BİR BULUD OLSAM

 
BİR BULUD OLSAM

BİR BULUD OLSAM

Bir bulud olsam, ən sakit şəklimlə yağdırardım yağışlarımı yer üzünə və yer üzünü təmizləyərkən çirklərindən, küləyin əsməsinə icazə verməzdim.

Bir günəş olsam, yandırmazdım ürəkləri yanmayacaq yeri qalana qədər. Daha mərhəmətli olardım... İstilədərək, ilıq edərək sevdirərdim özümü...

Bir çiçək olsam, ən gözəl çiçək olardım. Saf saf açardım yer üzünə. Saysız rənglərlə təchiz edərdim ətrafımı... Əsla qaraya icazə verməzdim...

Bir mahnı olsam, yüngül bir külək kimi əsərdim ruhun ən dərinliklərinə . Hər notdan sevgini pıçıldayardım insanların qulaqlarına...

Bir okean olsam, ən kiçik adada belə olsa bir liman olardım. Yorulan gəmiləri götürərdim qoyunuma... İstirahət edərdi və mən, istirahət edərdim nağıllarını dinlərkən...

Bir ozan olsam, sazım əlimdə şeir olardım. Mən olardım... Sevda olardım dildən dilə danışılan...

Bir kəpənək olsam, bir gündəlik ömürümə sığdırardım yaşanacaq nə varsa... Sırf ibrət olsun deyə yaşayarkən həyatın qiymətini bilməyənlərə...

Bir səma olsam, göyqurşağının rənglərinə rəngləyərdim səmanı... Rəng rəng, işıl işıl sevgi yayardım, sevgi təqdim edərdim qarşılıqsız...

Bir uçurtma olsam, yüksəldikcə seyr edərdim aləmi. Təbiəti və azadlığımı paylayardım bütün yer üzünə...

Bir qar dənəsi olsam, əsla uçquna çevrilməzdim. Üsul üsul düşərdim dağın yamaclarına... Əsla soyuqlamazdım...

EŞQ olsam... O qədər asan dedirtməzdim addımı... Haqq edənə verərdim tacımı. Yəni dəyərsiz olmazdım... Götürərdim adımı saxta sevdalardan və saxta sevdalılardan geri...


Geri dön

sevgi yalandir

  • 14 oktyabr 2010 18:17
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
tewekkurler eladi soz yoxdu winked

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Grace_Angel

  • 6 oktyabr 2010 21:40
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkur edirem xebere gore....

--------------------

Azeri_Gozeli

  • 6 oktyabr 2010 19:56
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
coox sag ol gozeldiey

--------------------

Kisa_Kiss

  • 6 oktyabr 2010 18:31
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
Bir kəpənək olsam, bir gündəlik ömürümə sığdırardım yaşanacaq nə varsa... Sırf ibrət olsun deyə yaşayarkən həyatın qiymətini bilməyənlərə winked

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 46
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 43
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}