Niyə kişilərin yox, qadınların xəyanəti faciə sayılır?

 
Niyə kişilərin yox, qadınların xəyanəti faciə sayılır?

İngiltərədə aparılan bir tədqiqat nəticəsində məlum olub ki, evli olan cütlüklərin yüzdə 21-i həyat yoldaşına xəyanət edir. Bu göstərici vətəndaş nigahında yaşayan cütlüklərdə yüzdə 51-dir.

Araşdırmanın nəticələrinə görə, qadınların 50 faizi gerçəkdən aşiq olduqları üçün, kişilərin 44 faizi qarşı cinsin cazibəsinə və gözəlliyinə heyran olduqları üçün xəyanət edir.

Kanadada aparılan digər bir araşdırmada isə məlum olub ki, kişilərin 50 faizi xanımı tərəfindən romantik və hissi qarşılıq görmədiyindən, yüzdə 30-u yoldaşı ilə "dil tapa bilmədiyindən", yüzdə 20-si isə xanımı ilə cinsi problemlər yaşadığından xəyanət edir.

"Kişilər xəyanət edər, amma qadınlar - əsla!"
Bizim cəmiyyətdə milli mentalitetimizdən qaynaqlanan belə bir fikir var: "Kişilər xəyanət edər, amma qadınlar - əsla!" Maraqlıdır ki, bu fikir artıq öz qüvvəsini itirməyə başlayıb. İndi kişilər qədər olmasa da, qadınlar da həyat yoldaşlarına xəyanət edirlər.

Amma qadın və kişilərin xəyanət etmə səbəbləri bir-birindən fərqlidir. Türkiyədə aparılan bir tədqiqat zamanı ailəli qadınlara belə bir sual ünvanlanıb: "Nə vaxtsa həyat yoldaşınızdan başqa bir kişini bəyənmisiniz?"

Cavablar 3 kateqoriyada dəyərləndirilib. Evliliyi əla durumda olan qadınların 13 faizi, normal olanların 9 faizi, evliliyi pis olanların isə 100 faizi bu suala müsbət cavab verib. Beləliklə, aydın olur ki, ailədə bədbəxt olan qadının aldatma və xəyanət ehtimalı 100 faizdir.

Həm psixoloqlar, həm də sosioloqlar deyirlər ki,
qadınlar heç bir halda əmin olmadan qəti hərəkət etməməlidirlər.

Mütləq şübhələrini həyat yoldaşları ilə paylaşmalıdırlar. Xəyanətin səbəblərini öyrənmək, durumu dəyərləndirmək lazımdır. Kişinin xəyanətinin səbəbi qadın da ola bilər. Yuxarıda qeyd etdiyimiz kimi, kişilər çox vaxt ailədə xanımlarından yetərli diqqət görmədiklərindən xəyanət edirlər.

Psixoloq Sahil Əbilov deyir ki, bu, kişilərə də aiddir. Xanımının xəyanətindən şübhələnirsə, öncəliklə buna əmin olmalı, daha sonra onunla sakit bir tərzdə danışmalı, səbəbini öyrənməli, daha sonra qərar verməlidir:

"Elə kişilər var ki, özlərini ideal hesab edir və xanımlarının xəyanətinin özləri ilə bağlı olmadığını düşünürlər. Amma təcrübəmə əsaslanaraq bildirim ki, istər kişi olsun, istərsə də qadın, xəyanəti yaradan səbəb ilk növbədə ailədə yaşanan problemlərdir. Əks tərəfin diqqətinin azaldığını və sevgisinin tükəndiyini görən qadın və ya kişi xoşbəxtliyini kənarda axtarır".

Kişi dəfələrlə xanımına xəyanət edir, amma qadın xəyanət edərsə, ona ən acımasız cəzanı verməyə də hazır olur:

Düşüncədə xəyanət

Elə ailələr də var ki, ya kişi, ya da qadın cismən olmasa da, düşüncə və
fikir ilə də xəyanət edir. Bəzi psixoloqlar bunu xəyanət hesab etmirlər,
çünki bu düşüncə realda həyata keçirilmir və heç kimə zərəri yoxdur.


Ekspertlər deyirlər ki, düşüncədə xəyanət edənlər ailənin təzyiqilə evlənənlər, qohum evliliyi edənlər və ya aralarında yaş fərqi çox olanlardır: "Tutaq ki, valideynlərinin sözündən çıxmayıb evlənib, amma sevgi hissi, eşq yoxdur. Ola bilər ki, evlilikdən öncə, yaxud da evləndikdən sonra ürəyinə girə biləcək birini görüb, vurulub. Eşqini kimsə bilmir, heç sevdiyi insan da. Bu cür sevgilər bəzən xəyanət adlandırılır, bəzən yox".

