Bürclərə görə ayrılıq

 
Bürclərə görə ayrılıq

Qoç
Tərk edilən Qoç ən qısa müddət içində özünə başqasını tapacaq... Bu sizi üzməsin... Onun quruluşu belədir... Əgər əlaqəni siz bitirsəniz Qoç dərhal ən şirin rəftarını ortaya qoyacaq... Məqsədi sizi yenidən əldə edib edə bilməyəcəyini görməkdir...
Qoç ovlanmağı sevər... Amma əlaqə bitdiyində yeni bir zəfərə doğru yola çıxar... Onun yeni birini tapmaqda tələsik davrandığını düşünüb əslində sizi sevməmiş olduğunu zənn edə bilərsiniz... Amma bu səhvdir... Sizi sevmişdir...Ancaq Qoç üçün bir əlaqə bitincə bitər... Keçmişə ilişmənin mənası yoxdur... İndi yeni kəslərlə tanış olma zamanıdır...

Buğa
Əsla imtina etməz... Sevdiyi kəsləri öz malı kimi düşünər... Əgər tərk edən sizsinizsə bütün ünsiyyət bağlarını qopardığınıza əmin olun və əsla yenidən birləşmə ümidi verməyin... Ayrılıq sonrası dost qala bilməyəcəyiniz bir bürcdür...
Buğalar ikinci bir şans ümidiylə illərcə gözləyə bilər... Səbirlidirlər və arzuladıqları şeylərə bağlılıqları çox dərindir... Köhnə sevgiliniz hələ sizə aşiqsə başqa kimsəylə çıxmayacaq... Buna görə ya qəti ayrıldığınızı anlamasını təmin edin ya da sizinlə əlaqədar planlarından imtina etməyən Buğaya dözün...

Əkizlər
Tərk edilən Əkizlər həyatına davam edər, amma sizinlə əlaqədar duyğularında zaman zaman qabarma-çəkilmələr yaşayar... Sizə dost qalmağı təklif edib sonra soyuq belə davrana bilər...
Ona dəyər vermədiyinizi hiss etsə haqqınızda kiçik bir dedi-qodu başlada bilər... Qəti olan budur ki,hər kəs ayrıldığınızı eşidəcək... Bunu ilk izah edən o olacaq... Əkizlər ayrıldıqdan sonra özünü ən sürətli yığışdıran bürcdür... Eşqdə hava olduğu üçün ən qısa müddət içində yeni birini tapacaq...

Xərçəng
Bax bu fəlakət deməkdir... Əgər xərçəng həqiqətən sevdisə vəziyyəti qəbul etməz... Gözyaşları sel olub axarkən otağında oturub şəkilinizə baxar, məktublarınızı yenidən oxuyar... Falçılara gedib yenidən bir araya gəlib gələ bilməyəcəyinizi öyrənməyə çalışar...
Xarici görünüşü sakit və soyuqqanlı olsa belə içdən yıxılmışdır... Səssiz telefonlar dinləməyə başlayarsınız... Bir ay sonra vəziyyəti qəbul edər... Tərk edilən bir Xərçəngin nə qədər müddətlə acı çəkəcəyi müəyyən olmaz... Bəzisi bir ay davam edər... Bəzisi üçünsə bir ay sonrakı ruh əkizinə rast gəlincə bitər...

Şir
Bir müddət qaşqabağını tökər, amma bir neçə həftə sonra yeni birini axtarışa çıxar... Duyğularını açıqca ortaya sərdiyi üçün bir az acı çəkər... Amma diqqətini çəkən birini tapdığında hər şey dəyişər... Başı buludlarda gəzməyə başlayar və varlığınızı unudar... Tərk edilən Şir acı çəkirmiş kimi davranmaz... Kimsə onun pis vəziyyətdə olduğunu düşünməməlidir... Güclü bir eqosu və qorunması lazım olan bir imici vardır... Möhtərəmliyini qorumaq və ətrafında buraxdığı təəssürat əhəmiyyətlidir... Buna görə tərk edənin özü olduğunu belə söyləyə bilər...

Qız
Tərk edilən Qız əlaqədə nəyin səhv getdiyini hərtərəfli analiz edəcək... Ayrılıq ona özünü pis hiss etdirər, amma soyuqqanlı davranar... Obyektivdir... Əlaqənin niyə getmədiyinə dair məntiqli səbəblər axtarar...Bu ona özünü yaxşı hiss etdirər... Günahın sizdə olduğuna özünü razı salar...

Tərəzi
Tərk edilən Tərəzi təxminən bir həftə boyunca ağlayar və qaşqabağını tökər... Sonra azad biri olduğunu hər kəsə xəbər verər... Bir əlaqə bitdiyində yeni birini tapması uzun sürməz... Tək qalmaqdan nifrət edər... Qaldı ki böyük ehtimalla hazırda gözləyən bir potensial sevgilisi vardır... Tərk edilən Tərəzi üçün narahatlanmayın... Hər səfərində dörd ayağı üstünə düşər...

Əqrəb
Əgər ondan xilas olmaq istəyirsinizsə ayrılmağa özünün qərar verdiyini düşünməsini təmin edin... Əlaqədən yavaş yavaş uzaqlaşın... Əgər yaralansa intiqam almağı seçə bilər... Hamısı bu şəkildə davranmaz... Amma mütləq ağıllarından keçər... Əgər sizi geri qazanmaq istəsə heç bir şey buna maneə ola bilməz... Hər növ taktikanı tətbiq etməkdən çəkinməz... Ayrılacaqsınızsa bunu istədiyinizə əmin olmalısınız... Çünki Əqrəb bir dəfə ürəyini bağladımı bir daha girmənizə icazə verməz, qapını sonsuza qədər möhürləyər...

