Mübariz İbrahimovun cəsədi qaytarılacaq

 
Mübariz İbrahimovun cəsədi qaytarılacaq

Xəbər verildiyi kimi, bütün ermənilərin katolikosu II Qareginlə Ermənistan prezidenti Serj Sarkisyan arasında baş tutmuş görüşün yekunları barədə Rusiya patriarxına məlumat verilib. Eçmiədzin kilsəsinin yaydığı məlumatda deyilir ki, erməni tərəfi azərbaycanlı əsir və hərbçilərin meyitlərini qaytarmağa hazırdır.

Məlumatda həmçinin deyilir ki, əgər Azərbaycan da problemin həllində beynəlxalq humanitar hüququn tələblərinə sadiq qalıb birgə əməkdaşlığa hazır olsa, Ermənistan tərəfi bu məsələni müzakirə edə bilər.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə “Bizim Yol” qəzetinə bildirib ki, ermənilər nə vaxtsa bu məsələni qaldırmayıblar: “Azərbaycan tərəfi isə dəfələrlə əsir əsgərlərimizin qaytarılması məsələsini gündəmə gətirib. Biz erməni əsirləri qaytarmağa hazırıq. Lakin erməni əsgərləri geri qayıtmaq istəmirlər. Onlar özlərindən əvvəlki əsir əsgərlərlə pis davrandığını əsas gətirərək onları da eyni taleyin gözləyəcəyindən ehtiyat edirlər. Üstəlik indiyədək rəsmi İrəvan Azərbaycan tərəfdə olan əsirləri barədə narahatlığını ifadə etməyib”.
Srağagün isə müdafiə naziri general-polkovnik Səfər Əbiyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatların rəhbəri Paskal Mej Vaqneri qəbul edib. Müdafiə Nazirliyi mətbuat xidmətindən “Media forum” saytına verilən məlumata görə, Səfər Əbiyev bildirib ki, Qırmızı Xaç Komitəsinin indiki zamanda fəaliyyətini daha da gücləndirməsinə və öz missiyasına uyğun olaraq müharibə qurbanlarının vəziyyəti ilə daha yaxından məşğul olmasına böyük ehtiyac yaranıb. Görüş zamanı əsirlərin qaytarılması məsələsi də müzakirə olunub. Səfər Əbiyev iki Azərbaycan hərbçisinin meyitinin geri alınması üzərində xüsusilə dayanıb.
Məsələ ilə əlaqədar hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov`un da mövqeyini öyrəndik. Ekspert bildirdi ki, Ermənistan tərəf qorxduğu üçün bu addımı atıb: “Ermənistan tərəf özünü çox ağıllı göstərmək istəyir. Bilirsiniz ki, Milli Qəhrəmanımız Mübariz İbrahimovun cəsədi bir neçə aydır ki, onlardadır. Fərid Əhmədovun meyiti isə bu yaxınlarda onların əlinə keçib. Mübarizdən fərqli olaraq Fəridin cəsədinə onlar o qədər də toxunmayıblar. Ermənistan tərəf kişiliyə yaraşmayan hərəkətlər etdiyindən vaxt udmağa çalışırdı. Yaxın günlərdə cəsədlərin qaytarılması məsələsi həll olunacaq. Mən ona təəssüflənirəm ki, bu günlərdə Ermənistanda olan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da ağzına su alıb və bu haqda bir kəlmə də danışmayıb”.
Ü.Cəfərova görə Ermənistan indi də Azərbaycana əsir düşən Sarbekyanı xilas etməyə çalışır: “Çünki Sarbekyan Ermənistanla bağlı çox məsələləri danışacaq. Ermənistan istəmir ki, onların paxırları dünya ictimaiyyətinə açıqlansın. Ermənistanın Müdafiə Naziri Seyran Ohanyan da məsələnin ciddiliyini başa düşür. Onlar məhz buna görə belə bir addım atmaq istəyirlər”.
Xatırladaq ki, Ermənistan tərəfində 2 əsir, 1 girov və 2 meyitimiz var. Azərbaycan tərəfində isə 6 erməni əsgəri və 5 mülki şəxs var.


Geri dön

nilayka

  • 7 may 2011 18:24
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
tesekkurler ,

--------------------

_RONALDO_

  • 9 mart 2011 20:08
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
xebere gore tewekkurler

--------------------

Ulya

  • 8 oktyabr 2010 21:05
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox ssagol xebere gore

Grace_Angel

  • 7 oktyabr 2010 15:24
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler xebere gore baciw.....ALLAH REHMET ELESIN....!!!

--------------------

Azeri_Gozeli

  • 7 oktyabr 2010 14:29
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah rehmet elsin xebere gore cox sag ol

--------------------

Dj_Tural

  • 7 oktyabr 2010 03:00
  • Məqalə: 852
  • Şərh: 1606
  • Bal:
{awards}
tewekkurler bilirdim

--------------------
Usaq Musaq Dostluq Gondermesin.Bezmisem Redd Elemekden..

FERID

  • 7 oktyabr 2010 02:09
  • Məqalə: 77
  • Şərh: 327
  • Bal:
{awards}
NOLSUNE QAYTARSINLARDA ONSUZDA MUBARIZ QELBIMIZIN MUBARIZIDI:) ALLAH REHMET ELASIN

--------------------

MiYasKa KrEoZi

  • 7 oktyabr 2010 01:31
  • Məqalə: 35
  • Şərh: 699
  • Bal:
{awards}
TeshEkkuRLer xebERe goRe..

--------------------

Afran007

  • 7 oktyabr 2010 01:17
  • Məqalə: 8
  • Şərh: 354
  • Bal:
{awards}
Bilirdim yenede twkrler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 39
Cəmi: 73

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 505
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♔Hе важно∞
Xəbərləri: 17
Cəmi: 62
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}