Aston Martin superkarın final versiyasını təqdim edib

 
Aston Martin superkarın final versiyasını təqdim edib

Avropa üçün One-77 artıq sirr deyil, lakin britaniyalılar hər vəchlə okeanın o tayına can atırdılar ki, burada da nəzərdə tutduqları tirajın ən azı yarısını sata bilərlər. Və onlar nəhayət arzularına çatıblar və maşını Mayamiyə, South Florida International Auto Show (SFIAS) sərgisinə aparıblar…Orada isə model dərhal Star of the Show adını qazanıb. Bu ad ona (tamamilə gözlənilmədən) yerli münsiflər heyəti tərəfindən, həm də yekdilliklə verilib. Düzdür, One-77 bu mükafatla Mayami sərgisinin ən dəyərli yeniliyi kimi təltif edilib ki, bu da əslində avtomobil üçün başaşılıq gətirən faktdır. Ən yaxşı olmaq- həmişə çox xoş bir şeydir. Amma heç olmazsa bircə dənə az, ya çox dərəcədə güclü rəqibin olmadığı durumda özünü ən yaxşı elan etmək - tamamilə başqa məsələdir. Maraqlıdır, görəsən One-77 haqqında Las-Veqasda keçirilmiş SEMA sərgisində nə deyərdilər. Qeyd edək ki, SEMA dünyada ən sürətli avtomobillərin sərgisi hesab edilir. Və nəhayət Aston Martin rəhbərliyinə avtomobilin relizini hardasa cəmi bir həftə ləngitmək kifayət edərdi ki, onu daha adlı-sanlı avtosalonda- Los-Ancelesdə təqdim etsin.Lakin təzə xəbər heç də bununla bitmir... Birdən-birə orada, Amerikada məlum olub ki, Aston Martin mütəxəssisləri bütün bu müddət ərzində avropalılara ... seriya öncəsi versiya göstəriblər. Çünki, məhz Florida modifikasiyası bütün press-relizlərdə final versiyası kimi qələmə verilir. Yox, prinsipcə elə böyük əhəmiyyətli bir şey baş verməyib, sadəcə britaniyalılar vaxt tapıb bir neçə resurs sınağı keçirə biliblər. Onlar bildirirlər ki, avtomobil Avropa yürüş treklərində 22 500 km məsafə qət edib. Həmin treklərin arasında İtaliyadakı Nardo və əfsanəvi Nürburqrinq də var. Digər tərəfdən imkan var ikən fürsətdən istifadə edib niyə də maşındakı əyər-əksiklər aradan götürülməsin? Həm də o maşının ki, o konkret alıcı üçün istehsal ediləcək və onun da adına göndəriləcək.Xatırladaq ki, Aston Martin bu superkardan cəmi 77 ədəd buraxmaq niyyətindədir. Onların hər birinin əsasında üzəri alüminium lövhələrlə örtülü karbon monokok durur. Kapotun altında 750 güclü 7,3 litrlik V12 yer alıb. Və bununla da One -77 modelini dünyanın ən güclü atmosfer yol avtomobili hesab edilir.


Geri dön

BLACK-CITY

  • 9 noyabr 2011 10:15
  • Məqalə: 0
  • Şərh: 72
  • Bal:
qarasi olsa surmek olar

--------------------
7

Ku-ku

  • 9 noyabr 2011 09:51
  • Məqalə: 267
  • Şərh: 5252
  • Bal:
{awards}
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

--------------------

BadZero

  • 9 noyabr 2011 09:44
  • Məqalə: 178
  • Şərh: 2522
  • Bal:
{awards}
super )) tşk

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

_TUNAR_MAMEDOV_

  • 9 noyabr 2011 02:06
  • Məqalə: 673
  • Şərh: 4780
  • Bal:
{awards}
PULNAN HELL OLAN SHEYDIDAAA... ......

--------------------

V_I_P

  • 8 noyabr 2011 22:23
  • Məqalə: 3
  • Şərh: 1937
  • Bal:
{awards}
eladir.xowuma geldi.

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

.::BaBy_FaCe_WiSe::.

  • 8 noyabr 2011 22:13
  • Məqalə: 180
  • Şərh: 1215
  • Bal:
{awards}
bu mawin esil men deyendi pulum olsaydi alardim bunu )) winked

--------------------

FLY TİME

  • 8 noyabr 2011 21:40
  • Məqalə: 51
  • Şərh: 2087
  • Bal:
{awards}
xebere gore twk...........

Els007

  • 8 noyabr 2011 21:25
  • Məqalə: 227
  • Şərh: 518
  • Bal:
{awards}
gozel mawindi twk

KAYBOLAN YILLAR

  • 8 noyabr 2011 21:15
  • Məqalə: 14
  • Şərh: 1120
  • Bal:
{awards}
BELEDE PIS MAWIN DEYIL XEBERE GORE TEWEKKUR

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

THIS IS LEGEND

  • 8 noyabr 2011 20:48
  • Məqalə: 10
  • Şərh: 1197
  • Bal:
{awards}
EMEYE HORMET OLARA TWK LER

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 46
Cəmi: 65

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 51
Cəmi: 152
 
The Shield
Xəbərləri: 47
Cəmi: 307
 
Darling
Xəbərləri: 45
Cəmi: 930
 
aytc.sza
Xəbərləri: 37
Cəmi: 82
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 21
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 17
Cəmi: 77
 
♔Hе важно∞
Xəbərləri: 14
Cəmi: 304
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
CaKoNDa
Xəbərləri: 6
Cəmi: 6
 
 
{slinks}