Islam

 
Islam


Din əxlaqından uzaq cəmiyyətdə yaşayan insanların böyük qisminin həyat anlayışları və həyatdakı məqsədləri bir-birinə bənzəyir. İlk baxışda bir-birindən fərqli görünsə də, əslində təməldə eynidir. Çünki yaşadıqları şərtlər dəyişsə də, dünyaya aid istəkləri, bağlılıqları, ehtirasları, planları, idealları və əməlləri son dərəcə bənzərdir.

İnsanın xarakterinin formalşdığı ilk illər uşaqlıq illəridir. Bu illərdə uşaqların olduqca məsuliyyətsiz və dünyadan xəbərsiz bir həyatı olur.
Ardından məktəb həyatı və gənclik illəri gəlir. Bu illərdə məqsəd, çoxlu dostlar tapmaq, məktəbdə məşhur olmaq, modaya uyğun paltarlar geyinmək, ətrafındakılara özünü göstərmək kimi klassik istəklərlə məhduddur. Ardından məktəb bitir və iş həyatı başlayır. İş həyatında insan öz peşəsində yüksəlməyə, daha çox pul qazanmağa, daha üstün mövqeyə yiyələnməyə çalışır. Bunun üçün bütün vaxtını və imkanlarını istifadə edir. Həmçinin yaxşı yoldaş tapıb evlənmək və "oğul-uşaq sahibi olmaq" üçün də çalışır. Dünyadakı tək əhəmiyyətli hadisənin -öz deyimiylə- "xoşbəxt bir ailə qurmaq" olduğunu düşünür. Qısacası doğulur, böyüyür, təhsil alır, iş həyatına başlayır, evlənir, uşaq sahibi olur, gücü çatdığınca pul və etibar qazanmağa çalışır, sonra uşaqlarını evləndirir, nəvə sahibi olur… Və belə bir neçə dünyəvi məqsəd və idealla yaşayır. Əlbəttə ki, bunların hamısı dünya həyatında lazımlı olan və Müsəlmanların şövqlə yerinə yetirdikləri işlərdir, ancaq hər insan əsl məqsədini unutmadan, dünyada sınanıldığını, dünyanın axirət üçün hazırlıq yeri olduğunu bilərək hərəkət etməklə məsuldur.

Allah üstün güc sahibi Yaradıcımızdır və ONun qüdrəti qarşısında hər insanın etməsi lazım olan qulluq vəzifələrini əskiksiz olaraq yerinə yetirməkdir. İman sahibi insan ibadətlərinə göstərdiyi diqqətlə özünü bəlli edir. Allahın fərz etdiyi zəkat, 5 vaxt namaz, dəstəmaz və oruc kimi ibadətlərini həyatı boyunca şövqlə davam etdirir. İbni Ömər radıyallahu ənhumədən rəvayət edildiyinə görə, Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurmuşdur:

"İslam beş təməl üzərinə bina qılınmışdır: Allahdan başqa ilah olmadığına və Məhəmmədin Allahın Elçisi olduğuna şahidlik etmək. Namazı doğru qılmaq, zəkatı haqqıyla vermək, Allahın evi Kəbəni həcc etmək və Ramazan orucunu tutmaq." (Buxari, İman 1, 2, Təfsiri surə(2) 30; Müslim, İman 19-22. Ayrıca bk. Tirmizi, İman 3; Nəsəi, İman 13)

İllər sürətlə keçər və heç ümid etmədiyi bir anda həyatın ən böyük və qaçınılmaz gerçəklərindən biriylə qarşılaşar. Ölüm vaxtı gəlmişdir; bəlkə 50, bəlkə 60 və ya ən çox 70 yaşındaykən bu dünyadan ayrılar.

