Məsumların Nurlu Kəlamlarından (141-160)

 
Məsumların Nurlu Kəlamlarından (141-160)

Hədis 141:
Həzrət Məhəmməd (s) buyurur: “Peyğəmbərlik məqamına daha yaxın olanlar alimlər və (haqq yolda) cihad edənlərdir.”

Hədis 142:
Həzrət Əli (ə) buyurur: “Səni kədərləndirən pis bir işin səni məğrur edən xeyir işindən Allah yanında daha yaxşıdır.”

Hədis 143:
Həzrət Məhəmməd (s) buyurur: “Bir qəbilənin ölümü alimin ölümündən daha asan və dözüləsidir.”

Hədis 144:
Həzrət Məhəmməd (s) buyurur: “Hər hansı bir məclisdə oturub elmini artırmayan kəs, Allahdan uzaqlığını artırmışdır.”

Hədis 145:
İmam Riza (ə) buyurur: “İbadət çoxlu oruc və namaz yox, yaradılış haqqında (Allahın yaratdıqlarında) düşünməkdir.”

Hədis 146:
İmam Riza (ə) buyurur: “Sükut hikmət qapılarından olan bir qapıdır.”

Hədis 147:
İmam Riza (ə) buyurur: “Qohumluq əlaqəsini bir içim su ilə də olsa, möhkəmləndir.

Hədis 148:
İmam Riza (ə) buyurur: “Bir-birinizin görüşünə gedin ki, dostluğunuz möhkəmlənsin.”

Hədis 149:
İmam Riza (ə) buyurur: “Peyğəmbər ailəsinə dostluq ümidi ilə saleh əməli və ibadətdə sə`y göstərmənizi tərk etməyin.”

Hədis 150:
İmam Riza (ə) buyurur: “Günahları və mö`minə əziyyət verməyi tərk etməkdən daha faydalı təqva yoxdur.”

Hədis 151:
İmam Sadiq (ə) buyurur: "Allah-təala qafil qəlblə edilən duanı qəbul buyurmaz, ona görə də agah qəlblə dua et və duanın qəbul olacağına əmin ol."

Hədis 152:
İmam Məhəmməd Təqi (ə) buyurur: “Şükrü yerinə yetirilməyən bir ne`mət bağışlanmayan günah kimidir.”

Hədis 153:
İmam Məhəmməd Təqi (ə) buyurur: “Allahın tə`qib etdiyi bir kəs necə qaça bilər?!”

Hədis 154:
İmam Məhəmməd Təqi (ə) buyurur: “Bir çox insanların nifrətini qazanmadan Allah məhəbbətini ələ gətirmək qeyri-mümkündür.”

Hədis 155:
İmam Məhəmməd Təqi (ə) buyurur: “Allahdan qeyrisinə ümidvar olanı Allah elə onun ümidinə buraxar.”

Hədis 156:
İmam Əliyyən Nəqi (ə) buyurur: “Öz dəyərini anlamayan adamın şərindən qorun.”

Hədis 157:
İmam Əliyyən Nəqi (ə) buyurur: “Dünya bir bazardır. Bu bazarda kimi qazanır, kimi isə zərərə düşür.”

Hədis 158:
İmam Əliyyən Nəqi (ə) buyurur: “Bəla səbirli şəxs üçün bir, səbirsiz şəxs üçün isə ikidir.”

Hədis 159:
İmam Əliyyən Nəqi (ə) buyurur: “Allah-təala, Onu qəzəbləndirəni xalqın qəzəbinə düçar edər.”

Hədis 160:
İmam Həsən Əskəri (ə) buyurur: “Dostunu xəlvətdə nəsihət edən şəxs onu zinətləndirmişdir.”


Geri dön

Mehrin

  • 11 noyabr 2011 02:32
  • Məqalə: 0
  • Şərh: 12
  • Bal:
Salam...Allah razi olsun.

KAYBOLAN YILLAR

  • 8 noyabr 2011 20:27
  • Məqalə: 14
  • Şərh: 1120
  • Bal:
{awards}
GOZEL KELAMLARDI TEWEKKURLER MINETTARAM

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

V_I_P

  • 8 noyabr 2011 15:01
  • Məqalə: 3
  • Şərh: 1937
  • Bal:
{awards}
TEWEKURLER.

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

... Deryam ...

  • 8 noyabr 2011 14:58
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN. Hər biri dəyərli və gözəl kəlamlardı

--------------------

BadZero

  • 8 noyabr 2011 12:39
  • Məqalə: 178
  • Şərh: 2522
  • Bal:
{awards}
Super.. Allah razı olsun

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

FLY TİME

  • 8 noyabr 2011 12:16
  • Məqalə: 51
  • Şərh: 2087
  • Bal:
{awards}
xebere gore twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 31
Cəmi: 57

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 48
Cəmi: 143
 
ραყιȥ
Xəbərləri: 45
Cəmi: 125
 
NIGAR
Xəbərləri: 39
Cəmi: 784
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 238
 
lamiye_2001
Xəbərləri: 26
Cəmi: 27
 
AyliN BunyaminovA
Xəbərləri: 22
Cəmi: 469
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 501
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}