Namazın Tərcüməsi

 
Namazın Tərcüməsi

Namazın tərcüməsi

1 – «Həmd» surəsinin tərcüməsi:
“Bismillahir-Rahmanir-Rahim, «Bismillah» – yə’ni, bütün kamal
sifətlərini özündə cəmləşdirən, hər bir eyb və nöqsandan pak-pakizə
olan və ağlın (Onun həqiqətini dərk etməkdə) heyrətdə qaldığı bir Zatın adı ilə başlayıram.

«Ər-Rəhman» – yə’ni, rəhməti geniş və sonsuzdur
və dünyada həm mö’minə, həm də kafirə şamildir.

«Ər-Rahim»- yə’ni Onun rəhməti zatı, əzəli və əbədidir,
axirətdə yalnız mö’minlərə məxsusdur.

«Əl-həmdu lillahi Rəbbil-aləmin» – yə’ni həmd, tə’rif yalnız
bütün yaradılmışları kamala çatdıran Allaha məxsusdur.

«Ər-Rəhmanir-Rəhim»-mə’nası yuxarıda deyildi.

«Maliki yəvmiddin» – yə’ni, qiyamət gününün maliki, sahibidir.

«İyyakə nə’budu və iyyakə nəstəin» – yə’ni yalnız Sənə
ibadət edir və yalnız Səndən kömək diləyirik.

«İhdinəs-siratəl-mustəqim» – yə’ni, bizi düz yola hidayət et!

«Siratəlləzinə ən’əmtə ələyhim»-yə’ni, ne’mət verdiyin kəslərin
yoluna ki, onlar payğəmbərlər, onların canişinləri,
şəhidlər, siddiqlər və Allahın ləyaqətli bəndələridirlər.

«Ğəyril-məğzubi ələyhim vələzzallin» – yə’ni,
nəinki yolunu azmışların və qəzəbə düçar olmuşların yoluna!

2 – «Qul huvəllahu əhəd» surəsinin tərcüməsi:

«Bismillahir-Rəhmanir-Rəhim» –mə’nası yuxarı-da deyildi.

«Qul huvəllahu əhəd» – yə’ni de; Ey Muhəmməd!
O, tək (yeganə) Allahdır.

«Əllahus-saməd» – yə’ni, O Allah ki, bütün varlıqlardan
ehtiyacsızdır və bütün varlıqlar Ona ehtiyaclıdır.

«Ləm yəlid vələm yuləd» – yə’ni, (Onun) övladı
yoxdur və O da kiminsə övladı deyildir.

«Vələm yəkun ləhu kufuvən əhəd» – yə’ni, Ona tay,
bərabər olacaq bir kəs (bir şey) yoxdur.

3 – Rükunun, səcdənin və onlardan sonra müstəhəbb olan zikrlərin tərcüməsi:

«Subhanə Rəbbiyəl-əzimi və bi həmdih» – yə’ni: Mənim böyük, əzəmətli,
uca Pərvərdigarım hər bir eyb və nöqsandan pak-pakizə,
münəzzəh və qüsursuzdur, Mən Onu tə’rif etməklə məşğulam.

«Subhanə Rəbbiyəl-ə’la və bi həmdih» – yə’ni: Mənim Rəbbim bütün
varlıqlardan uca, hər bir eyb və nöqsandan pakdır və mən Ona sitayiş, həmd edirəm.

«Səmiəllahu limən həmidəh» – yə’ni: Allah, Ona sitayiş,
həmd edənin duasını eşitsin və Onu qəbul etsin!

«Əstəğfirullahə Rəbbi və ətubu iləyh» – yə’ni: Mən, məni tərbiyə edib
kamala yetirən Rəbbimdən bağışlanmaq diləyir və Ona tərəf qayıdıram»

«Bihovlillahi və quvvətihi əqumu və əq’ud» – yə’ni:
Yalnız Allahın köməyi ilə qalxır və otururam.

4 –Qunutun tərcüməsi:

«La ilahə illəllahul-həlimul-kərim» – yə’ni: Kərəm və helm sahibi
olan uca Allahdan başqa, (ibadətə layiq) heç bir mə’bud yoxdur.

«La ilahə illəllahul-əliyyul-əzim»-yə’ni: Böyük və
uca məqamlı Allahdan başqa heç bir mə’bud yoxdur.

«Subhanəllahi Rəbbis-səmavatis-səb’i və rəbbil-ərəzinəs-səb’i»-yə’ni:
Yeddi qat göyün və yeddi qat yerin rəbbi olan Allah pak-pakizə və qüsursuzdur.

«Vəma fihinnə və ma bəynəhunnə və Rəbbil-ərşil-əzim»-yə’ni: göylərin
və yerlərin özündə, onların arasında olanların və böyük ərşin Rəbbidir O!

