Yalan

 
Yalan

Yalan danışmaq

Sual: Yalan danışmanın dinimizdəki yeri nədir?
Cavab: Yalan, günahların ən çirkini, ayıbların ən pisi,
ürəkləri qaraldan bütün pisliklərin başıdır.
Hədisi şəriflərdə buyuruldu ki:
- Yalan, ruzini azaldar.
(Əbuşşeyh, İsfəhani)

- Yalan, nifaq qapılarından biridir.
(İbni Adiy)

- İman sahibi, hər səhvə düşə bilər. Lakin, xainlik edə bilməz və yalan söyləyə bilməz.
(İbni Əbi Şeybe, Bezzar)

- Doğru olun, düzgünlük yaxşılığa, yaxşılıq isə, Cənnətə çəkər.
Yalandan çəkinin, yalan fücura, fücur isə Cəhənnəmə aparar.
(Buxari)

- Sözlə çıxarılan fitnə, qılıncla çıxarılan fitnə kimidir.
Yalan danışmaq, böhtan atmaq ilə çıxarılan fitnə, qılıncla çıxarılan fitnədən də pisdir.
(İbni Macə)

Yalan

- Bazarçıların çoxu facirdir! Çox and içərək günaha girərlər və yalan danışaraq alış-veriş edərlər.
(Hakim)

- Aldadan Cəhənnəmdədir.
(Taberani)

- Peyğəmbər əfəndimiz, yalan danışanın ağzının bir tərəfdən qulağına qədər
dəmir çəngəllə cırılacağını, digər tərəfə keçildiyində, əvvəlki cırılan tərəfin
yaxşı olacağını, sonra yaxşı olan tərəfin təkrar cırılaraq bu şəkildə
qiyamətə qədər, qəbirində əzabın davam edəcəyini bildirmişdir.
(Buxari)

Bir kimsə, Peyğəmbər əfəndimizə dedi ki:
- Buraxa bilmədiyim üç günaha tutuldum. Bunlar, zina, yalan və içkidir.
Peyğəmbər əfəndimiz də buyurdu ki:
- Yalanı mənim üçün tərk et!
Adam, yaxşı deyərək getdi. Bir günahı işləyəcəyi zaman,
(Əgər bu günahı etsəm, Rəsulullah soruşduğunda, bəli desəm günahım
meydana çıxar. Xeyr desəm, yalan danışaraq verdiyim sözə əməl
etməmiş olaram) deyə düşündü. Digər iki günahdan da imtina etdi.
(Şir’a)

Yalan

Böyüklər buyurur ki:
- Oğlum, yalandan çəkin, o sərçə əti kimi şirindir.
Ondan çox az insan xilas olar.
(Loğman Hakim)

- Allah bəndində ən böyük səhv, yalan danışmaqdır.
(Həzrəti Əli)

- Yalançı ilə xəsis Cəhənnəmə girər. Lakin, hansı daha dərinə atılar, bilməm.
(Şabi)

- Doğru ilə yalan, biri digərini çıxarana qədər ürəkdə boğuşar.
(Malik bin Dinar)

- İçi xaricinə, sözü işinə uyğun gəlməmək, nifahdandır. Nifaqın təməli isə yalandır.
(Həsəni Bəsri)


Geri dön

Dusha_Moya))

  • 7 noyabr 2011 17:38
  • Məqalə: 0
  • Şərh: 464
  • Bal:
Onun yalanları mənim həyatımı məhv etdi..yalan adı gələn kimi yaşadıqlarımı xatırlayıram..çox çəkmişəm yalandan..Allah yalan danışanları islah etsin..Amin..Allah razı olsun sizdən də..Tşkr..

KAYBOLAN YILLAR

  • 7 noyabr 2011 17:23
  • Məqalə: 14
  • Şərh: 1140
  • Bal:
{awards}
ALLAH EN ACIQ GEDEN ELAMETLERDEN BIRDE YALANDI

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

V_I_P

  • 7 noyabr 2011 14:18
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
tewekurler.

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

Els007

  • 7 noyabr 2011 13:50
  • Məqalə: 227
  • Şərh: 532
  • Bal:
{awards}
maraqlidi twk fellow

BadZero

  • 7 noyabr 2011 13:14
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Yalançı ilə xəsis Cəhənnəmə girər. Lakin, hansı daha dərinə atılar, bilməm.

hmmm, təşəkkürlər ALLAH razı olsun

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

_TUNAR_MAMEDOV_

  • 7 noyabr 2011 11:58
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
- Allah bəndində ən böyük səhv, yalan danışmaqdır.
(Həzrəti Əli)
cooox sag olun,,teshekkurler

--------------------

Ku-ku

  • 7 noyabr 2011 11:13
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
- Yalan, nifaq qapılarından biridir.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 45
Cəmi: 60

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}