Məsumların Nurlu Kəlamlarından (161-180)

 
Məsumların Nurlu Kəlamlarından (161-180)

Hədis 161:
İmam Həsən Əskəri (ə) buyurur: “Dostunu aşkar surətdə nəsihət edən kəs onu xəcil (xəcalətli) etmişdir.”

Hədis 162:
İmam Həsən Əskəri (ə) buyurur: “Dostlarının ən yaxşısı o kəsdir ki, sənin günahlarını unudub, yaxşılıqlarını yadda saxlasın.”

Hədis 163:
İmam Həsən Əskəri (ə) buyurur: “Şöhrət və rəyasət istəməkdən çəkin. Çünki bu ikisi insanı məhvə sürükləyir.”

Hədis 164:
İmam Həsən Əskəri (ə) buyurur: “Müsibət görmüş adamın yanında şadlanmaq ədəbdən deyildir.”

Hədis 165:
İmam Həsən Əskəri (ə) buyurur: “Ehtiyatın bir həddi vardır ki, onu aşdıqda qorxaqlığa çevrilər.”

Hədis 166:
Həzrət Əli (ə) buyurur: “Kömək və yardım (Ruzi barəsində) ehtiyac olan qədər (Allah tərəfindən) çatasıdır.”

Hədis 167:
İmam Həsən Əskəri (ə) buyurur: “Mö`mini zillətə salan bir şeyə onun meyl göstərməsi necə də pisdir.”

Hədis 168:
İmam Həsən (ə) buyurur: “Siz qısa müddət ərzində və saylı günlərdə yaşayırsınız, ölüm isə qəfildən gəlir .”

Hədis 169:
Həzrət Məhəmməd (s) buyurur: “Elm öyrətdiyiniz və ya elm öyrəndiyiniz şəxslə yumşaq davranın.

Hədis 170:
Həzrət Məhəmməd (s) buyurur: “Ölümümdən sonra ümmətim üçün ən çox qorxduğum şəxs Qur`anı yanlış təfsir və tə`vil edən şəxsdir.”

Hədis 171:
Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala Öz bəndəsinin tövbəsini canı çıxana qədər qəbul edir.”

Hədis 172:
Həzrət Məhəmməd (s) buyurur: “Bir şəxsin qaib bir şəxs barəsində etdiyi dua daha tez qəbul olar.”

Hədis 173:
Həzrət Məhəmməd (s) buyurur: “Qiyamətdə barəsində sorğu-sual olanan ilk şey namazdır.”

Hədis 174:
Həzrət Məhəmməd (s) buyurur: “Təəccüb edirəm o kəsə ki, ölüm onun sorağında ikən, o, dünya istəyindədir.”

Hədis 175:
Həzrət Məhəmməd (s) buyurur: “Elm axtarışında olan şəxsin ruzisini Allah yetirər.”

Hədis 176:
Həzrət Məhəmməd (s) buyurur: “Mənim ümmətimə qarşı mehriban olanla Allah da mehriban olar.”

Hədis 177:
Həzrət Məhəmməd (s) buyurur: “Müsəlmanların qeybətini etməyin və onların eyiblərini araşdırmayın (axtarmayın).”

Hədis 178:
Həzrət Əli (ə) buyurur: “Xoş o kəsin halına ki, Allaha ibadət etmək müvəffəqiyyətinə nail olub, günah və xatasına isə ağlayır.”

Hədis 179:
Həzrət Əli (ə) buyurur: “Xoş o kəsin halına ki, arzuları qısadır və ömrünü qənimət sayır.”

Hədis 180:
Həzrət Əli (ə) buyurur: “Əməl etmədən behişt istəmək axmaqlıqdır.”


Geri dön

Repery

  • 18 noyabr 2011 17:03
  • Məqalə: 196
  • Şərh: 1506
  • Bal:
ALLAH RAZI OLSUN MELUMAT UCUN

--------------------

Mehrin

  • 11 noyabr 2011 02:29
  • Məqalə: 0
  • Şərh: 12
  • Bal:
{awards}
Salam...Allah sizden razi olsun...gozel kelamlari xatirladirsiz....Birdeki bu kelamlardaki nesihetlere emel etmek lazimdir...esas budur....

KAYBOLAN YILLAR

  • 10 noyabr 2011 01:35
  • Məqalə: 14
  • Şərh: 1120
  • Bal:
{awards}
cox goxle kelmlardi men hamisini bilirem sizde bilmeyiniz meslehhetdi twk

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

Dusha_Moya))

  • 9 noyabr 2011 18:21
  • Məqalə: 0
  • Şərh: 453
  • Bal:
{awards}
Allah razı olsun sizdən..tşkr..hamısını köçürdüm ))

V_I_P

  • 9 noyabr 2011 14:14
  • Məqalə: 3
  • Şərh: 1937
  • Bal:
{awards}
tewekurler.

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

Prank girl

  • 9 noyabr 2011 14:06
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
Həzrət Əli (ə) buyurur: “Xoş o kəsin halına ki, Allaha ibadət etmək müvəffəqiyyətinə nail olub, günah və xatasına isə ağlayır.”
Allah razi olsun

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

.♣.Chrysalis.♣.

  • 9 noyabr 2011 13:53
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TWK

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Reshad82

  • 9 noyabr 2011 13:35
  • Məqalə: 0
  • Şərh: 25
  • Bal:
{awards}
tewekurler

Repery

  • 9 noyabr 2011 13:31
  • Məqalə: 196
  • Şərh: 1506
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

rusalka

  • 9 noyabr 2011 12:18
  • Məqalə: 0
  • Şərh: 163
  • Bal:
{awards}
tewekkurler

Xow o kesin halina ki,arzulari qisadir ve omrunu qenimet sayir.

--------------------
HƏR İNSANIN AYNALARA GÖSTƏRMƏDİYİ BİR ÜZÜ VE HEC KİMƏ SOYLEMEDİYİ BİR HÜZNÜ VARDIR.

THIS IS LEGEND

  • 9 noyabr 2011 12:14
  • Məqalə: 10
  • Şərh: 1197
  • Bal:
{awards}
emeye hormet olaraq twk ler

FLY TİME

  • 9 noyabr 2011 12:09
  • Məqalə: 51
  • Şərh: 2087
  • Bal:
{awards}
ALLAH razi olsun twk...........

BadZero

  • 9 noyabr 2011 12:01
  • Məqalə: 178
  • Şərh: 2522
  • Bal:
{awards}
İlk şərh məndən Allah razı olsun

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 47
Cəmi: 71

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 84
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}