Noyabrın 9-u Dövlət Bayrağı Günüdür

 
Noyabrın 9-u Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd edilir. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-unu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Həmin gün Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, bu bayram qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

Noyabrın 9-u Dövlət Bayrağı Günüdür

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Noyabrın 9-u Dövlət Bayrağı Günüdür

Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib.

Noyabrın 9-u Dövlət Bayrağı Günüdür

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.

Noyabrın 9-u Dövlət Bayrağı Günüdür

Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamına əsasən Bakının Bayıl qəsəbəsində dünyanın ən hündür bayraq dirəyi inşa edilib və Dövlət bayrağı meydanı salınıb.

Azərbaycanın dövlət bayrağı yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarətdir.




Geri dön

_favorit_arkadas

  • 4 yanvar 2012 16:40
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
Tewekkurler...

--------------------

R_A_P_U_N_Z_E_L

  • 24 noyabr 2011 19:53
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

PASYOLKOVSKY

  • 11 noyabr 2011 00:11
  • Məqalə: 37
  • Şərh: 530
  • Bal:
{awards}
http://legend.az/uploads/fotos/foto_22663.gif

--------------------

KAYBOLAN YILLAR

  • 10 noyabr 2011 01:24
  • Məqalə: 14
  • Şərh: 1140
  • Bal:
{awards}
azerbaycanimizin bayrami mubarek twk

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

.♣.Chrysalis.♣.

  • 9 noyabr 2011 17:59
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
BIR BAYRAM DAHA ELAVE OLUNDU.TEBRIKLER

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

_nurlana_

  • 9 noyabr 2011 15:42
  • Məqalə: 0
  • Şərh: 114
  • Bal:
{awards}
xebere gore tesekkurler ve herkesi tebrik edirem)))

sharm

  • 9 noyabr 2011 15:40
  • Məqalə: 2
  • Şərh: 472
  • Bal:
{awards}
smile tebrikler

--------------------
Gedənə yalvaracaq olsaydım, Hər gələnə EyvAllah deyərdim.
Mən seçərəm mən Tərk edərəm, Mən başlaram mən Bitirərəm. ! Susqunluğumla əzər gülüşümlə keçər Qürurumla Gedərəm!

Ku-ku

  • 9 noyabr 2011 15:15
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

--------------------

Danger_girl

  • 9 noyabr 2011 15:10
  • Məqalə: 96
  • Şərh: 131
  • Bal:
{awards}
Tebrikler

--------------------

_TUNAR_MAMEDOV_

  • 9 noyabr 2011 14:47
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
COOOX SAG OL XEBER UCUN.... HER BIR AZERBAYCANLINI TEBRIK EDREM....

--------------------

lyboy qiza atval

  • 9 noyabr 2011 14:44
  • Məqalə: 0
  • Şərh: 84
  • Bal:
{awards}
i know thanx

--------------------
ggfggdghdcghbdghbdghdgbbhd

Zaurcik2011

  • 9 noyabr 2011 14:42
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
AZERILER BAYRAMINIZ MUBAREK!

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

..:MeleK kiz:..

  • 9 noyabr 2011 14:15
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
bayramimiz mubarek

V_I_P

  • 9 noyabr 2011 14:12
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
bayramimiz mubarek.twk

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

Prank girl

  • 9 noyabr 2011 14:03
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
BAYRAMIMIZ MUBAREK!

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

MiLeyla

  • 9 noyabr 2011 13:42
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
BAYRAMIMIZ MUBAREK! smile

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

edvart

  • 9 noyabr 2011 13:32
  • Məqalə: 1
  • Şərh: 219
  • Bal:
{awards}
Yaranma tarixi

Tarixçilər tərəfindən sübut olunub ki, Eramızdan əvvəl 7-ci əsrdə Sumqayıtın ərazisində midya tayfalarının yaşayış məskəni olub. İndiki İcra Hakimiyyəti binası üçün bünövrə qazılarkən qədim saxsı məmulatlar, qablar, sikkələr aşkar olunmudu və beləliklə bu yerdə qədim şəhərcik yerləşdiyi məlum olmuşdur.Şəhərin adıyla bağlı bir cox əfsanələr məlumdur. Bu əfsanələrdən birinə görə qədim keçmişdə belə bir hadisə baş verib:

Şəhərdən karvan keçirmiş. Bu karvanda bir-birini sevən iki gənc varmış. Sum adlı oğlan və Ceyran adlı qız. Karvandakı su ehtiyatı qurtardıqdan sonra susuzluqdan əziyyət çəkən Ceyranın əzablarına dözə bilməyən Sum bulaq axtarmağa getdi. Bədbəxtik baş verəcəyini hiss edən Ceyran “ Sum qayıt, Sum qayıt” deyə qışqıraraq sevgilisini geri qaytarmağa çalışsa da buna nail ola bilmir.