O ana qədər ölümü ya heç düşünməmiş və ya çox az düşünmüşdür. Ətrafında çox sayda insanın ölümünə şahid olmuşdur, amma öz ölümünü həmişə uzaq görmüşdür. Həyatı boyu ölümü düşünməyi belə ağlından keçirməmişdir; çünki dünyəvi ehtiraslara qapılmışdır. Buna görə Uca Allahın razılığı, cənnət, cəhənnəm kimi mövzulara çox uzaqdır; bu gerçəklər üzərində düşünərək həyatının gerçək məqsədini qavraya bilməmişdir. Dünyada olduğu müddətcə, lazım olandan çox fərqli hədəfləri, planları və mənfəətləri olmuşdur. Dünya üçün çox çalışmışdır, amma ölümdən sonra üçün heç bir hazırlığı yoxdur.

Budur, bu vəziyyətdəykən, heç ümid etmədiyi bir anda yuxudan oyanırmış kimi, hazırlıqsız və çaşqın halda ölüm ilə qarşılaşır. Son bir peşmanlıqla geri dönmək istəyər, yalvarar. Amma artıq çox gecdir. Allah bu insanın və bənzərlərinin vəziyyətini Səcdə Surəsində belə xəbər verir:

De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaqdır. Sonra da Rəbbinizin hüzuruna qaytarılacaqsınız!” Kaş günahları öz Rəbbinin hüzurunda başlarını aşağı dikib: “Ey Rəbbimiz! gördük, eşitdik. İndi bizi qaytar ki, yaxşı iş görək. Biz tam yəqinliklə inandıq!” – deyəndə görəydin! (Səcdə Surəsi, 11-12)

Bəs insan bu vəziyyətə necə düşür? Əsla düzəlişi olmayan peşmanlığa qapılana qədər gerçəklərdən necə qaçır? Dünyada yaşama məqsədini necə göz ardı edir?

İnsanların bu cür həyati gerçəkləri göz ardı etmək və bunu edərkən də öz özlərini ovutmaq üçün istifadə etdikləri bəzi müdafiə mexanizmləri vardır. Bunlardan biri və bəlkə də ən təsirlisi insanın "öz özünü aldatması"dır. Özünü aldadan insan, başda ölüm olmaq üzrə bütün gerçəklərdən və məsuliyyətlərdən qaça biləcəyini zənn edir. Halbuki özünü aldatmaq insanın qurtuluşu üçün çarə deyil; əksinə dünyada yaşamasının gerçək məqsədini anlamazlıqdan gəlmək, insanı, sonu cəhənnəmlə bitəcək çıxılmaz bir yola aparır. Elə isə insan, gerçəkləri göz ardı edərək özünü aldatmağı bir kənara buraxmalı və Allahın özünə dünyada verdiyi müddəti ən yaxşı şəkildə qiymətləndirməlidir.

İndi bütün bunları özünüz üçün düşünün. Bu günə qədər yuxarıda təsvir etdiyimiz kimi bir həyatınız olmuş ola bilər. Siz də həyatınızın gerçək məqsədi üzərində düşünməmiş, sizi yaratmış olan Allaha qarşı məsuliyyətlərinizi unutmuş, özünüzü aldadaraq yaşamış ola bilərsiniz. Əgər bu vəziyyətdəykən bir anda ölümlə və ardından da əbədi peşmanlıqla qarşılaşmaq istəmirsinizsə, burada izah edilən gerçəkləri ciddi şəkildə düşünərək oxumalısınız. Çünki burada, insanların həyatları boyunca özlərini aldatdıqları mövzular açıqlanmaqda və anlamazlıqdan gəldikləri gerçəklər xatırladılmaqdadır.

Unutmayın, ölüm anında oyanmaq və gerçəkləri görmək insana fayda verməyəcək. Allah bu haqda insanları qəti şəkildə xəbərdar etməkdədir:

Birinizin ölümü çatıb: “Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım! – deməmişdən əvvəl sizə verdiyim ruzidən (Allah yolunda) xərcləyin. Və (bilin ki) Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır! (Munafiqun Surəsi, 10-11)


Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:28
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

Kisa_Kiss

  • 7 oktyabr 2010 12:36
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
чох сагол recourse

--------------------

Azeri_Gozeli

  • 6 oktyabr 2010 22:44
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah razi olsun coox sag ol

--------------------

Grace_Angel

  • 6 oktyabr 2010 21:47
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler gozel xebere gore...ALLAH RAZI OLSUN..!!!

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 47
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}