Ata - Anaya Yaxşılıq

 
Ata - Anaya Yaxşılıq

Müqəddəs islam dinində bu məsələyə xüsusi diqqət yetirilir. Belə ki, ALLAHa ibadətdən sonra ata-anaya yaxşılıq hər bir insanın üzərinə düşən ən ümdə vəzifələrdən biri sayılır. İsra surəsinin 23-25-ci ayələrində bu haqda deyilir:
«Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi [onlara yaxşı baxıb, gözəl davranmağı] buyurmuşdur. Әgər onların biri və ya hər ikisi sənin yanında [yaşayıb] qocalığın ən düşgün çağına yetərsə, onlara: «Uf!»—belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!
Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıb: «Pərvərdigara! Onlar məni körpəliyimdən [nəvazişlə] tərbiyə edib bəslədikləri kimi, Səndə onlara rəhm et!» -de.
Rəbbiniz ürəklərinizdə olanları [qəlblərinizin sirlərini] ən yaxşı biləndir. Әgər əməli saleh olsanız [ata-ananıza bilmədən etdiyiniz pislikdən peşman olub tövbə etsəniz və bundan sonra onlarla yaxşı davransanız, bilin ki] Rəbbiniz, həqiqətən, tövbəkarları bağışlayandır!»
Göründüyü kimi ALLAH-taala insanları ibadətə əmr etdikdən sonra dərhal onlara ata-anaya yaxşılıq etməyi tövsiyə edir. İmam Sadiq (ə) ayənin izahında buyurur:

Ata - Anaya Yaxşılıq

«Yaxşılıq və xeyirxahlıq bundan ibarətdir ki, onlarla [valideynlərlə] xoş rəftar etmiş olasan.
Onlara o qədər diqqət yetirməlisən ki, ehtiyac duyduqları şeyləri onlar istəməzdən əvvəl dərk edib onların ixtiyarına qoymalısan».
Hədislərdən birində deyilir:
«Peyğəmbərdən (s) ata-ananın övladın üzərində hansı hüquqa malik olduğu haqda soruşduqda:
Onlar sənin həm cənnətin, həm də cəhənnəmindirlər».
Yəni, insanın cənnət və cəhənnəmə getməsi valideynlərinə göstərdikləri qayğıdan asılıdır.
Peyğəmbərdən (s) bu məzmunda nəql olunmuş başqa bir rəvayətdə deyilir:
«Cənnət anaların ayaqları altındadır». (Yəni, cənnətə analara layiqincə qayğı göstərməklə nail olun).
Başqa sözlə desək, övladlar öz üzərinə düşən borclarını yerinə yetirməli və layiqincə anaların haqlarını ödəməlidirlər.
Başqa bir rəvayətdə cənnətin valideynlərin ayaqları altında olduğu göstərilir. Yəni, insan cənnətə nail olmaq üçün ata-ananın qarşısında öz övladlıq borcunu layiqincə yerinə yetirməlidir.
İmam Səccad (ə)-dan «Hüquq risaləsi» adı ilə nəql olunmuş məşhur bir rəvayətdə deyilir:
«Üzərinə düşən ən başlıca vəzifə ananın, sonra atanın, sonra da övladlarının haqqını ödəməkdir».

