Biodisklər nələrə qadirdir?

 
Biodisklər nələrə qadirdir?

Biodisk nədir?

Biodisk XXI əsr texnologiyasıdır, tamamilə təbii minerallardan nanotexnologiya vasitəsilə hazırlanmış molekulyar quruluşlu enerji "cihaz"ıdır. Başqa sözlə, biodisklər texnologiyanın yardımı ilə nadir minerallardan hazırlanır. Biodisk əsasən şəffaf şüşə formasında istehsal edilir. Biodisklərin hazırlanmasında məqsəd daha sağlam bir həyata yardımçı olmaqdır.

Belə ki, biodisk mövcud olduğu yerdə ərtafına daim müsbət enerji yayır, texnologiyanın yaratdığı şüalanmanı, havada gəzən radiasiya və maqnit dalğalarını, eləcə də qidaların tərkibindəki zərərli maddələri zərərsizləşdirir. 44-90 mm diametri, 6 mm qalınlığı olan bu cisim insana özünü daha gənc və daha sağlam hiss etdirir. Enerjini artırır, fiziki və zehni inkişafı qüvvətləndirir.

Biodiskdən necə istifadə etmək olar?

Mütəxəssislər bildirirlər ki, biodisk tamamilə təbii bir cihaz olduğu üçün heç bir halda zərər vermir. Qan təzyiqi yüksək olanlar, şəkərli diabetdən əziyyət çəkənlər, astma xəstəliyi olanlar, xronki baş ağrısı olanlar üçün biodisk ideal "dərmandır".

Biodiski gününüzün ən çox keçdiyi yerdə saxlayın, əgər səfərdə olursunuzsa, daim çantanızda gəzdirin. Biodiskin medalyon forması da var, daim boynunuzda gəzdirmək imkanı olacaq. Bir sözlə, evdə, işdə, istirahətdə, gəzintidə, idman zalında, kitabxanada, bağda, dağda - istənilən hər yerdə sizinlə ola bilər.

Biodiski daha çox saxlayacağınız yerlərdən biri də mətbəxinizdir. Məlumdur, can boğazdan gəlir, boğazdan isə hər cür qida keçə bilər - transgen, modifikasiya olunmuş, heyvan geni yeridilmiş, kimyəvi dərmanlarla zəhərlənmiş qidalar bu gün kifayət qədərdir. Ekspert olmadığımızdan və lazımi laboratoriyaya malik olmadığımızdan bu qidaları ekoloji təmiz qidalardan ayırd etməyimiz də mümkün deyil. Nəticədə geni dəyişdirilmiş bir çox qida qəbul edirik və həmin gün olmasa da, nə vaxtsa bu qidanın zərərini hiss edirik. Biodisk belə anlarda ən yaxşı "həkim"dir.

Soyuducunuzda "həkim" var?

Biodiski gündə bir saat soyuducuda saxlamaqla soyuducunuzda olan bütün qidaları "təmizləmiş" olursunuz. Özündən yaydığı təbii şüalarla qidalardakı zərərli maddələri yox edən biodisklər lazımlı minerallara "toxunmur". Ağartı məhsullarından tutmuş meyvə sularına qədər bütün qidalara "əl gəzdirən" biodisk gün ərzində bu qidalar vasitəsi ilə sizə yüksək əhval-ruhiyyə verəcək.

Bazardan aldığımız əksər ərzaqlar sellofan torbalarda olur, bəzimiz sellofan torbaların zərərini bilirik, bəzimiz isə bu barədə məlumatsızıq. Məlumatı olmayanlar üçün qeyd edək ki, 15 dəqiqə polietilen torbada qalan meyvə-tərəvəz öz tərkibində olan bütün dəyərli maddələri, vitaminlərini itirir. Biodisk bu vitamin ehtiyatının itməməsinə də kömək edir.

Mövzunu hazırlayanda bu sahədə elmi ədəbiyyatı nəzərdən keçirdim və bəzi sənədli filmlərə baxdım. Belə filmlərin birində çox maraqlı təcrübələri əyani nümayiş etdirirdilər. Almanı, limonu iki yerə bölüb bir hissəsini biodiskin yanına, digər hissəsini isə kənara qoyurlar. Bir müddətdən sonra kənardakı meyvə dilimləri qaralmağa başlayır, biodiskin yanındakı isə təzə qalır.

