Qurbanlıq İsmayıl

 
Qurbanlıq İsmayıl

İbrahim əziz övladını unutmamışdı. O, arabir oğlunu görməyə gedir, bu görüşdən rahatlıq tapırdı. Halını soruşduqca gücünün üstünə güc gəlirdi. Bir müddət belə keçdi və İsmayıl güclü, qoçaq bir cavan oldu. Bu zaman İbrahim yuxuda gördu ki, Tanrı ona buyurur: “Yeganə övladının başını öz əlinlə kəs”.

Qurbanlıq İsmayıl

İbrahim bilirdi ki, peyğəmbərlərin yuxusu gerçəkdir. Sınaq ardınca sınaq! Ruzigarla çarpışması, zamanın qorxunc hadisələri ilə əlləşib-vuruşmuş, ayların, illərin gedişi ilə sərv boyu əyilmiş qoca uzun müddət övlad ümidi ilə həyat sürmüş və yalnız ömrünün qocalıq çağında Tanrı ona yeganə övlad bəxş etmişdi. O zaman əmr olmuşdu ki, anası ilə onu özündən uzaqlaşdırsın və susuz-otsuz yerdə, kimsəsiz-yardımsız yerdə məskun etsin. Bütün bu işlərdə o, Tanrının buyruğunu canla-başla yerinə yetirmişdi. Odur ki, Tanrı da bütün bu çətinliklərdən sonra onun üzünə qurtuluş və nicat qapıları açmış, güman etmədiyi yerdən istədiyini yetirmişdi. Bütün bu əzab-əziyyətlərə qatlaşdıqdan sonra isə əmr olunur ki, həmin o əziz və yeganə oğlunu öz əlilə qurban kəssin.

İbrahim İlahi əmrinə tabe olub onu yerinə yetirməyə tələsdi. O, yola düşüb oğlunun yanına gəldi. Ona söylədi: “Əziz övladım, yuxuda görmüşəm ki, sənin başını kəsirəm. Bu barədə sənin fikrin nədir?”
İbrahim istədi ki, bu yolla oğluna İlahi əmrini bildirsin və onu zorla yox, öz xoşu ilə qanına qəltan etsin.
İsmayıl atasının sözünü eşitcək itaətlə irəli gəldi. İlahi əmrini qəbul etməyə hazır olduğunu bildirdi: “Ey ata, sənə tapşırılmış işi yerinə yetir. Görəcəksən ki, Tanrının istəyi ilə mən necə səbr edənlərdənəm”.

Qurbanlıq İsmayıl

Atasının ürəyindən keçənləri bilən İsmayıl istədi ki, onun içindəki yanğını azaltsın. Ona tapşırılmış vəzifənin icrası üçün ən yaxın yolu göstərsin. Odur ki, dedi: “Atacan, əl-ayağımı iplə möhkəm bağla ki, Tanrı buyruğunu icra edərkən əl-ayaq atmayım. Qorxuram ki, bu mükafatımda zəiflik göstərəm. Paltarımı da əynimdən çıxart ki, qana bulaşmasın. Qorxuram anam onu görərkən qəmi-kədəri daha da artsın və səbr edə bilməsin. Atacan, bıçağın ağzını itilə və onu boğazıma tez çək ki, mənə dözmək asan olsun, çünki ölüm ağır və dərdlidir”.

İsmayıl daha sonra dedi: “Anama salamımı çatdır və sənə çətin olmasa, köynəyimi ona yetir. Qoy o, anama təsəlli olsun, ürəyinin dərdlərinə təskinlik versin. Oğlunun iyini o köynəkdən alsın. Mənə gorə ürəyi sıxılanda köynəyi bağrına başsın və içindəki yanğını azaltsın”.

İbrahim dedi: “Ey oğul, sən Tanrı buyruğunun icrası üçün yaxşı yardımçısan”. O, sonra oğlunu bağrına basıb üz-gözündən öpdü. Bəli bükülmüş qoca ilə yeniyetmə cavan ixtiyarsız quçaqlaşıb ağlamağa başladılar.

Qurbanlıq İsmayıl

İbrahim oğlunun üzünü yerə qoydu. Bıçağı əlinə götürüb, gah onun itiliyinə, gah da oğlunun boğazının zərifliyinə nəzər saldı. Rəhm və şəfqətindən ixtiyarsız, gözləri yaşla doldu. Nəhayət, bıçağı İsmayılın boğazına çəkdi. Ancaq bıçaq kəsmədi, çünki İlahi qüdrət onun itiliyini azaltmışdı. Bıçaq işdən düşmüşdü.
İsmayıl dedi: “Atacan, üzümü yerə tərəf çevir ki, məni görməyəsən. Çünki gözün üzümə sataşır və mənə olan mehr-məhəbbətin qoymur ki, Tanrı buyruğunu yerinə yetirəsən”.