Ata - Anaya Yaxşılıq

Hədisin davamında imam Səccad (ə) ananın haqqının ödənilməsinin əhəmiyyəti barədə buyurur:
«Ananın sənin üzərində olan haqqı hər şeydən böyükdür. O, kimsənin nəvaziş etməsi mümkün olmayan bir yerdə səni nəvaziş etmiş və kimsənin yemək verməsi mümkün olmayan bir yerdə öz canı və qanı ilə qidalandırmışdır. Bil ki, o, səni gözü, qulağı, əl-ayağı, dərisi və bir sözlə bütün varlığı ilə qorumuş, dünyaya gəldiyin vaxtadək ağrı və çətinliklərə dözüb, səbr və təmkinlə keşiyində durmuşdur. Özü ac olsa da səni doyurmuş, susuz olsa da sənə su vermiş, yarı çılpaq olsa da səni geyindirmiş, qızmar günəşin altında dursa da öz bədənini sənin üçün kölgə etmiş, gecələri yatmayıb sənin şirin yuxuya dalmağın üçün əzab-əziyyətlərə dözmüşdür. Unutma ki, ana bətni sənin ilk evin, qucağı ilk beşiyin, sinəsi qidan, bədəni isə sipərin olmuşdur. Ağrı və çətinlikləri uzaqlaşdırmaq üçün sənə görə istiyə-soyuğa dözməli olmuşdur. Elə isə onun qədrini bil və layiqincə haqqını ödə. Və yadında saxla ki, onun haqqını yalnız ALLAHın köməyi ilə ödəyə bilərsən».
Sonra imam Səccad (ə) övladın atanın qarşısında öz borcunu necə ödəməsi haqda buyurur:
«Bil ki, atan sənin kök və gövdən, sənsə onun budağısan; O olmasaydı sən də olmazdın; Səndə olan bütün gözəl xüsusiyyətlərin kökü və mənşəyi atandır. Elə isə bütün bu nemətlərin qarşısında onun layiqincə qədrini bil və ALLAHa şükr və səna et».

Ata - Anaya Yaxşılıq

XOŞA GӘLMӘZ RӘFTARLARDAN ÇӘKİNMӘK

ALLAH-taala Maidə surəsinin 23-cü ayəsində insanlara ata-ana ilə gözəl rəftar etməyin vacib olmasını xatırlatdıqdan sonra onlarla kobud rəftar etməyi qəti qadağan edərək buyurur:
«...Uf!-belə demə, üstlərinə qışqırıb acı söz söyləmə...»
Diqqət yetirmək lazımdır ki, insanın hər hansı bir səhv və ya kobudluqla rastlaşarkən etiraz əlaməti olaraq dilə gətirdiyi ən sadə və münasib söz «uf!» kəlməsidir. Demək ALLAH-taala bizlərə valideynlərə qarşı hətta belə bir kiçik kobudluğa yol verməməyimizi də qəti qadağan etmişdir.
İmam Sadiq (ə) bu haqda buyurur:
«Әn sadə kobudluq «uf!» deməkdir. Әgər bundan da sadə ifadə olsaydı, ALLAH-taala onu da qadağan edərdi»
Әgər valideyinlərə «uf!» deməklə narazılıq bildirmək kobudluq sayılırsa, onda onları döymək, söymək və təhqir etməyin nə dərəcədə qəbahət və haram olması məlum məsələdir.
Məsum imamlardan (ə) nəql olunmuş bir çox hədis və rəvayətlərdə valideynə qarşı kobudluq edənlərin ağır əzablarla cəzalandırılacaqları göstərilir.
Peyğəmbərdən (s) nəql olunmuş hədisdə ata-anaya qarşı pis rəftar etmək ALLAHa şərik qoşmaq, döyüş meydanını tərk etmək kimi böyük günahlardan biri sayılır.
«Qiyamət günü ALLAH dərgahında böyük günahlardan biri də ALLAHa şərik qoşmaq, günahsız mömin bir şəxsi öldürmək, fərarilik və valideynə qarşı pis rəftar etməkdir».
Başqa bir hədisdə deyilir:
«ALLAH tərəfindən (valideynlərlə pis rəftar edənlərə) belə bir xitab olunar: İstədiyin hər bir işi gör və bil ki, səni bağışlamayacağam».

