Namaz , Quran və Hədislərdə

 
Namaz , Quran və Hədislərdə

«(Ya Peyğəmbər!) Qurandan sənə vəhy olunanı oxu və (lazımınca) namazı qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək (Allahın cəlalını və əzmətini həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, (savab etibarilə bütün başqa ibadətlərdən) daha böyükdür. Allah etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi) bilir!»

Cəhənnəm əhlindən soruşarlar: «Sizi Cəhənnəmə salan nədir? Onlar deyəcəklər: Biz (dünyada) namaz qılanlardan deyildlk.».
Elə buna görə də namaz dinin sutununa çevrilmişdir ki, o, qəbul olunsa, insanın digər əməlləri də dəbul olunar, əks təqdirdə, sair əməlləri də rədd edilər.

Hədislər:
1-Bir gün həzrət Peyğəmbər (s) müsəlmanlara buyurdu:
«Qapınızın kənarından (təmiz) su arxı axarsa və siz də həmən suda hər gün beş dəfə yuyunsanız, bədəninizdə olan çirkin yuyulub paklaşmasından sevinərsinizmi?!»
Müsəlmanlar dedilər: Bəli, ey Allahın elçisi!
Həzrət Peyğəmbər (s) buyurdu: «Gündəlik beş vaxt namaz da belədir.
Hər gün Allah qarşısında xalis niyyətlə dayanaraq, qıldığımız namazlar da bizim ruhumuzu, nəfs və ağlımızı beləcə saflaşdırır.»

2-Həzrət Əmirəl-möminin Əli (ə) buyurmuşdur:
«Namaza əhəmiyyət verib, onu qoruyun və çoxlu namaz qılıb onun vasitəsi ilə Allaha yaxınlaşın. Çünki namaz Allah-taala tərəfindən müəyyən vaxtlarda möminlərə vacib olmuşdur.
Cəhənnəm əhlinin verəcəyi cavab həqqında eşitməmisinizmi?! Onlardan soruşarlar- hansı əməl sizi Cəhənnəmə gətirdi? Deyərlər: Biz dünyada namaz qılanlardan deyildik.
Namaz, gunahları ağac yarpaqları kimi yerə tökür.»
Gördüyünüz kimi həzrət Peyğəmbər (s) namazı insanın qapısı kənarından axan (təmiz) su arxına bənzətmişdir ki, insan hər gün beş dəfə o suda yuyunduqda, bədənində heç bir çirk qalmadığı kimi, beş vaxt qıldığı namaz da onun günahlarını aradan aparır.
Namazın əhəmiyyətini elə şəxslər dərk edərlər ki, onların gözlərini dünya malının zinəti, övlad, mal və digər şeylər örtməmişdir.

Allah-taala müqəddəs Quranda buyurur:
«O kəslər ki, ticarət, və alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz…»

Allah-taala müqəddəs Quranda həzrət Peyğəmbərə (s) belə göstəriş verir:
«Əhlinə (Əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbrlə davam et…»

Beləliklə də o həzrət (s) ailəsinə namaz qılmağı göstəriş verir və özü də namaz qılmaqda səbirli olurdu.
Həyatda günahsız insan tapmaq çox çətindir. Çalışmalıyıq ki, heç bir vaxt günah etməyək və əgər günah etmişiksə də, öz bağışlayan və mərhəmətli Rəbbimizdən onları əfv etməsini diləyək və namaz qılmaqla onları aradan aparıb, ruh və nəfsimizi saflaşdıraq.


Geri dön

B_A_H_A_R

  • 13 noyabr 2011 12:14
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
xebere gore minnetdaram.kas mende namaza baslaya bilsem

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

Repery

  • 9 noyabr 2011 13:35
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

mikmik

  • 7 noyabr 2011 23:21
  • Məqalə: 0
  • Şərh: 39
  • Bal:
{awards}
allah razi olsun.muselman baci ve qardaslarima salam olsun !!

--------------------
Allah Təkdir !

_TUNAR_MAMEDOV_

  • 7 noyabr 2011 19:52
  • Məqalə: 673
  • Şərh: 4820
  • Bal:
{awards}
cooox sag olun her biriniz


KAYBOLAN YILLAR,sizinle bahem INSHALLAH...

--------------------

KAYBOLAN YILLAR

  • 7 noyabr 2011 17:11
  • Məqalə: 14
  • Şərh: 1140
  • Bal:
{awards}
INWALLAH BU XEBERI VEREN ALLAH OZU KOMEK OLACAK AMIN

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

Dusha_Moya))

  • 7 noyabr 2011 16:42
  • Məqalə: 0
  • Şərh: 464
  • Bal:
{awards}
Allah razı olsun..Amin..

gulnihal

  • 7 noyabr 2011 16:37
  • Məqalə: 0
  • Şərh: 196
  • Bal:
{awards}
Allah razi olsun xebere gore tesekkur.

V_I_P

  • 7 noyabr 2011 14:46
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
tewekurler.

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

BadZero

  • 7 noyabr 2011 14:34
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Təşəkkür..

Şəxsən tanıdığım insanlar var, namaz qılırlar, amma vaxtlı-vaxtında yox, istədiyi vaxtda...
Şəxsən tanıdığım insanlar var, namaz qılırlar, amma gündə 5 dəfə yox, 3 dəfə...
Şəxsən tanıdığım insanlar var, namaz qılırlar, amma tez-bazar, heç namaz 3 dəq çəkmir...
Şəxsən tanıdığım insanlar var, namaz qılırlar, amma falçı yanına gedirlər, falçıya Allahdan daha çox inanırlar...

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 39
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}