Sən bitdin mənim üçün

 
Sən bitdin mənim üçün

Özümü bilmədiyim bir sona hazırlayıram. Bütün məşğuliyyətlərim səylərim bunun üçündü. Qorxuram.. Nədən qorxduğumu belə bilmədən, Ürkürəm. Həsrət çəkirəm neyə həsrət olduğumu belə bilmədən, Darıxıram. Və yaşayıram nə üçün yaşadığımı belə bilmədən!! Belə bir həyatdı mənimki də.. tək başına bütün ümidlərdən xoşbəxtliklərdən uzaq. Davamlı olaraq bir şeylərdən qaçırmış kimi.. hiss etmədiyim duyğular adına səy göstərirəm. Hər kəsi hər şeyi geridə buraxaraq arxama dönüb uzaqlaşmaq istəyirəm tək və çarəsiz… bezdim artıq özümlə mübarizəmdən. Bezdim!!

sənsiz keçən illərim vardı, heç bir şey ağrıda bilməmişdi məni bu cür. Yenə tək yenə ümidsiz və yenə çarəsizdim mən. Əskik idin amma kim idin ki sən. Əhəmiyyətsiz hesab edirdim hətta. Kim olduğunu bilmədiyim halda qaçırdım səndən. Yasamadan anlamaq belə çətinmiş məgər.. və sən qarşıma çıxdın yenidən. İlk günlərdə xoşbəxt idim mən də. Xoşbəxtəm deyirdim hər qarşıma çıxana o qədər vaxtdan sonra mən də xoşbəxtəm. Hər kəsə, hər şeyə, bütün yaşanmışlara baxmayaraq xoşbəxt idim. Yavaş yavaş anladım sənin üçün heç bir şey ifadə etmədiyimi..

Və başlamalı idi artıq mübarizəm. Nə qədər çətin olsa da səndən imtina etməliydim. Gecələr səhərədək günlərlə ağladım amma bacara bilmədim səndən bir addım belə uzaqlaşa bilmədim. Və həmişə bir gün sənin başqasına aşiq olacağından qorxaraq yaşadım. Həmişə bu sondan qaçdım. Və gördüm ən sonda. Sən başqasına aşiq idin. Mən sənə sən ona.. həyat deyilmi? Hər insana başqa üzünü göstərir. Bu andan sonra bitməli idin mənim üçün uzaqlaşmalıydım səndən çıxmalı idin həyatımdan. Gözlərinə baxdıqca daha çox ağrıyırdı içim. Səndən nifrət edirəm deyə qışqırmaq istəyirdim gözlərinə baxaraq.. sonra da saatlarla çiyinində hıçqıra hıçqıra ağlamaq. Davamlı düşündüm məni sənə çəkən nədir deyə. Heç bir şey tapa bilmədim bəlkə də buna görə bu qədər çox sevirdim səni. Və gözyaşlarımla bəzədiyim bu yazım sənin üçün idi.

Artıq bacardım sən bitdin mənim üçün. BİTDİN!!


Geri dön

Dusha_Moya))

  • 7 noyabr 2011 18:32
  • Məqalə: 0
  • Şərh: 453
  • Bal:
Mənimçün bitdinmi?? hələ də buna tam əminliklə hə cavabını verməkdə acizəm..axı özüm özümü aldada bimirəm, aldada bilmərəm, buna haqqım da yoxdu..amma bitişinin vaxtı çoxdan gəlib də, keçib də.. recourse

Prank girl

  • 7 noyabr 2011 13:46
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
mənim üçün də biri dünən belə bitdi

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

KAYBOLAN YILLAR

  • 7 noyabr 2011 01:01
  • Məqalə: 14
  • Şərh: 1120
  • Bal:
{awards}
INANIN HEYRAN OLURAM BELE XEBERE TEWEKKURLER

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

BadZero

  • 6 noyabr 2011 21:14
  • Məqalə: 178
  • Şərh: 2522
  • Bal:
{awards}
Hmmm, recourse

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

ELIF

  • 6 noyabr 2011 21:05
  • Məqalə: 0
  • Şərh: 340
  • Bal:
{awards}
Yox gitme, istemirem hey sey bitsin, istemirem.

--------------------
Alemlerin rebbi uca Allaha sonsuz sukurler olsun

V_I_P

  • 6 noyabr 2011 20:55
  • Məqalə: 3
  • Şərh: 1937
  • Bal:
{awards}
maraqlidir. twk

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

.::BaBy_FaCe_WiSe::.

  • 6 noyabr 2011 20:54
  • Məqalə: 180
  • Şərh: 1215
  • Bal:
{awards}
Artıq bacardım sən bitdin mənim üçün. BİTDİN!!

beli bitdin! wink

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 42
Cəmi: 57

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 628
 
MiSS HaPPy)
Xəbərləri: 38
Cəmi: 69
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 34
Cəmi: 48
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 141
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}