Ata - Anaya Yaxşılıq

Yəni, valideynin üzünə qayıdanlar nə qədər xeyirxah işlər görsələr də belə, ALLAHın nəzərindən uzaq olarlar. Lakin unutmaq olmaz ki, bütün günahları tövbə etməklə aradan aparmaq mümkündür və bu günah nə qədər böyük olsa da insan peşman olaraq ALLAH-taaladan bağışlanmasını diləyə bilər.
Valideynlərə qarşı edilən kobud rəftarlar haqda iki mühüm mətləbə işarə etmək lazımdır:
1. Rəvayətlərdə göstərilən valideynlərə qarşı kobud rəftarların nümunələri;
İmam Səccad (ə)-dan nəql olunmuş rəvayətdə deyilir:«Ata-anaya acıqla baxmaq və onlara qəzəblənmək valideynə qarşı kobudluq hesab olunur».
Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə deyilir:«Valideyni kədərləndirən şəxs onlara qarşı kobud rəftar etmiş olur».
İsra surəsinin 24-cü ayəsindən və bu məzmunda nəql olunmuş bir çox rəvayət və hədislərdən bu nəticəyə gəlmək olur ki, valideynə qarşı olunan hər hansı bir hörmətsizlik və kobud rəftar islam nöqteyi-nəzərindən haram və böyük günahlardan hesab olunur. Valideyn övladına qarşı haqsızlığa yol versə belə, övlad onlara qarşı kobudluğa yol verməməlidir.
İmam Sadiq (ə)-dan nəql olunmuş rəvayətdə deyilir:«ALLAH-taala valideynə - övladına qarşı haqsızlığa yol versə belə - acıqla baxan şəxslərin namazlarını qəbul etməz».

Ata - Anaya Yaxşılıq

2. Kobud rəftar etməkdən çəkinmək və gözəl davranmağın vacibliyi təkcə mömin və müsəlman valideynlərə deyil, eləcə də qeyri-müsəlman və müşrik valideynlərə də aid olunur. Yəni, valideyn qeyri-müsəlman və müşrik olsa da belə, onlarla gözəl rəftar edilməli və heç bir kobudluğa yol verilməməlidir. Loğman surəsinin 14-15-ci ayələrində bu haqda buyurulur:
«Biz insana ata-anasına yaxşılıq etməyi [valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı] tövsiyə etdik. Anası onu [bətnində] çox zəif bir halda daşımışdı. Uşağın süddən kəsilməsi isə iki il ərzində olur. [Biz insana buyurduq]: Mənə və ata-anana şükr et. Axır dönüş Mənədir! Әgər ata-anan bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, [bu işdə] onlara itaət etmə. [Qalan] dünya işlərində onlarla gözəl keçin [onlara itaət et]...»
Ayənin məzmunundan belə bir qənaətə gəlmək olur ki, valideyn qeyri-müsəlman, müşrik olsa və övladını ALLAHa şərik qoşmağa və ya Onu inkar etməyə vadar etsə də belə, onlarla gözəl davranılmalı və kobudluğa yol verilməməlidir.
Şübhəsiz ki, belə bir rəftar onlarda islama qarşı rəğbət hissinin yaranmasına, hətta onu qəbul etmələrinə də səbəb ola bilər.