İbrahim oğlunun üzünü torpağa tərəf çevirib bir daha bıçağı işə saldı. Ancaq yenə bıçaq kəsmədi. İbrahim heyrətə gəldi. Bu iş ona agər gəldi. Qorxdu ki, olmaya-olmaya, Tanrı buyruğunun icrası gecikər. Odur ki, Tanrıya müraciət etdi ki, onu sakitləşdirsin.
Tanrı səs verdi ki, ey İbrahim, o yuxuda gördüyünü sözsüz
yerinə yetirib, öz sədaqət və vəfanı sübut etdin.
İbrahimin gözlərində sevinc nuru parıldadı.
Ata və oğul sınaqdan üzüağ şıxmalarında İlahinin göstərdiyi
lütf və mehribanlıq üçün Ona şükürlər etdilər.
ALLAH İsmayılın əvəzinə qurban kəsilmək üçün İbrahimə
böyük bir qurbanlıq göndərdi. İbrahim həmin o
bıçağı qurbanlığın boğazına qoyan kimi qanı axdı.

Qurbanlıq İsmayıl

Beləcə, Qurban Həzrət İbrahim əleyhissalamın dövründən qeyd olunur.
Qurbanlıq mərasimi Həccə gedən şəxslər üçün vacibdir. Yəni hacı adənı qazanan şəxslər orada qurban kəsməlidirlər. Ancaq hazırda öz vətənində olan adamların hamısına qurban kəsmək vacib deyil. Bunu imkanlı şəxslər, bir heyvan alıb kəsərək camaat arasında paylaya bilən insanlar etməlidir. Ona görə bu, müstəqil bir ibadət sayılır. İslamın bütün ayinləri kimi bu bayram da müsəlmanların rifahına, onların yaşayış şəraitlərinin yaxşılaşmasına xidmət edir. Hər il Məkkədə 2 milyondan artıq adam qurban kəsir. Bu qurban ətləri imkansız müsəlman ölkələrinə göndərilir.

əslində, qurbanlıq da ehsan kimi əvəzsiz olmalıdır. Həmvətənlərimiz kəsdikləri qurban ətlərini ilk növbədə Şəhid övladlarına, əlillərə, şikəstlərə və imkansızlara paylamalıdırlar. 3-4 ailə birləşib heyvan ala bilər. Ancaq qurbanləq əti dükana çıxarıb və ya camaat arasında satmaq olmaz. Qurban kəsən və kəsdirən adam şəriət qaydalarına riayət etməlidir. Qurban kəsilən heyvan erkək olmalıdır. Bayram namazını səhərlər məscidlərdə qalırlar. Bayramda insanlar sevinməli, səliqəli və təmiz geyinməli, ən çox da bir-birləriylə bayramlaşmalıdırlar. Heç olmasa, adi bir telefon zəngi ilə. Qonaq getmək, qohumlarla dostlarla əlaqə yaratmaq vacibdir. Qurban bayramında duaların oxunması məsləhətdir. Ancaq duanın mütləq ərəb dilində oxunması vacib deyil. Hər kəs öz ana dilində yaradana müraciət edə bilər...

Qurbanlıq İsmayıl

Qurban bayramınız mübarək olsun.
Tanrı qurbanınızı və bütün dualarınızı qəbul etsin!


Geri dön

mor.menekse

  • 7 noyabr 2011 22:02
  • Məqalə: 0
  • Şərh: 300
  • Bal:
Allah razi olsun...

V_I_P

  • 7 noyabr 2011 18:32
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
twk.maraqli idi.

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

Narka E-ZaDe

  • 7 noyabr 2011 17:11
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
Qurban bayramınız mübarək olsun.
Tanrı qurbanınızı və bütün dualarınızı qəbul etsin!

amin!! bunu oxumuwdum

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

KAYBOLAN YILLAR

  • 7 noyabr 2011 16:58
  • Məqalə: 14
  • Şərh: 1140
  • Bal:
{awards}
BU XEBERI YERLEWDIRENNE ALLAH RAZI OLSUN

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

_TUNAR_MAMEDOV_

  • 7 noyabr 2011 16:03
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.. HER BIRINIZI TEBRIK EDREM....

--------------------

BadZero

  • 7 noyabr 2011 15:41
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Allah razı olsun.. İndi TV də bu haqda sənədli film verirlər

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

Ku-ku

  • 7 noyabr 2011 15:35
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 41
Cəmi: 55

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}