoldaş, bir çox adamın dostluq siyahısına yeni birini əlavə edərkən çox da düşünmədiklərini bir dəfə daha ortaya qoydu.
Bir neçə həftə içində bu proqramlar Facebookda 3 mindən çox adamla dost oldu. Üstəlik 46 mindən çox elektronik məktub ünvanı və 14 min 500-dən çox da ev ünvanı məlumatı yığdı.
Saxta dostluq proqramlarının yığdığı bu məlumatlarla, bu kəslərə aid bank və kredit kartı məlumatları kimi fərdi başqa bir çox məlumata çatmanın da önü açılır. Proqramlar bir dəfə biriylə yoldaş olmağı bacardımı, yalnız bir neçə gün içində o adamın digər bir çox yoldaşının da siyahısına asanca qəbul edilir.
Ekspertlər proqramların göndərilən yoldaşlıq müraciətlərindən 60%-nə müsbət cavab aldıqlarına diqqət çəkir. İşin qorxuducu tərəfi isə, bu tip saxta yoldaş proqramlarının təsbit edilməsinin olduqca güc olmasıdır.
Proyektin araşdırmaçılarından Yazan Boshmaf, çox qısa bir müddət içində bu qədər çox məlumat yığa biləcəklərini heç təxmin etmədiklərini yazdı.
Saxta dostluq proqramlarının bir çoxunun Facebook tərəfindən bilinib silindiyini ifadə edən Boshmaf, ancaq Facebookun təhlükəsizlik mexanizminin daha güclü proqramlara qarşı çarəsiz qala biləcəyinə diqqət çəkdi.
Fərdi məlumatları sanki gümüş nimçə içində təqdim edən bir başqa tətbiqsə, getdikcə daha məşhur bir hala gələn ictimai media axtarış mühərrikləridir. Bu axtarış mühərrikləri bir e-mail ünvanına bağlı bütün ictimai platformaları anında tapır. Ümumiyyətlə firmalar bu axtarış mühərriklərini hansı ictimai platformaya reklam vermələrinin daha uyğun olduğunu təyin etmək üçün istifadə edir. Ancaq bir çox adamın ictimai platformalar üzərindən paylaşdıqları fərdi məlumatlar haqqında çox baş yormadıqları düşünüldüyündə, bu axtarış mühərriklərinin də fərdi məlumat yığmaq üçün rahatlıqla istifadə edilə biləcəyini göz ardı etməmək lazımdır.


Geri dön

Handsome Boy

  • 7 noyabr 2011 15:15
  • Məqalə: 0
  • Şərh: 83
  • Bal:
twk.... hesabim yoxdu

--------------------
Real Madrid.....

castle_walls

  • 5 noyabr 2011 13:00
  • Məqalə: 0
  • Şərh: 581
  • Bal:
{awards}
twkler.Hesabim yoxdu...

--------------------
Bu gunler bizim omrumuzden kecher
Menim son umidim achilan seher
Senin ellerin,menim elimden
Ayrilarag qovushar ebedi goylere..

KAYBOLAN YILLAR

  • 5 noyabr 2011 00:31
  • Məqalə: 14
  • Şərh: 1140
  • Bal:
{awards}
MEN ANCAK LEGENDEN ANALAYIWIM VAR BAWAQA HEC YANAN TEWEKKURLER

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

ZAC EFRON

  • 4 noyabr 2011 22:51
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
yenede ILOVE FACEBOOK

Gunel

  • 4 noyabr 2011 21:38
  • Məqalə: 0
  • Şərh: 450
  • Bal:
{awards}
Admin sene aiddi senide ogurladilar wink wink wink

--------------------
"Düşüncə və ağıl bizə ən doğru yolu tapmaq üçün deyil, ən doğru yolu göstərəni tapmaq üçün verilib"

BadZero

  • 4 noyabr 2011 21:02
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Hesabım var, amma nadir hallarda daxil oluram...

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

Alone angel

  • 4 noyabr 2011 20:46
  • Məqalə: 0
  • Şərh: 3094
  • Bal:
{awards}
facebookda yoxam.ama yenede twk

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

V_I_P

  • 4 noyabr 2011 20:32
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
menim hesabim yoxdur. twk

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

Dusha_Moya))

  • 4 noyabr 2011 20:18
  • Məqalə: 0
  • Şərh: 464
  • Bal:
{awards}
Facebook_da netuyam wink )) ne interesuet etot so4ialnıy set))

Music Star

  • 4 noyabr 2011 20:03
  • Məqalə: 107
  • Şərh: 3186
  • Bal:
{awards}
FACEBOOKDA YOXAM ONSDA

--------------------

Nikoyl

  • 4 noyabr 2011 20:03
  • Məqalə: 139
  • Şərh: 1602
  • Bal:
{awards}
var ve cox diqqetliem

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 32
Cəmi: 51

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 10
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 10
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}