Ata - Anaya Yaxşılıq

Tarixdə baş vermiş hadisələrdən birində deyilir: İmam Sadiq (ə)-ın vasitəsi ilə islamı qəbul etmiş Zəkəriyya ibni İbrahim deyir: İmam Sadiq (ə) məni islam dini ilə tanış etdikdən sonra bu ilahi dini rəğbətlə qarşılayıb [qəbul edib] ondan soruşdum: Atam, anam və qohum-əqrəbalarımın hamısı məsihidirlər və anamın gözləri görmür. Mən onlarla birlikdə yaşayır, bir qabda yemək yeyirəm. Bunun bir nöqsanı vardırmı? İmam Sadiq (ə) soruşdu:
Onlar donuz əti yeyirlərmi?
Dedim, nəinki yemir, hətta ona əl də vurmurlar. İmam Sadiq (ə) buyurdu:
Elə isə bunun heç bir nöqsanı yoxdur. Ananın qayğısına qal, onunla gözəl rəftar et və dünyasını dəyişdikdə onun dəfnini öz üzərinə götür.
Zəkəriyya deyir: Kufəyə imam Sadiq (ə)-ın yanına qayıdanadək onun tövsiyələrini yerinə yetirirdim. Anama yemək verir, paltarlarını yuyur və daim ona qulluq edirdim. Bir gün anam mənə dedi: Oğlum! Nə qədər ki, bizim dinimizdə idin mənə nə belə qayğı göstərir, nə də belə qulluq edirdin. Dedim: Bizə bu xeyirxah işi Peyğəmbərin (s) övladlarından biri tövsiyə etmişdir.
Anam dedi: O peyğəmbərdirmi? Dedim: Xeyir, lakin peyğəmbər övladıdır. Dedi: Yox, o peyğəmbərdir. Çünki, bu peyğəmbər tövsiyələrindəndir. Dedim: Yox, ana o peyğəmbər deyildir. Çünki, bizim peyğəmbərdən (Həzrət Məhəmməddən (s)) sonra yer üzünə heç bir peyğəmbər gəlməyəcəkdir və o peyğəmbər övladıdır. Anam dedi: Oğlum! Sənin qəbul etdiyin din, dinlərin ən yaxşısıdır; Məni bu dinlə tanış et.
İslam dini haqda ona bəzi məlumatlar verdim və o da dediklərimi qəbul edib müsəlman oldu. Ona namaz qılmağı öyrətdim; Günorta və axşam namazlarını qıldı və həmin gün vəziyyəti ağırlaşdı və dünyasını dəyişdi. Onu müsəlmanlarla birlikdə islam qayda-qanunları ilə dəfn etdik.

Ata - Anaya Yaxşılıq

MEHRİBANÇILIQ

İsra surəsinin 24-cü ayəsində valideynlərlə gözəl rəftar etmək və onlarla gülərüz və mehribanlıqla davranmaq tövsiyə olunur. İmam Sadiq (ə) ayənin izahında buyurur:
«Onlara gülər üzlə nəzər sal, səsini onların səsindən ucaltma, onlara əl qaldırma və yol gedərkən onlardan irəli keçmə».
O həzrət həmin ayənin «Pərvərdigara! Onlar məni körpəliyimdən [nəvazişlə] tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et» hissəsinə çatdıqda buyurdu:
Səni döydükləri zaman (mehribanlıqla) söylə: ALLAH sizi bağışlasın!

ATA-ANAYA EHSANIN NƏTİCƏSİ

Valideynlərinə ehsan və yaxşılıq edən insanlar haqqında söz açmazdan əvvəl burada mühüm bir məsələyə işarə edirik:
İslam dinində ata-anaya yaxşılıq və hörmət etmək mühüm məsələlərdən biri sayılır. Ona görə də ALLAH-təala Quranın dörd surəsində bu məsələni ALLAHı dərklə eyni səviyyədə tutmuşdur.
1-O cümlədən də Bəqərə surəsinin 83-cü ayəsində buyurur:
“Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: “ALLAHdan qeyrisinə ibadət etməyin, valideynlərinizə ehsan (yaxşılıq, kömək) edin...
2-Həmçinin Ənam surəsinin 151-ci ayəsində buyurur:
“Ya Rəsuləllah! De: “Gəlin Rəbibnizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin...”
3-ALLAH-təala Nisa surəsinin 36-cı ayəsində camaata xitab edərək onları ibadətə dəvət edib buyurur:
“ALLAHa ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya yaxşılıq edin...”