Oxatan
Tərk edilən Oxatan qısa müddət içində yeni birini tapacaq... "Olan olduqdan sonra ağlamanın faydası yox" deyə düşünər... Optimistdir... Kainatın çox yaxında ona yeni birini göndərəcəyini bilər ya da eşqbazlıq etməkdə olduğu biriylə çıxmağa başlayar... Onun həyatında keçmişdən qalan və özünə ikinci bir fürsət verilməsini gözləyən biri daim vardır... Özü istəmədikcə uzun müddət tək qalmaz...

Oğlaq
Hər şey yolundaymış kimi davranacaq... Sakit görünüşünün altında çox kədərlənəcək ,amma romantik yanını sizə göstərməyəcəkdir... Eşq mövzusunda tədbirlidir... Buna görə dərhal yeni bir əlaqəyə girməsini gözləməyin... Ürəyini təmir etməsi zaman alar... Ayrılığa məntiq baxımından baxacaq... Amma tək başınaykən bir neçə damla gözyaşı tökə bilər...

Dolça
Ətrafında əhvalını yüksəltəcək bir çox yoldaşı vardır... Onun həftələrcə kədərlənməsini gözləməyin... Çünki Dolça da "Olan olduqdan sonra ağlamanın faydası yox" deyə düşünər... Sizinlə ən başından dərin romantik əlaqəyə girmədiyi üçün haqlı olduğunu düşünər... Yeni bir sevgili tapmağın da zamanı gələcəkdir, amma indi dostlarıyla birlikdə olmanın dadını çıxarma zamanıdır...

Balıq
Həftələrcə ağlayacaq... Onunla vidalaşdıqdan sonra oradan sadəcə qaçın... Balıq nə səhv etdiyini və niyə əlaqənizi sona çatdırdığınızı soruşacaq... Detalları öyrənmək istəyər... Məktub yazacaq və sizi təkrar qazanmaq üçün araya dostlarını soxacaq... Ona belə bir ehtimalın olmadığını qəti olaraq bildirmək ən yaxşısıdır... Əks halda arxanızdan ayrılmaz... Bu romantik pəri nağılının bitdiyini qavrayınca bir başqa nağıla yönələcək...


Geri dön

BadZero

  • 9 noyabr 2011 22:31
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
Əkizlər
Tərk edilən Əkizlər həyatına davam edər, amma sizinlə əlaqədar duyğularında zaman zaman qabarma-çəkilmələr yaşayar... Sizə dost qalmağı təklif edib sonra soyuq belə davrana bilər...
Ona dəyər vermədiyinizi hiss etsə haqqınızda kiçik bir dedi-qodu başlada bilər... Qəti olan budur ki,hər kəs ayrıldığınızı eşidəcək... Bunu ilk izah edən o olacaq... Əkizlər ayrıldıqdan sonra özünü ən sürətli yığışdıran bürcdür... Eşqdə hava olduğu üçün ən qısa müddət içində yeni birini tapacaq...

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

_RONALDO_

  • 9 mart 2011 20:08
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
xebere gore tewekkurler

--------------------

Inciciceyi

  • 9 mart 2011 11:14
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Tewekkurler maraqlidi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

nilayka

  • 13 fevral 2011 00:54
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
dolca maraqlidir twk

--------------------

Maya

  • 27 yanvar 2011 17:39
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
[color=#3366FF]Balıq
Həftələrcə ağlayacaq... Onunla vidalaşdıqdan sonra oradan sadəcə qaçın... Balıq nə səhv etdiyini və niyə əlaqənizi sona çatdırdığınızı soruşacaq... Detalları öyrənmək istəyər... Məktub yazacaq və sizi təkrar qazanmaq üçün araya dostlarını soxacaq... Ona belə bir ehtimalın olmadığını qəti olaraq bildirmək ən yaxşısıdır... Əks halda arxanızdan ayrılmaz... Bu romantik pəri nağılının bitdiyini qavrayınca bir başqa nağıla yönələcək...

Cox gozel yazilib. amma inanmiram,bele bow bow weylere. Tewekurler
[/center]

only-girl

  • 4 yanvar 2011 17:41
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
Təşəkkür

--------------------

badthing

  • 18 oktyabr 2010 16:19
  • Məqalə: 0
  • Şərh: 7
  • Bal:
{awards}
hmmm inandirici deyil mence

LOVE IS DEAD

  • 6 oktyabr 2010 22:46
  • Məqalə: 0
  • Şərh: 1374
  • Bal:
{awards}

Dolça
Ətrafında əhvalını yüksəltəcək bir çox yoldaşı vardır... Onun həftələrcə kədərlənməsini gözləməyin... Çünki Dolça da "Olan olduqdan sonra ağlamanın faydası yox" deyə düşünər... Sizinlə ən başından dərin romantik əlaqəyə girmədiyi üçün haqlı olduğunu düşünər... Yeni bir sevgili tapmağın da zamanı gələcəkdir, amma indi dostlarıyla birlikdə olmanın dadını çıxarma zamanıdır...


teshekkurler

--------------------
Он игрок, ты -- мишень, и любовь, как тир...
Он обещал тебе в подарок целый мир.
Но сказки о принце на белом коне всего лишь миф.

Azeri_Gozeli

  • 6 oktyabr 2010 22:43
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
[b]coox sag ol ianmasamda oz burcumu oxudum[/b]

--------------------

Afran007

  • 6 oktyabr 2010 22:18
  • Məqalə: 8
  • Şərh: 354
  • Bal:
{awards}
inanmirm twkr

Grace_Angel

  • 6 oktyabr 2010 21:29
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler melumata gore...maraqlidir....

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 41
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}