Qorxu filmi şablonları

 
Qorxu filmi şablonları

Qorxu filmləri kinonun ən çox maraq görən növlərindən biridir. Çox maraq çox filmi, çox film də çoxlu şablonu özü ilə gətirir. İzlədiyiniz filmlər fərqlidir, amma hadisələr bənzərlik göstərir:

Qurbanların mobil telefonları lazım olduğu anda ya şəbəkə olmur ya da enerjisi bitir!

Qurban qatildən qaçarkən avtomobilə minir. Amma nədənsə maşın heç cür işə düşmür! Ya da son anda işləyir, amma iş-işdən keçmişdir.

Qatil qurbanı heç qovmasa da, qurban bacarıqsızlığından hər zaman ölür!

Qurbanlarda gərəksiz və mənasız bir maraq vardır. O maraq nəticəsində mütləq ölürlər.

Qatil qəti şəkildə ilk dəfədən ölməz. Nə qədər yaralansa da ayağa qalxacaq gücü özündə tapır!

"Yaxşı adam" eşşək sudan gələnə qədər döyülür, amma necəsə "pis adamı" döyər!

Qurban, qatildən ya da canavardan qaçarkən mütləq bir neçə dəfə ilişib yıxılır.

Qatil, qurbana doğru silahını uzatmışdır, öldürmək üçün tətiyi çəkməsi yetər, amma nədənsə danışmağa başlayırlar və qurban xilas olur!

Filmin başındakı narın qəşəng qız filmin sonunda necə olursa pələng qədər güclüdür!

Ehtiyac olduğunda ya polis heç gəlməz ya da iş-işdən keçdikdən sonra ortaya çıxar.

Ehtiyac olmadığı halda ortaya çıxan polislər mütləq ya ölər ya da yaralanarlar.

Qatilin ortaya çıxacağı səhnə, musiqilərdən çox rahat aydın ola bilər.

Pis bir şeylər olacağı zaman, işıq ya tamamilə sönür ya da yanıb-sönür.

Qurban qatildən qaçarkən qaranlıq bir yerə girir və birdən çiyininə bir əl toxunur. Qorxudan az qala dilinu udur, amma həmişə o əlin sahibi dostu çıxır!

Ən lazımlı yerdə ya əl fənərinin batareyası bitir, ya bir külək şamı söndürər ya da məşəl suya düşər!

Qurbanlar nədənsə hər zamanki yollarından deyil də kəsə getməyə çalışırlar və başlarına gəlməyən qalmaz.

Filmdə bir adam qrupdan bir neçə dəqiqəliyinə belə olsa ayrılsa mütləq ölür.

Duşda aynaya baxan qurban gözünü bir neçə saniyəliyinə başqa yerə çevirib təkrar aynaya baxdığında qatil arxasındadır!

Qurbanlar normalda girilməməsi lazım olan, bəzilərinin onları rahatca öldürə biləcəyi gizli, səssiz yerlərə girərlər və bunu ümumiyyətlə kimsəni çağırmadan tək başlarına edərlər!

Qatil birini öldürməklə məşğulkən bunu izləyən digər qurbanlar bu vəziyyətdən faydalanıb qatili öldürmək ya da təsirsiz hala gətirmək yerinə dərhal qaçırlar.

Zombilər nə qədər yavaş hərəkət etsələr də hər zaman tazı kimi qaçan insanları tutar və öldürərlər.

Ümumiyyətlə qaranlıq bir yerdə irəliləyən insan qorxularını məğlub etmək üçün öz-özünə yüksək səslə mahnı oxuyar ki, qatil yerini daha rahat tapsın!

Əsgərlərin, polislərin, xüsusi dəstələrin öldürə bilmədiyi qatilləri, canavarları ümumiyyətlə daha əvvəl əlinə silah götürməmiş qorxaq tiplər rahatlıqla öldürür.

Bir qrup gənc düşərgəyə gedirlərsə tək-tək öldürülürlər, ta ki içlərindən biri qatili öldürənə qədər...

Qurban səssizcə qaçma imkanı varkən, nədənsə səs-küy çıxararaq qaçmağa çalışır.

Qatil, hər zaman qurbanın arxasındadır.

Əgər bir qapı açılırsa mütləq cırıldayır.

Filmdə əsas oğlan ya da qız deyilsinizsə mütləq ölərsiniz


Geri dön

castle_walls

  • 6 noyabr 2011 22:25
  • Məqalə: 0
  • Şərh: 581
  • Bal:
xosum gelir qorxu filmlerinnen..

--------------------
Bu gunler bizim omrumuzden kecher
Menim son umidim achilan seher
Senin ellerin,menim elimden
Ayrilarag qovushar ebedi goylere..

V_I_P

  • 6 noyabr 2011 20:47
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
lezet edir de mene qorxulu filimler. twk

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

★Azerbaijan girl★

  • 6 noyabr 2011 19:46
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
tsklerrrrrrrrrrrrrrrrrrr

KAYBOLAN YILLAR

  • 6 noyabr 2011 18:28
  • Məqalə: 14
  • Şərh: 1140
  • Bal:
{awards}
NEINKI PIS GEREK HECKIMI DOYMUYESEN CUNKI HAMMIAZ ALLAH BENDESIYIK TEWEKKUR

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

FLY TIME

  • 6 noyabr 2011 18:19
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
xebere gore twk

BadZero

  • 6 noyabr 2011 18:13
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
"Yaxşı adam" eşşək sudan gələnə qədər döyülür, amma necəsə "pis adamı" döyər! wink

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 39
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}