«Vəl-həmdu lillahi Rəbbil-aləmin» – yə’ni: Həmd, tə’rif
yalnız aləmlərin rəbbi olan Allaha məxsusdur!

5 – Təsbihati-ərbəənin tərcüməsi:

«Subhanəllahi vəl-həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər»-yə`ni:
Allah pak, hər növ eyb və nöqsandan pakizə və qüsursuzdur.
Həmd və səna ancaq Ona məxsusdur. Allahdan başqa heç bir
mə’bud yoxdur. Vəsf edilə bilməyəcək dərəcədə böyükdür.

6 – Təşəhhüd və salamın tərcüməsi

«Əl-h’mdu lillah, əşhədu ən la ilahə illəllahu vəhdəhu la şərikə ləh» - yə’ni,
həmd-səna və tə’rif yalnız Allaha məxsusdur. Şəhadət verirəm ki,
yeganə Allahdan başqa heç bir mə’bud yoxdur və Onun heç bir şəriki yoxdur.

«Və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh»- yə’ni: şəhadət
verirəm ki, həzrət Muhəmməd (səlləllahu əleyhi və alih) Onun bəndəsi və elçisidir.

«Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd»- yə’ni:
Ey Allahım! Muhəmməd və ali-Muhəmmədə salavat (rəhmət) göndər!

«Vətəqəbbəl şəfaətəhu vərfə’ dərəcətəh» – yə’ni: Peyğəmbərin
şəfaətini qəbul et və onun dərəcəsini (Öz yanında) uca et!

«Əs-səlamu ələykə əyyuhən-nəbiyyu vərəhmətullahi vəbərəkatuh» – yə’ni:
Ey Peyğəmbər! Allahın salamı, rəhmət və bərəkəti sənə olsun!

«Əs-səlamu ələyna və əla ibadillahis-salihin» – yə’ni: Allahın salamı
biz namaz qılanlara və saleh, ləyaqətli bəndələrinə olsun!

«Əs-səlamu ələykum və rəhmətullahi və bərəkatuh» –yə’ni: Allahın
salamı, rəhmət və bərəkəti siz mö’minlərə olsun! («Siz» kəlməsindən məqsəd,
onun bə’zi rəvayətlərdən mə’lum olduğu kimi, sağ və sol çiyinlərdəki
mələklər və mö’minlər olsa da, bu kəlmənin həqiqi mə’nası olmalıdır).
(Tövzihul-Məsail Risaləsi (Vəhid Xorasani))


Geri dön

L115A1

  • 9 noyabr 2011 23:26
  • Məqalə: 12
  • Şərh: 1135
  • Bal:
Allah butun namaz qilanlarin namazin qebul etsin...AMIN. Hemcinin seninde_TUNAR_MAMEDOV_

--------------------

Handsome Boy

  • 7 noyabr 2011 14:47
  • Məqalə: 0
  • Şərh: 83
  • Bal:
{awards}
ALLAH qebul etsin

--------------------
Real Madrid.....

KAYBOLAN YILLAR

  • 6 noyabr 2011 16:59
  • Məqalə: 14
  • Şərh: 1140
  • Bal:
{awards}
BU XEBERE YERLEWDIREN KIMDIS ALLAH OZU ONA KOMEK OLCAK INWALLAH

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

sunay

  • 6 noyabr 2011 15:08
  • Məqalə: 1
  • Şərh: 32
  • Bal:
{awards}
xebere gore tesekkurler.ancaq men bunlarin hammisin bilirem

xebere gore tesekkurler.ancaq men bunlarin hammisin bilirem

--------------------
ask adamin gozun kor

BadZero

  • 6 noyabr 2011 14:27
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Çox sağ ol Allah razı olsun

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

_TUNAR_MAMEDOV_

  • 6 noyabr 2011 13:27
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
OXUDUGUNUZ UCUN SIZ SAG OLUN

--------------------

Zaurcik2011

  • 6 noyabr 2011 13:21
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

V_I_P

  • 6 noyabr 2011 13:19
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
allah haminin namazini qebul etsin. ammin.

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

Prank girl

  • 6 noyabr 2011 12:27
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
butun namaz qilanlarin namazlarini Allah qebul etsin men de onun icinde

butun namaz qilanlarin namazlarini Allah qebul etsin men de onun icinde

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Ku-ku

  • 6 noyabr 2011 12:13
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
xebere gore twk

--------------------

FLY TIME

  • 6 noyabr 2011 11:31
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
xebere gore cox sagol.

jasper hale

  • 6 noyabr 2011 11:07
  • Məqalə: 0
  • Şərh: 53
  • Bal:
{awards}
ilk serh menden. ALLAH razi olsun.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 57
Cəmi: 68

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}