Ata - Anaya Yaxşılıq

4-Həmçinin İsra surəsinin 23-cü ayəsində Peyğəmbərə (s) xitab olaraq buyurulmuşdur:
“Rəbibn yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur.”
Ata-anaya yaxşılıq etmək haqqında İslam Peyğəmbəri (s) buyurmuşdur:
“Valideynlərə hörmət və yaxşılıq etmək, namaz, oruc, həcc, ümrə və ALLAH yolundakı cihaddan qat-qat üstündür.”
Ata-anaya yaxşılıq etmək fəzilətli əməllərdən biri sayılır. Hətta valideynin üzünə baxmaq belə Həcc ziyarətinin savabı ilə bir sırada qeyd olunmuşdur.
Peyğəmbər (s) buyurur:
“Elə bir gözəl əməl sahibi olan övlad yoxdur ki, hər dəfə valideynlərinə rəhmət və qayğıkeş nəzərlərlə baxdığında, ALLAH-təala həmin övladın hər baxışının əvəzində onun əməl dəftərinə qəbul olmuş bir Həccin savabını yazmamış olsun.”
Ərz olundu: “Ey ALLAHın Rəsulu! Əgər gündə yüz kərə baxsa necə?
Buyurdu: “Bəli! Mehriban ALLAH o həddə böyük və pakdır ki, hətta min kərə baxsa belə ona hər baxışın müqabilində həmin savabı yazar.”

Ata - Anaya Yaxşılıq

ATAYA HÖRMƏT VƏ PEYĞƏMBƏRLİK NURU

Lavi, Həzrət Yusifin (ə) ən böyük qardaşı idi. Onun o biri qardaşlarından fərqli olaraq bir çox müsbət xüsusiyyətləri vardı. Biz burada bir-iki nümunəyə işarə etməyi lazım bilirik.
Lavi digər qardaşlarından daha ağıllı və uzaqgörən idi. Qardaşı Yusiflə (ə) də çox mehribanlıqla rəftar edərdi. Qardaşları Yusifi (ə) öldürmək istəyəndə o belə bir təklif edir:
Gəlin Yusifi su quyusuna ataq. Su götürmək üçün quyuya yaxınlaşan karvan onu oradan çıxarıb özləri ilə başqa bir vilayətə aparacaqlar. Qardaşlar onun bu təklifi ilə razılaşırlar.
Həmçinin Lavi atasına çox bağlı idi. Onu narahat görməyə dözümü yox idi. Elə bu səbəbdən də Yusifin (ə) anabir qardaşı olan Benyamini oğurluq adıyla öz yanında saxlamaq istədiyini eşidəndə Lavi qardaşlarına deyir: Mən sizinlə Kənana qayıtmayacağam. Çünki Benyaminin həbs olunması xəbərini atamız Yaquba (ə) xəbər vermək mənimçün çox çətindir. Hər kəsin ixtiyarı öz əlindədir və mən burada qalmaq üçün qəti qərara gəlmişəm. Vətənə qayıtmağım üçün ya gərək atam izin verə və ya ALLAH-təala özü mənə kömək ola.
ALLAH-təala onun bu iki yaxşı əməlinin əvəzini bu dünyada ona nəsib etdi və peyğəmbərlik nurunu onun nəslində bərqərar etdi.[ Həzrət Musa ibn İmran (ə) üç vasitə ilə onun övladlarındandır.

Ata - Anaya Yaxşılıq

YAXŞILIQ VƏ VAR-DÖVLƏT

Bəni-İsrail tayfasında çox ağıllı və ədəbli bir cavan varmış. Bu cavan oğlan ata-anasına hədsiz hörmət edər və onların sözündən heç vaxt çıxmazdı. O, valideynlərinin icazəsi olmadan bir iş görməzdi.
Günlərin birində həmin cavan oğlan bir miqdar mal alır və aldığı malların pulunu vermək üçün evə getməli olur. O, içərisinə pul qoyduğu sandıqçanın açarını axtarır. Təsadüfdən atası açarı ciibnə və paltarları da başı altına qoyub yatmışdı. Oğlanın atasını oyatmağa ürəyi gəlmədi. Atasının yanında oturdu ki, bəlkə o yuxudan ayıla. Amma kişi çox yorğun olduğundan ağır yuxuya getmişdi.
Oğlanın mal aldığı adam hava qaralmamış öz vilayətinə qayıtmalı idi. O səbəbdən də çox gözləyə bilməzdi. Oğlan sandıqçanın açarını götürmək üçün atasını oyatmadı və aldığı malı sahibinə geri qaytarıb üzrxahlıq etdi.
Atası yuxudan ayılandan sonra oğlundan soruşdu: “Oğlum, bu günkü alış-verişin necə olub? Bir-şey qazana bilmisənmi?
Cavan oğlan almaq istədiyi mal barədə atasına danışıb dedi: “Əgər açar sizin başınız altında olmasaydı və həmin malları alsaydım çoxlu mənfəət əldə edərdim.”
Atası oğlunun bu işinə görə çox sevindi. Dedi: “Ey əziz oğul! Bu gün əlindən çıxan həmin gəlirin əvəzində öz inəyimi sənə bağışlayıram. Bununla da bu gün əldən qaçırdığın fürsətin əvəzini gələcəkdə əldə edəcəyinə ümidvaram.”

