Məsumların Nurlu Kəlamlarından (101-120)

 
Məsumların Nurlu Kəlamlarından (101-120)

Hədis 101:
Həzrət Əli (ə) buyurur: “Tövbə etmək qəlbləri paklayır, günahları yuyur.”

Hədis 102:
Həzrət Əli (ə) buyurur: “Mö`min onunla insafsız rəftar edənlə insafla davranar.”

Hədis 103:
Həzrət Əli (ə) buyurur: “Bilərəkdən günah edən şəxs bağışlanmağa layiq deyildir.”

Hədis 104:
Həzrət Əli (ə) buyurur: “Zülm və fəsad yolundan çəkinib itaət yolunu tutun ki, axirətdə xoşbəxt olasınız.”

Hədis 105:
Həzrət Əli (ə) buyurur: “Allahdan həya etmək bir çox günahları aradan aparır.”

Hədis 106:
Həzrət Əli (ə) buyurur: “Elimsiz əməl etmək zəlalətdir (yoldan azmaqdır).”

Hədis 107:
Həzrət Əli (ə) buyurur: “Bəndələrin dünyadakı əməlləri, axirətdə gözlərinin qabağında olacaqdır.”

Hədis 108:
Həzrət Əli (ə) buyurur: “Təqvalıların nəfsi qane, şəhvətləri ölü, çöhrələri açıq, qəlbləri isə qəmgindir. ”

Hədis 109:
Həzrət Əli (ə) buyurur: “Dünya bulud kölgəsi və şirin yuxu kimidir.”

Hədis 110:
Həzrət Əli (ə) buyurur: “Ağıllı şəxs odur ki, öz nəfsi üzərində qələbə çalsın və axirətini dünyasına dəyişməsin.”

Hədis 111:
Həzrət Əli (ə) buyurur: “Kimə bu dörd şey verilsə, ona dünya və axirət xeyri
verilmişdir: danışıqda düzlük, əmanəti qaytarmaq,
qarnı (haramlardan) gözləmək, xoş xasiyyət.”

Hədis 112:
Həzrət Əli (ə) buyurur: “Qəzəbdən çəkin ki, onun başlanğıcı dəlilik, sonu isə peşmançılıqdır.”

Hədis 113:
Həzrət Əli (ə) buyurur: “Ağıllı şəxs odur ki, dilini saxlasın.”

Hədis 114:
Həzrət Əli (ə) buyurur: “Yalan dünyada rüsvayçılıq, axirətdə isə əzabdır.”

Hədis 115:
Həzrət Əli (ə) buyurur: “Allaha itaətə səbr etmək, Onun əzabına səbr etməkdən asandır.”

Hədis 116:
Həzrət Əli (ə) buyurur: “Mö`min o adamdır ki, sevgisi
Allaha görə, nifrəti Allaha görə, alış-verişi də Allaha görədir.”

Hədis 117:
Həzrət Əli (ə) buyurur: “Alim cahili tanıyır, çünki özü də əvvəl cahil olmuşdur.”

Hədis 118:
Həzrət Əli (ə) buyurur: “Nadan alimi tanımır, çünki özü əvvəl alim olmamışdır.”

Hədis 119:
Həzrət Əli (ə) buyurur: “Yaxşı işlər istisna olmaqla, bütün işlərdə ifrat etmək pisdir.”

Hədis 120:
Həzrət Əli (ə) buyurur: “İnsan üçün nadanlığın ziyanı,
cüzamın onun bədəninə vurduğu ziyandan daha çoxdur.”


Geri dön

Repery

  • 9 noyabr 2011 13:52
  • Məqalə: 196
  • Şərh: 1506
  • Bal:
ALLAH RAZI OLSUN.

--------------------

Van_Helsing

  • 7 noyabr 2011 00:28
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
Allah razi olsun

KAYBOLAN YILLAR

  • 6 noyabr 2011 16:55
  • Məqalə: 14
  • Şərh: 1120
  • Bal:
{awards}
IANAN MEN HEDIS 700 NDE OXUMUW VALLAH KOZEL KELAMLARDI TEWEKKURLER

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

BadZero

  • 6 noyabr 2011 14:24
  • Məqalə: 178
  • Şərh: 2522
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

.::BaBy_FaCe_WiSe::.

  • 6 noyabr 2011 14:15
  • Məqalə: 180
  • Şərh: 1215
  • Bal:
{awards}
Hədis 114:
Həzrət Əli (ə) buyurur: “Yalan dünyada rüsvayçılıq, axirətdə isə əzabdır.”


twkler oxduum smile

--------------------

girl...

  • 6 noyabr 2011 14:09
  • Məqalə: 0
  • Şərh: 109
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

Gunel

  • 6 noyabr 2011 13:59
  • Məqalə: 0
  • Şərh: 437
  • Bal:
{awards}

آلله أكـــبـــر آلله أكـــبـــر آلله أكـــبـــر
لآ إلآ إلآ آلله
آلله أكـــبـــر آلله أكـــبـــر

--------------------
"Düşüncə və ağıl bizə ən doğru yolu tapmaq üçün deyil, ən doğru yolu göstərəni tapmaq üçün verilib"

Zaurcik2011

  • 6 noyabr 2011 12:53
  • Məqalə: 77
  • Şərh: 1776
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

FLY TIME

  • 6 noyabr 2011 11:37
  • Məqalə: 51
  • Şərh: 2087
  • Bal:
{awards}
ilk serh ilk tewekkur menden twklar

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 43
Cəmi: 65

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 7
Cəmi: 18
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 4
Cəmi: 671
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}