Bəzən isə insan öz içində kimisə sevir və ya bəyənir. Bu düşüncəni reallığa keçirmədən, gizlicə yaşayır. Bu hissləri yaşamağın adı xəyanət deyil, insanın öz motivini müəyyənləşdirməsidir". (Lalə Mehralının araşdırmasından çıxarış)


Geri dön

BadZero

  • 8 noyabr 2011 12:47
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
Facebook-da belə bir sual qoymuşdum: NƏ ÜÇÜN KİŞİ QADINA XƏYANƏT EDƏNDƏ, ƏKSƏR VAXTLAR QADIN KİŞİNİ BAĞIŞLAYIR, AMMA QADIN XƏYANƏT EDƏNDƏ KİŞİ BAĞIŞLAMIR?

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

QªQª¤²º¹¹¤

  • 8 noyabr 2011 10:45
  • Məqalə: 74
  • Şərh: 261
  • Bal:
{awards}
marali idi tewekkur eziyete gore

--------------------

castle_walls

  • 8 noyabr 2011 02:28
  • Məqalə: 0
  • Şərh: 581
  • Bal:
{awards}
maragli idi.oxudum.twkler...

--------------------
Bu gunler bizim omrumuzden kecher
Menim son umidim achilan seher
Senin ellerin,menim elimden
Ayrilarag qovushar ebedi goylere..

Enerelen

  • 7 noyabr 2011 22:26
  • Məqalə: 108
  • Şərh: 987
  • Bal:
{awards}
mence xanim lar kiwilerin istediyin tam olaraq yerine yetire bilmir diye kiwiler 2 ci,3 cu .....ve s. axtarirlar.kiwiler ise yerine yetiriller ona gore tongue tongue tongue

--------------------
Artıq şeirlərimi, hekayələrimi və b. yaradıcılıq işlərimi paylaşmayacam.Məndən bu kimi işlərimin davamını gözləyən çox az saylı userlərdən üzr istəyirəm.

MiLeyla

  • 7 noyabr 2011 21:11
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
azerbaycanda bu sohbetden daniwmagin yeri yoxdu,bizde kiwilere herwey olar,qadinlara ise qadagadi.ama bir terefdende xaricde her iki cinsin numayendesi xeyanet edir,bizde yene biraz wukurludu,qadinlar azliq tewkil edir.

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

... Deryam ...

  • 7 noyabr 2011 20:45
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
Yaxşı deyiblər ...
ALDADAN İNSANIN CİNSİYYƏTİ KİM OLURSA OLSUN MƏDƏNİ HALI ''ŞƏRƏFSİZDİ''
Məncə bu sözü heç kim özünə sığışdırmamalıdır !

--------------------

Niqul

  • 7 noyabr 2011 20:35
  • Məqalə: 5
  • Şərh: 687
  • Bal:
{awards}
Esl qadin hec vaxt xeyanet etmez.Men bele dusunurem belay

--------------------
Bir neche muddet burda deyildim,her shey deyishib...:/

Delya_91

  • 7 noyabr 2011 20:34
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Kisiler daha cox xeyanet edir,neinki xanimlar.eh kisilere guven yoxdu,ne edirler etsinler meni maraqlandirmir

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

Mamed77

  • 7 noyabr 2011 20:10
  • Məqalə: 9
  • Şərh: 20
  • Bal:
{awards}
xebere gore tewekurler

Els007

  • 7 noyabr 2011 20:06
  • Məqalə: 227
  • Şərh: 532
  • Bal:
{awards}
maraqlidi twk fellow

Dusha_Moya))

  • 7 noyabr 2011 20:01
  • Məqalə: 0
  • Şərh: 464
  • Bal:
{awards}
Bunu Azərbaycan üçün şərhini verim də..belə ki, ağ tez ləkə götürdüyü üçün qadının adı belə söhbətlərdə də tez hallanar..qara ləkə götürmədiyi üçün kişilərin bu məsələdə heç bir çəkinəcəkləri tərəfləri yoxdur..Azərbaycan reallığıdır ki, bu ölkədə ərinin xəyanətiylə üzləşən qadınlar çoxdur..susma səbəblərisə övladları, bəzənsə, öz ana və atalarından lazımi dəstəyi görməmələri..ər evindən kəfənin çıxmalıdır prinsipi..bu arada bunu da əlavə edim ki, əsl qadın yəni ruhuyla birinə bağlı olub, sevən qadın heç bir zaman gözünün ucuyla belə başqasına nəzər yetirməz, bunu xəyanət sayar, həm də qadınlar naturaca monoqam olduqları üçün biriylə kifayətlənməyi bacarırlar..

V_I_P

  • 7 noyabr 2011 19:55
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
tewekurler.

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

KAYBOLAN YILLAR

  • 7 noyabr 2011 19:50
  • Məqalə: 14
  • Şərh: 1140
  • Bal:
{awards}
VALLAH HECNE ANLAMDIM AMMA YENDE TEWEKKURER

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

FLY TIME

  • 7 noyabr 2011 19:48
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
xebere gore twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 34
Cəmi: 52

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}