Su ilə aparılmış təcrübə isə daha maraqlıdır. Bir şüşə qaba tökülmüş çirkli suyun tərkibini kompüter vasitəsilə analiz edib zərərli maddələri qeyd edirlər. Sonra həmin suyun içinə biodiski salıb 10 dəqiqəyədək gözləyirlər. Həmin suyun təkrar analizindən sonra bütün zərərli maddələrin yoxa çıxdığı aydın olur...

Bodiski su saxladığımız qrafinin üstünə, altına, yanına qoymaqla suyun tərkibini də təmizləmiş oluruq. Məlumdur ki, insan sutkada ən azı 2 litr çiy su qəbul etməlidir. Böyük şəhərlərdə evlərə verilən suyu isə yalnız qaynadandan sonra içə bilirik. Qaynanmış suda isə bütün minerallar məhv olur və bu, artıq ölü su sayılır. Biodisk bizə suyu hətta qaynatmadan içə bilmə təminatı verir.

Biodisklər qadınlar üçün də "köməkçi" ola bilər

Bir çoxumuzun kosmetik məhsulların zərəri barədə kifayət qədər bilgimiz var. Amma alışqanlığımızdan əl çəkə və kosmetik vasitələrdən imtina edə bilmirik. Kremlər, spreylər, dodaq və dırnaq boyaları, ənlik-kirşan və bu kimi bir çox kosmetik vasitələrdən hər gün istifadə edirik. Onların tərkibindəki minlərlə kimyəvi birləşmənin sağlamlığımıza verdiyi zərərdən xəbəriniz varmı?

Xərçəngə səbəb olan bir çox saç boyası var ki, zərərini bilə-bilə ondan istifadə edirik. Mütəxəssislər deyirlər ki, kosmetik vasitələrdən istifadə etməzdən əvvəl onları biodisklə "görüşdürmək" lazımdır. Bu təbii cihaz kosmetik vasitələrin tərkibindəki zərərli maddələri yox edir.

Hər gün kompüter arxasındasınız?

Zəmanəmiz elədir ki, hər üç nəfərdən biri gününü kompüterin qarşısında keçirir və bu səbəbdən də istər-istəməz bədəni durmadan şüalanmaya məruz qalır. Bəzən kompüterimizin yanına kaktus bitkisi və ya bir qabda su qoyuruq, şüalanmanı azaltması üçün. Amma bu o qədər də köməyimizə çatmır. Nanotexnologiyanın məhsulu bu vaxt ən əvəzedilməz yardımçıdır. Biodiski kompüterinizin yanında saxlayın, fərqi elə ilk gündən hiss edəcəksiniz. Sizdən əl çəkməyən baş ağrısı, yorğunluq, gözlərin yaşarması, əsnəmək kimi əlamətlər tamamilə yox olacaq.

Bütün bunları haradan bilirəm?

Yazını oxuyarkən bu sualı verəcəyinizi bilirəm, ona görə də bu bölməni ayrıca hazırladım. İllərdir, kəskin miqren ağrılarından əziyyət çəkirdim, getmədiyim həkim, içmədiyim dərman, eləmədiyim əlac qalmadı. "Suda boğulan saman çopündən yapışar" - bu məsəli eşitmiş olarsınız. Son çarə kimi biodiski sınamaq qərarına gəldim.

Hər gün elmi jurnallarda bu barədə oxuyurdum, necə bir şey olması ilə maraqlanırdım. Təbiiliyinə əmin olduqdan sonra internetdən sifariş etdik, bizə çatdırılması 1 ay çəkdi. Artıq 2 aydır ki, evimizdədir. İllərlə mənə göz açmağa imkan verməyən ağrılar yox oldu, indi saatlarla kompüter arxasında oturub rahatlıqla yazılarımı yaza bilirəm.