Ata - Anaya Yaxşılıq

Bu əhvalatdan bir müddət keçəndən sonra oğlanın atası öldü. O vaxtlar Bəni-İsrail tayfasından bir nəfəri öldürmüşdülər. Camaat qatilin kim olduğunu bilmək üçün həzrət Musanın (ə) yanına gedirlər. Musa (ə) onlara deyir: “Əgər qatilin kim olduğunu bilmək istəyirsinizsə, bu nişanələri olan inəyi alıb kəsin. Həmin inəyin quyruğunu ölən adama vursanız dirilər və qatilin kim olduğunu deyər.
Həzrət Musanın (ə) dediyi bütün nişanələr ancaq bu cavan oğlanın inəyinə aid idi. Bəni-İsrail tayfası inəyi almaq üçün oğlanın yanına gedirlər. Anası oğluna deyir: Bəni-İsrail tayfasına de ki, inəyi almaq istəyirlərsə, gərək onun dərisini soyub içərisini qızıl sikkələrlə doldurub təhvil versinlər.
Onlar oğlanın qoyduğu şərt ilə razılaşmağa məcbur olduqlarından inəyin dərisini qızılla doldurub oğlana verdilər.
Valideynlərinə etdiyi hörmət və yaxşılığın əvəzində ALLAH-təala ona belə böyük bir sərvət əta etdi. Həmçinin Quranın ən böyük surəsi həmin inəyin əhvalatına görə Bəqərə (yəni inək) adlanmış və ALLAH-təala bu surədə həmin əhvalata işarə etmişdir.

Ata - Anaya Yaxşılıq

ATAYA XİDMƏT MÜKAFATI

“Nəql olunur ki, bir kişinin dörd oğlu var idi. Oğlanların atası ağır xəstə idi. Oğlanlardan biri o biri qardaşlarının yanına gedib dedi: “Mənim belə bir şərtim var: Ya siz atama baxın və ölümündən sonra mirasdan əl çəkin və ya mən özüm ona baxıb, mirasdan imtina edirəm.
Qardaşlar ona dedilər: “Yaxşısı budur ki, sən atamıza qulluq edəsən. Həmçinin ölümündən sonra sənə düşəcək mirasdan imtina edəsən. Oğlan razılaşıb atasını öz evinə apardı. Bir müddətdən sonra atası dünyasını dəyişdi. Günlərin birində bu oğlan atasını yuxuda görür. Atası ona deyir: Ey əziz oğlum! Filan yerdə bir dinar qoymuşam. Get onu götür və ehtiyacın olan şeyə xərclə. ALLAH-təalanın o bir dinara çoxlu bərəkət verəcəyinə və beləliklə də sənin var-dövlət sahibi olacağına ümidvaram. Bu vasitə ilə də mənimçün çəkdiyin zəhmətin bəhrəsini görərsən. Oğlan soruşdu: “Məgər o bir dinarda nə bərəkət var?
“Bəli, bu bir dinarın bərəkəti çoxdur”– deyə atası cavab verdi.
Oğlan yuxudan ayılandan sonra atasının qoyduğu bir dinarı götürüb bazara yollandı. Bazarda qarşısına bir balıq satan çıxır. O, əlində tutmuş iki balığı göstərərək müştəri səsləyirdi. Oğlan yaxınlaşıb balıqların qiymətini soruşdu. Balıqsatan dedi: “İkisini bir dinara satıram. O həmin bir dinarı verib, balıqların ikisini də aldı. Balıqların içindən iki dənə cəvahir çıxdı. O, beləsini heç yerdə görməmişdi. Bu xəbər padşahın qulağına çatanda onları çox baha qiymətə oğlandan aldı. Beləliklə də oğlan dövrünün tanınmış var-dövlət sahiblərindən oldu.
Dövrümüzün sufi şairlərindən olan Münim Ərdəbili valideynlərə münasibətin hansı nəticələr doğurduğunu nəzmə çəkmişdir:

Ata - Anaya Yaxşılıq

Aqvalideynə dünya tufandı, ALLAH, ALLAH!
Dünyavü-axirətdə veylandı, ALLAH, ALLAH!
Vurmuşdu valideyni bir şəxsi-bimürüvvət
Dünyadə fəqr odunda odlandı, ALLAH, ALLAH!
İncitmə valideyni, axır zəlil olarsan
Aqvalideynə dünya zindandı, ALLAH, ALLAH!
Nifrin edəndə valid, amin deyər muhasen
İzzət yolu ol şəxsə bağlandı, ALLAH, ALLAH!
Öp əllərindən indi, qəbrin daşından öpmə
Beş gün sənin evində mehmandı, ALLAH, ALLAH!
Pul ver, məhəbbət eylə, mehmandı xidmət eylə
Bir gün baxıb görərsən, üryandı, ALLAH, ALLAH!
Düş, öp ayaqlarından versin duai-xeyri
Dərdə həmin dualar dərmandı ALLAH, ALLAH!
Bir şəxsin altı oğlu getdi biri dayandı
Çox-çox böyük məqamə qovzandı, ALLAH, ALLAH!
İndi həmin cavanın sərvət yağır başından
İqbalı, təxtü-bəxti tabandı, ALLAH, ALLAH!
Aləmdə sərvətilə xoşbəxt olammaz insan
Şərti-rizayi madər rizvandı, ALLAH, ALLAH!
Hər evdə nığ-nığ olsa, cəncalü-şurü-qoğa
Axırı ol dudmanın virandı, ALLAH, ALLAH!
Hər evdə ki səfa var, ya mehü ya vəfa var
Ey xoş ol dudmana ki, xəndandı, ALLAH, ALLAH!


Geri dön

Repery

  • 9 noyabr 2011 13:51
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
ALLAH RAZI OLSUN.

--------------------

_TUNAR_MAMEDOV_

  • 6 noyabr 2011 21:34
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
V_I_P,
SAG OL BRAT ,,SOZUNE QUVVET...

--------------------

V_I_P

  • 6 noyabr 2011 20:44
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
ne bu dunyada nede ki o biri dunyada ananin atanin borcunu qaytara bilmerik.

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

_TUNAR_MAMEDOV_

  • 6 noyabr 2011 19:57
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
coox sag olun,,ALLAH SIZLERDENDE RAZI OLSUN :))

--------------------

★Azerbaijan girl★

  • 6 noyabr 2011 19:44
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
Allah razi olsun

KAYBOLAN YILLAR

  • 6 noyabr 2011 18:25
  • Məqalə: 14
  • Şərh: 1140
  • Bal:
{awards}
INAN BU XEBRE KIM YERLEWDIRIBSA ALLAH RAZI OLSUN ONDAN

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

BadZero

  • 6 noyabr 2011 18:11
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Allah razı olsun...

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

FLY TIME

  • 6 noyabr 2011 18:05
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
xebere gore twk.ATA ve ANA bizim bawimizin tacidir. ALLAH butun valideynlerin canini sag elesin.bizim bawimizin ustunden eksik etmesin.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 22
Cəmi: 37

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}