Şəhərin təməli atılmamışdan əvvəl bu yerdə Sumqayıt adlı 4 obyekt olub: yaşayış məskəni, çay, dəniz fənəri və dəmir yolu stansiyası. Ədəbiyyatda bu toponimin aşağıdakı variantları mövcuddur: Sumqayıt, Suqayıt, Sumqay, Suqait.

Rus səyyahı İ.Berezin özünün yol qeydlərində yazır ki: “ Şəhərin yaxınlığından Sumqayıt və ya Suqayıt adlanan çay axır. İsti və quraqlıq vaxtlarda çay quruyur yağış yağanda isə yenə canlanır. Çayın adı da hər halda bununla bağlıdır.”

Aparılan tədqiqatlara əsasən 7-ci əsrin əvvəlində Sumqayıtın ərazisində pers tayfaları yaşayırdı. Bu vaxtlar Sumqayıtçayın hər iki sahili boyunca karvan yolları keçirmiş və arxeoloji qazıntılar zamanı aşkar olunmuş körpü və karvansaray qalıqları bu fərziyyəni təsdiq edir. Sumqayıt haqqında ilk yazılı məlumat isə İngilis səyyahı H.Berou tərəfindən 1580-ci ildə verilmişdir. Fransız yazıçısı A.Düma 1858-ci ildə “Qafqaza səyahət” kitabında Sumqayıt adlı poçt stansiyasından söz etməkdədir.

1935-ci ildə Ağır Sənaye üzrə Xalq Komissariatının Kollegiyasında Azərbaycanlı mütəxəssislərin iştirakı ilə qərara alınır ki, Abşeron yarımadasında İstilik Elektrik Mərkəzi və sənaye müəssisələrinin tikintisi üçün yer seçilsin. Bir müddət keçdikdən sonra yeni sənaye şəhərinin tikilməsi üçün Abşeron yarımadasının şimal-qərbində , Bakı şəhərinin 30-35 kilometrliyində Sumqayıt dəmir yolu stansiyanın yaxınlığında yer ayrıldı. Tikinti zamanı inşaatçıların qarşılaşdığı çətinlikləri təsvir etmək üçün onlardan birinin xatirələrinə müraciət edək :” Çox şiddətli küləklər inşaatçıların işini ləngidirdi: gün ərzində qazılan tranşeylər gecə yenidən qumla dolurdu... Bəzi barakları qum gecə boyunca elə örtürdü ki, bu barakı qumdan təmizləmək üçün iki, üç yük maşını lazım olurdu”.

Reshad82

  • 9 noyabr 2011 13:28
  • Məqalə: 0
  • Şərh: 26
  • Bal:
{awards}
her kesi tebrik edirem'

Mamed77

  • 9 noyabr 2011 13:25
  • Məqalə: 9
  • Şərh: 20
  • Bal:
{awards}
haminin bayramini tebrik edirem

FLY TIME

  • 9 noyabr 2011 13:19
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
en boyuk bayraga sahib olan Azerbaycan xalqinin bayrami mubarek olsun!!!!!!!!!!!!!!! wink

... Deryam ...

  • 9 noyabr 2011 12:55
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
AZƏRBAYCANI SEVƏN HƏR KƏSİ TƏBRİK EDİRƏM
DÜNYANIN ƏN ŞƏRƏFLİ BAYRAĞIDIR BİZİM BAYRAQ UĞRUNDA NEÇƏ - NEÇƏ QANLAR TÖKÜLÜB
İNŞALLAH ŞƏRƏFLİ ÖVLADLARININ SAYƏSİNDƏ HƏR ZAMAN ƏN UCALARDA OLACAQ İNŞALLAH , UCALARDA DALĞALANSIN Kİ,GÖRƏ BİLMƏYƏNLƏRİN GÖZÜ YAXŞI GÖRSÜN
Maşallah bayramlarımız çoxalır ,ümüd az olsa da inşallah qeyrətli oğullarımızın sayəsində gec tez SATILAN TORPAQLARIMIZ GERİ ALINANDA QARABAĞDA DALĞALANACAQ

--------------------

QªQª¤²º¹¹¤

  • 9 noyabr 2011 12:46
  • Məqalə: 74
  • Şərh: 261
  • Bal:
{awards}
L115A1,
Insallah
Mende qatiliram

--------------------

L115A1

  • 9 noyabr 2011 12:36
  • Məqalə: 12
  • Şərh: 1135
  • Bal:
{awards}
[color=#CC0000][/color]InwAllah bayrag gununu gelen il QARABAGDA dalgalandirariq.Ancaq beleki, gedire hec umidim yoxdur fellow

--------------------

JASSMINN

  • 9 noyabr 2011 12:23
  • Məqalə: 0
  • Şərh: 244
  • Bal:
{awards}
insallah birgun qarabagimizida alariq ve bu bayragi qarabagimizda basimiz uste tutariq

THIS IS LEGEND

  • 9 noyabr 2011 12:22
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
{awards}
emeye hormet olaraq twk ler

he birdeki dunyanin en boyuk bayragi AZERBAYCANDADI

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 41
Cəmi: 60

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}