Dünyanın ən mühüm kəşfləri

 
Dünyanın ən mühüm kəşfləri

Dünyanın ən mühüm kəşfləri.

Mendeleyev cədvəli materialların təkamülü tarixində bəşəriyyət üçün ən vacib ixtiradır

Amerikanın yeni materialları öyrənən «AIMMPE» İnstitutunun ekspertləri bu qənaətdədirlər. İtaliyanın «La Repubblica» qəzetinin verdiyi xəbərə görə, Dmitri Mendeleyevin kəşf etdiyi elementlərin dövri təsnifatına «AIMMPE»yə daxil olan səkkiz ölkədən 4235 nümayəndə səs verib.

Bəşəriyyət üçün vacibliyinə görə, ikinci yerdə ekspertlər dəmirin əridilməsini göstəriblər. İlk dəfə bunu eramızdan təxminən 3550 il əvvəl misirlilər kəşf ediblər.

Üçüncü yerdə 1948-cı ildə tranzistorların kəşfi gəlir: ixtira əvvəlcə, elektron avadanlıqlar, mikroçiplərin hazırlanması, sonra isə kompyuter texnologiyaları üçün böyük əhəmiyyət kəsb edib.

Dördüncü yerdə eramızdan əvvəl 2200-cü ildə ixtira olunan şüşə durur. Şüşə keramikadan sonra dünyada insanların ən çox istifadə etdiyi ikinci qeyri-metal materialdır.

Beşinci yerdə insan gözünün görmə qabiliyyətini iki yüz dəfə artıran linzalar vasitəsilə materialları öyrənmək imkanı verən mikroskopun ixtirası qərarlaşıb.

Siyahıda daha sonra sözün əsl mənasında, 18-ci əsrin ortalarından başlayaraq tikinti metodlarını dəyişən sement gəlir.

Yeddinci yerdə eramızdan təxminən 300 il qabaq Hindistanın cənubunda kəşf olunan poladın istehsalı durur. Amma bəşəriyyət bu haqda bir neçə yüz il sonra, Dəməşqdə poladdan tiyələr hazırlamağa başlayanda agah olub.

Səkkizinci yerdə eramızdan beş min il əvvəl edilən ixtira qərarlaşıb. Söhbət malaxit və azuritdən misin çıxarılmasından və ona müxtəlif formalar vermək imkanından gedir. Bundan hazırkı Türkiyə ərazisində yaşayan xalqların emal metallurgiyası yaranıb.

Sonuncu yerləri yeni tarixin iki ixtirası — 1912-ci ildə Maks fon Lauenin kəşf etdiyi rentgen şüalarının kristallarla difraksiyası (istiqamətinin dəyişdirilməsi) və «Bessemer prosesi» tutub. Bu proseduradan Bessemer konvertoru kimi tanınan domna peçlərində polad istehsalında istifadə olunur və çuqundan polad əritməyə imkan verir.


Geri dön

_RONALDO_

  • 13 mart 2011 10:37
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
ELLERINE SALIK TWK

--------------------

_RONALDO_

  • 11 mart 2011 00:57
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
ooo maraqli kesfid

--------------------

Afran007

  • 7 oktyabr 2010 17:02
  • Məqalə: 8
  • Şərh: 354
  • Bal:
{awards}
Twkrler belay

Azeri_Gozeli

  • 7 oktyabr 2010 16:52
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
cox sag ol

--------------------

Ulya

  • 7 oktyabr 2010 16:37
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol maraqli idi

maNga_RocK_GiRL

  • 7 oktyabr 2010 16:13
  • Məqalə: 0
  • Şərh: 12
  • Bal:
{awards}
maraqli lazimli melumatlar ucun twk

Kisa_Kiss

  • 7 oktyabr 2010 16:03
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
спасибо))

--------------------

Grace_Angel

  • 7 oktyabr 2010 15:56
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler xebere gore....Maraqli xeberdir.....

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 34
Cəmi: 70

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 505
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♔Hе важно∞
Xəbərləri: 17
Cəmi: 63
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}