Gözəlliyin Sirri Zeytundadır...

 
Gözəlliyin Sirri Zeytundadır...

Gözəlliyin Sirri Zeytundadır...

Xüsusilə nahar süfrələrinin vaz keçilməzidir zeytun. Bir çox salata ləzzət verən zeytun və zeytun yağının gözəlliyimiz üçün nə cür əhəmiyyətli olduğunu bilirdinizmi? Budur sizə zeytundan gələn gözəlllik və zeytun möcüzələri...
Aralıq dənizi bölgəsində yaşayan qadınların dəriləri niyə tərtəmiz və gözəldir heç maraqlandınız mı? Üstəlik çox daha uzun yaşayırlar. Onların bu xüsusiyyətlərinin tək bir sirri var: zeytun! Antik çağlardan günümüzə sağlamlıq və gözəllik qaynağı olan zeytun, indi də kosmetik sektoru tərəfindən kəşf edildi. Sağlamlıqdan sonra gözəllik sahəsində də möcüzələr yaradan zeytunyağından evinizdə hazırlayacağınız maskalarla faydalana bilərsiniz.

Bədən Maskası
Əvvəl vəsaitlərinizi hazırlayın: 1 xörək qaşığı dəniz duzu, 3 xörək qaşığı zeytunyağı və püre halında qıyılmış bir miqdar cəfəri. Bütün vəsaitləri bir kasa içərisində qarışdırın. Daha sonra təmiz dəriniz üzərinə sürüb 20 dəqiqə qədər gözlədin. Dərinizi ovalamadan yuyun. Ayda bir dəfə edəcəyiniz bu maska sayəsində dəriniz yumşaq olar.

Gözəlliyin Sirri Zeytundadır...Gözəlliyin Sirri Zeytundadır...
İşıltılı Saçlar
Boyadan və refleden köhnələn saçlar üçün zeytunyağından faydalana bilərsiniz. Yenidən işıltıyla parlayan saçlara sahib olmaq üçün bir xörək qaşığı badam yağı, bir xörək qaşığı zeytunyağı və bir yumurta sarısını qarışdıraraq saçınıza sürtün. Yarım saat gözlətdikdən sonra saçınızı yuyun. İki həftədə bir saçınıza bu baxımı tətbiq edə bilərsiniz.

Baxımlı Dırnaqlar
Asanca qırılan dırnaqlar üçün möcüzə bir baxım: 1 qaşıq zeytunyağına bir neçə damla limon əlavə edib yüngül qızdırın. Daha sonra dırnaqlarınızı bu qarışığın içərisində 5 dəqiqə gözlədin. Dırnaqlarınızın güc qazandığını görəcəksiniz.

Gözəlliyin Sirri Zeytundadır...Gözəlliyin Sirri Zeytundadır...
Dəriniz Yenilənsin
Dərini ölü hüceyrələrdən təmizləmək üçün fərqli markalarda peeling məhsulları satılır. Amma siz bu təsiri evinizdə hazırlayacağınız bir qarışıqla əldə edə bilərsiniz. Bir miqdar zeytunyağını bir miqdar toz şəkərlə qarışdırın. Daha sonra bədəninizə eynilə peeling edər kimi yüngülcə basdıraraq dairəvi hərəkətlərlə tətbiq edin. Duruladıqdan sonra təptəzə yumşaq bir bədənə sahib olun !

Kəpəkləri də Yox edər
Zeytunyağının möcüzələri kəpəklər üzərində də təsirlidir. Tez-tez kəpək problemi yaşayırsınızsa, bir pambıq üzərinə zeytunyağı töküb saç dərinizə sürün, yüngülcə masaj edin. Yarım saat sonra saçlarınızı yuyun.

Canlandırıcı Duş
İsti su dolu bir ləyənə 15 ml. zeytunyağı, 4 ml. efir yağı, bir neçə damla nanə yağı və 2 litr tam yağlı süd qatın. 15 dəqiqə boyunca vannada dinlənin. Duşdan sonra həm ruhunuz həm də dəriniz canlanacaq.

Gözəlliyin Sirri Zeytundadır...Gözəlliyin Sirri Zeytundadır...
Yumşaq Dirsəklər
Dirsəklər zamanla sərtləşər. Bu vəziyyətdən xilas olmaq üçün zeytunyağı baxımını tətbiq edə bilərsiniz. Yarım çay stəkanı zeytunyağı ilə yarım çay stəkanı alma sirkəsini qarışdırın. Bu qarışığa dirsəklərinizi soxub 15 dəqiqə gözlədin. Dirsəklərinizdə sərtlikdən əsər qalmayacaq.

Ayaqlarınızı Unutmayın
250 ml. tam yağlı süd və 50 ml. zeytunyağından ibarət olan xüsusi bir duş suyuna ayaqlarınızı soxub 10 dəqiqə gözlədin. Ayaqlarınızı duruladıqdan sonra dabanlarınızın yumşaldığını görəcəksiniz.
Zeytunun bu qədər faydalı olduğunu bilirdinizmi?


Geri dön

Samira19760

  • 9 iyun 2011 20:34
  • Məqalə: 0
  • Şərh: 90
  • Bal:
tesekkurler

Kisa_Kiss

  • 6 oktyabr 2010 18:47
  • Məqalə: 431
  • Şərh: 1302
  • Bal:
{awards}
no спасибо

--------------------

Ulya

  • 6 oktyabr 2010 18:32
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
Azeri_Gozeli,
Afran007,
Grace_Angel,
winked

Azeri_Gozeli

  • 6 oktyabr 2010 17:46
  • Məqalə: 91
  • Şərh: 2383
  • Bal:
{awards}
coox sag ol xebere gore

--------------------

Afran007

  • 6 oktyabr 2010 17:38
  • Məqalə: 8
  • Şərh: 354
  • Bal:
{awards}
Cox sirlidi

Grace_Angel

  • 6 oktyabr 2010 17:25
  • Məqalə: 654
  • Şərh: 2273
  • Bal:
{awards}
Tewekkurler...deyerli melumat ucun....

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 9
Qonaqlar: 62
Cəmi: 81

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 581
 
♔Hе важно∞
Xəbərləri: 19
Cəmi: 110
 
MiSS HaPPy)
Xəbərləri: 12
Cəmi: 20
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 8
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 6
Cəmi: 671
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
Dəlishka
Xəbərləri: 3
Cəmi: 3
 
 
{slinks}