Həyat...

 
Həyat...

Həyat...

Balacaykən xəyallar çox böyük... Göz yaşları isə yalnız kiçik bir şokolad və ya oyuncaq bir avtomobil, ya da bir kukla üçün... Sonra sonra xəyalların kiçilir... Yalnız ümid edə bilirsən... Edə bilsən təbii... Çoxumuz ümid etməyi də unuduruq zamanla... Bədbəxtliklər krallığımızı qurub kral və kraliçanı oynayırıq bütün professionallığımızla... Haqqını verərək... Kiçikkən ananın - atanın aldığı oyuncaq tapançaların və ya kuklaların çıxartdığı səslər böyüdüyün zaman televiziya ekranından qulağının içinə girir... Bir yerlərdə kiçik uşaqlar tapançalarla oyun oynamaq yerinə, bəzilərinin oyunlarına qanlı oyuncaqlar olaraq qatılırlar... Kədərlənirsən... Zamanla kədərlənməyi də unuda bilirsən... Ürəyinin daşlaşmasını izləyirsən... Böyüyürsən... Sevdiklərin bir - bir yanından ayrılarkən sən böyüyürsən... Böyümənin bir az da təklik olduğunu anlayaraq... Gənclikdə sevdiyin qız üçün yazdığın eşq şeirləri bir zaman sonra başqa - başqa kəslərə yazılır... Həyatın yollardan ibarət olduğunu anlayırsan... Və arxana dönüb baxdığın o anlarda əslində başladığın yolun daha başında olduğunu və heç addım təyin etməmiş olduğunu anlayırsan... Başladığın yerdə bitir bəzən həyat...

Həyat...

Təxirə salına - salına... Sevdiyinə onu sevdiyini söyləməyi təxirə salırsan... Sevdiyinin əlini tutmağı təxirə salırsan... Həmişə bir şeylərdən qorxursan... Çünki uyğun gəlməyin lazım olan o qədər çox qayda qoyulur ki, sən böyüyərkən hansına uyğun gəlməyin lazım olduğunu anlaya bilmirsən... Sonunda öz nizamsızlığında itib gedirsən... Tərəddüd edə - edə böyüyürsən... Həyat önünə həmişə yeni - yeni oyunlarla gəlir... Bəzən onun əlində oyuncaq olduğunu hiss edirsən... Zamanla səndə ona oyunlar oynamağı öyrənirsən... Bəzən ən xoşbəxt olduğun anlarda belə, ağlayacaq qədər kompleks bir varlıq olduğunu görürsən... Əlində oynadığın oyuncaq kuklaların yerini, zamanla qucağında sənin qanından olan körpələr örtür... Gözlərinin içinə baxıb - baxıb gözlərini ışıldadan balaların... Sonra həyat həmişə özünü təkrar edib dayanır... Bəzilərini doğularkən öldüyünü və bunun bir qayda olduğunu görürsən... Həyat bir çarx kimi öz qaydaları ətrafında dönüb dayanır... Bəzən xoşbəxti oynayırsan, bəzən bədbəxti... Tək etməyin lazım olan başladığın o yoldan bir addım belə olsa irəli gedə bilməyi bacarmaq...

Həyat...


Geri dön

Ulya

  • 6 oktyabr 2010 17:05
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
MiYasKa KrEoZi,
Azeri_Gozeli,
POLAT,
Grace_Angel,
Afran007,
her birinize twk

MiYasKa KrEoZi

  • 6 oktyabr 2010 16:58
  • Məqalə: 35
  • Şərh: 699
  • Bal:
{awards}
Həyat bir çarx kimi öz qaydaları ətrafında dönüb dayanır... Bəzən xoşbəxti oynayırsan, bəzən bədbəxti... fellow

TesheKkuRLer 4oOOox maRaqLI xebERe goRe.. winked

--------------------

Azeri_Gozeli

  • 6 oktyabr 2010 16:33
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Olmek asandir heyatda yasamaq cox cetindir xebere gore cox sag ol

--------------------

POLAT

  • 6 oktyabr 2010 16:27
  • Məqalə: 8
  • Şərh: 251
  • Bal:
{awards}
THANKS

--------------------


♥ Her Saniye !
♥ Her Dakika !
♥ Her Saat !
♥ Her Gün !
♥ Her Ay !
......♥ Her Yıl !

BENİMSİN ! ve Bu Hep BöyLe
KaLacak
Zamana İnat oLsada!
Bu AŞK Bitmez !

/(,") ♥ (¨.)
./♥\.♥./█\.
_||_ ♥ _||_

Grace_Angel

  • 6 oktyabr 2010 16:12
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler...xebere gore.....maraqlidir...

--------------------

Afran007

  • 6 oktyabr 2010 15:46
  • Məqalə: 8
  • Şərh: 354
  • Bal:
{awards}
Twkrler movzu ucun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 53
Cəmi: 79

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 29
Cəmi: 440
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}