Yaxın bir rəfiqəmin isə nəfəs problemləri vardı, həkimlər ona astma diaqnozu qoydular. İki addımdan bir nəfəsi daralırdı, boynundan həmişə xüsusi sprey asırdı, nəfəsi daralan kimi o sprey köməyinə çatırdı. Biodisk onun da problemini həll etdi. Bir aydan artıqdır ki, boynunda sprey əvəzinə biodiskdən hazırlanmış medalyon gəzdirir və astma tutması olmayıb.

Həmin rəfiqəmin anasında isə uzun müddətdir yel xəstəliyi vardı. El arasında revmatizm kimi tanıdığımız bu xəstəlikdən birdəfəlik qurtulmaq olmur, o da iynə-dərmanla ağrılarını azaldırdı. Biodisk onun da ayaqlarına kömək etdi, həmişə axsayaraq yeriyən qadın indi ağrılarından qurtulub.

Testin maraqlı nəticəsi

Almaniyada aparılan bir test çox maraqlı nəticələr ortaya çıxardı. Biodiskdən müayinə-diaqnoz prosesində istifadə edən həkimlər nəticəni "möcüzə" adlandırdılar. Xərçəng diaqnozu qoyulmuş bir qadının müayinəsi zamanı süd vəzilərindəki şişin diametrini öyrənmək üçün rentgen aparatından istifadə edilib. Qadına qoşulmuş aparatlarda onun bədəninin qəbul etdiyi şüalanmanın səviyyəsi monitorlarda göstərilib. Professorların iştirak etdiyi bu müayinə zamanı həqiqətən möcüzə olub.

Birinci müayinə zamanı qadın boynunda biodisk olmadan tibbi cihazlara qoşulub. Monitorlar onun bədəninə rentgendən yönəlmiş şüalanmanın yüksək olmasını göstərib. Xəstə özünü çox yorğun və əzgin hiss edib. İkinci dəfə qadının boynundan biodisk medalyonu asılıb və yenidən tibbi cihazlara bağlanıb. Alimlər monitorlarda şüalanmanın səviyyəsinin, demək olar ki, yox olmasının şahidi olub. Çox cüzi şüalanma olub və süd vəzisində xərçəng olan qadın özünü cox gümrah hiss edib.

Avropa və yapon mütəxəsislərinin bəzi təhlükəli ərazilərə, məsələn, atom stansiyası kimi müəssisələrə baş çəkdiyi zaman boyunlarından asdığı medalyon haqda görənlər həmişə maraqla danışırdılar. Amma Yaponiyadakı atom qəzası zamanı üzərində biodisk olan insanların digərlərindən fərqli olaraq heç bir şüalanmaya məruz qalmadığı isə deyəsən daha maraqlı faktdır.

Maraqlıdır ki, biodisklərə ultrabənövşəyi işıqda baxanda onlardan rəngli şüaların çıxdığı aydın görünür. Daha da maraqlısı odur ki, bu biodisklərin istifadə müddəti məhdud deyil. Çünki bu "cihaz" filtr kimi zərərli maddələri özündə toplamır, onları sadəcə yoxa çıxarır.

Sonda onu da qeyd edik ki, elmin ən möhtəşəm nailiyyətini ancaq Almaniyada yerləşən bir zavodda 14 müxtəlif təbii mineralın qarışığından - onların hərəsindən müəyyən edilmiş miqdarda qatılmaqla xüsusi temperaturda əridilməsindən istehsal edirlər ki, bu tərkib də sirr saxlanılır...


Geri dön

FLY TIME

  • 8 noyabr 2011 22:57
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
xebere gore twk............

KAYBOLAN YILLAR

  • 8 noyabr 2011 19:57
  • Məqalə: 14
  • Şərh: 1140
  • Bal:
{awards}
ANLAMADIM AMMA YENDE TEWEKKURLER

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

RoMaNTiK SerSeRi

  • 8 noyabr 2011 16:15
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
{awards}
obaaaaaaaaaa qeweydiki

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

Prank girl

  • 8 noyabr 2011 15:57
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
təşəkkürlər laughing

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

BadZero

  • 8 noyabr 2011 15:41
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Heç bu haqda bilmirdim təşəkkürlər

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

V_I_P

  • 8 noyabr 2011 14:58
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
MARAQLI IDI.TWK

--------------------
sen sen olki sene hormet qoyan cox olsun
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 40
Cəmi: 60

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}